Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
İslamda ədəb qaydaları (2)
Namazın fəziləti

Namaz digər ibadətlərdən fərqli olaraq daha çox əhəmiyyət kəsb edir. Nəql olunmuş rəvayətlərdə namaz «dinin sütunu», «mö’minin me’racı» və bu kimi ifadələrlə tə’bir olunmuşdur. Qiyamət günü hər bir insandan soruşulacaq ilk şey namazdır. Namaz qəbul olunarsa, insanın digər əməlləri də qəbul olunar, əks təqdirdə isə onun bütün əməlləri rədd olunar. Namazın əhəmiyyətinə, xüsusiyyətlərinə, qayda-qanunlarına, namaz qılan şəxsin üzərinə düşən vəzifələrə, namazın necə və hansı şəraitdə qılınmasına, namazın növlərinə və s. dəlalət edəcək kifayət qədər ayə və hədis mövcuddur. Onların hər biri haqda ayrı-ayrılıqda söhbət açmaq, onlarla kitabı mütaliə və araşdırmaq deməkdir. Bu dərsimizdə yalnız namazın əhəmiyyət və dəyəri haqda söhbət açacaq və bu məzmunda nəql olunmuş bir neçə ayə və hədis gətirəcəyik.

NAMAZ QUR’ANDA

«Halbuki onlara ə mr edilmi ş dir ki, Allaha - dini yaln ı z Ona m ə xsus ed ə r ə k, dig ə r b ü t ü n batil dinl ə rd ə n islama d ö n ə r ə k - ibad ə t etsinl ə r, namaz q ı l ı b z ə kat versinl ə r. Do ğ ru-d ü zg ü n din budur!» ( Bəyyinə-5)

«...H ə qiq ə t ə n, namaz [insan ı ] ç irkin v ə pis ə m ə ll ə rd ə n çə kindir ə r. Allah ı zikr etm ə k [Allah ı n, c ə lal ı n ı v ə ə z ə m ə tini h ə mi şə , h ə r yerd ə yada salma q ], şü bh ə siz ki, [savab e’tibaril ə b ü t ü n ba ş qa ibad ə tl ə rd ə n] daha b ö y ü kd ü r...»( Ənkəbut-45.)

«O k ə sl ə r ki, ə g ə r onlar ı yer ü z ü nd ə yerl əş dirs ə k [onlara bir yer vers ə k] namaz q ı lar, z ə kat ver ə rl ə r...]»( Həcc-41.)

«Sizi C ə h ə nn ə m ə salan n ə dir?

Onlar dey ə c ə kl ə r: Biz namaz q ı lanlardan deyildik».( Müddəssir 42-43.)

«[M ü sib ə t vaxt ı nda] s ə br etm ə k v ə namaz q ı lmaqla [Allahdan] k ö m ə k dil ə yin! Bu, a ğı r i ş olsa da Allaha ita ə t ed ə nl ə r üçü n a ğı r deyildir».( Bяqяrя-45.)

«Ey R ə bbim! M ə ni d ə , n ə slimd ə n olanlar ı da [vaxtl ı -vaxt ı nda, laz ı m ı nca] namaz q ı lan et. Ey R ə bbim! Duam ı q ə bul buyur!» ( Иbrahim-40.)

«... Çü nki namaz m ö ’minl ə r ə m üə yy ə n vaxtlarda f ə rz (vacib) edilmi ş dir». ( Nisa-103.)

NAMAZ – PEY ĞƏMBƏRİN (S) KƏLAMLARINDA

«Yemək ac üçün, su da susuz üçün hər şeydən üstün olduğu kimi, Allah-taala da namazı gözlərimin nuru və onu mənim üçün hər şeydən əziz etmişdir. Ac adamlar yemək yediyi zaman doyur, susuz da su içdikdə susuzluğunu dəf edir, amma mən namazdan doymaq nə olduğunu bilmirəm».

«Namaz dinin sütunudur. Bilərəkdən namazı tərk edən şəxslər dinini viran etmiş olarlar. Namazlarını vaxtlı-vaxtında qılmayanlar isə cəhənnəmin «vəyl» adlı təbəqəsində namaza səhlənkarlıqla yanaşanlarla birlikdə olarlar».

«Namazlarınızı hədər etməyin. Allah-taala namazı hədər edən şəxsləri qiyamət günü məhşərdə lə’nət etdiyi Qarun, Fir’on və Hamanla birlikdə xar və rüsvay edərək münafiqlərlə birlikdə cəhənnəm oduna salar. Vay olsun namaza əhəmiyyət verməyənlərin halına!».

«Namaz xeymənin sütununa bənzəyir. Əgər xeymənin sütunu (dirəyi) möhkəm olarsa, onun mismar və ipləri də möhkəm olacaqdır. Dirək sındıqda isə mismar və iplərin heç bir köməyi olmayacaqdır.»

«Namazlarınıza fikir verin. Allah-taalanın qiyamət günü öz bəndələrindən soruşacağı ilk şey namaz olacaqdır. Namazlarını vaxtlı-vaxtında qılanlar nicat tapar, namazı tərk edənlər isə cəhənnəm oduna atılarlar».

«Namaza durub niyyət etdikdən sonra həmd-surəni oxuyub daha sonra rüku və səcdələri yerinə yetirib, təşəhhüd və salamları dedikdən sonra insanın bu və əvvəlki namazı arasındakı günahları bağışlanar.»

«Nə qədər namaz qılırsınızsa, O böyük padşahın (Allahın) qapısını döymüş olursunuz. Kim Onun qapısını çox döyərsə, qapı onun üzünə açılar».

«Gündəlik namazların hər birinin vaxtı çatdıqda mələklərdən biri insanların arasına gəlib belə nida edər: Qalxın, aranızda qaladığınız odu namazlarınızla söndürün».

«Namaz dinin vacib hökmlərindən biridir. O, Allahın Rzası və peyğəmbərlərin yoludur».

«Hər şeydən çox namazlarınıza əhəmiyyət verin. Dini (kəlmeyi-şəhadəti) iqrar etdikdən sonra namaz islamın əsası hesab olunur».

NAMAZ - M Ə’SUM İMAMLARIN KƏLAMLARINDA

Əli (ə) buyurur: «Namaz şeytan yürüşlərinin qarşısında böyük bir dərədir [maneədir]».

«Namazla Allahın rəhməti nazil olur».

«Namaza görə Allahı, Allahı nəzərə alın, çünki namaz dinin sütunudur».

«Allah imanı şirkdən, namazı isə qürur və təkəbbürlükdən uzaq olmaq üçün vacib etmişdir.»

«Namaz qılan şəxs əgər Allahın izzət və cəlalının onu necə əhatə etdiyini bilsəydi, səcdədən qalxmaq istəməzdi».

İmam Baqir (ə) buyurur: «Namaz ixlas evi və təkəbbürlükdən uzaq olmağın ən gözəl vasitəsidir.»

«Namaz qılan şəxs üzünü qibləyə tərəf tutduğu zaman, O bir olan Allah ona üz tutar».

«[Qiyamət günü] hər bir insandan soruşulacaq ilk şey namazdır. Əgər namaz qəbul olunarsa, insanın digər əməlləri də qəbul olunar».

İmam Cə’fər Sadiq (ə) buyurur:

«Hər bir şeyin öz siması vardır, dinin də siması namazdır».

«Allaha itaət və Ona xidmət etmək yerdə olunur. Ən yaxşı xidmət isə qılınan namazlardır.»

«Namaza həqiqi qiymət verib qılan şəxsləri Allah-taala rəhm edərək bağışlayar».

«Namazı tərk edən şəxslər islamdan heç bir bəhrə əldə etməzlər».

«Namaz Allahın yer üzərində çəkdiyi səddir. Bunun üçün də hər bir insan qıldığı namazlardan nə dərəcədə bəhrələndiyini bilmək istəsə, namazın onu günah və xoşagəlməz işlərdən nə qədər çəkindirdiyinə diqqət yetirsin».

DƏRSİN XÜLASƏSİ

Namaz hər bir müsəlmanın üzərinə düşən ən başlıca vəzifə olduğu üçün «dinin sütunu» adlandırılmışdır.

Namaz bütün ibadətlərin əsasını təşkil edir. Bunun üçün də nəql olunmuş bir çox rəvayətlərdə qiyamət günü insanlardan soruşulacaq ilk şeyin namaz olduğu göstərilmişdir.

SUAL VƏ TAPŞIRIQLAR

1. Namaz islam dinində nə kimi əhəmiyyət kəsb edir?

2. Peyğəmbər (s) namaza olan əlaqəsini necə bəyan edir?

3. Peyğəmbər (s) namazı nəyə bənzədir?

4. Mə’sum imamlar (ə) namazı necə vəsf edirlər?

R İAYƏT OLUNMASI LAZIM OLAN ŞƏRTLƏR

Namaz qılan hər bir şəxsin üzərinə düşən ən başlıca vəzifə, namazın qılınmasında zəruri olan qaydalara əməl etməsidir. Dəstəmaz, təharət, paltar, vaxt, yerin şərtləri, qiraətin düzgün olması və namazın qılınmasında ardıcıllığa riayət etmək haqda ətraflı mə’lumat əldə etmək üçün risalə və digər fiqh kitablarına müraciət olunmalı və qeyd olunan bütün şərtlərə lazımınca əməl edilməlidir. Əks təqdirdə, şər’i qanunlara əsasən namaz batil olar və Allah dərgahında vacib bir ibadət kimi qəbul olunmaz.

NAMAZA QALXMAQ

Namaz qılan hər bir şəxs üzünü qibləyə tərəf tutmalı, namaza başladığı zaman özünü Allah qarşısında hiss etməli və Onunla həmsöhbət olduğunu bilməlidir. Deməli, başqalarına hörmətlə yanaşaraq qarşılarında ədəb-ərkan nümayiş etdirdiyimiz kimi, namaz qılarkən də bu məsələyə son dərəcə diqqət yetirməli, artıq hərəkət və ifadəyə yol verməməliyik. Peyğəmbər (s) buyurur: «Allaha elə ibadət edin ki, sanki Onu görürsünüz və bilin ki, siz Onu görməsəniz də O, sizi görür».

Nəql olunmuş rəvayətlərdən birində deyilir: Bir gün Peyğəmbər (s) məscidə daxil olub Ənəs ibn Malikin namaz qıldığını, lakin eyni zamanda ətrafa da nəzər saldığını görür. Dərhal ona müraciət edərək buyurur: «Ey Ənəs! Namazı elə qıl ki, sanki bundan sonra namaz qılmayacaqsan və bu sənin vida namazın olacaq. Elə isə yalnız səcdə etdiyin yerə nəzər sal və ətrafında olanlara diqqət yetirmə. Bil ki, sən elə bir varlığın qarşısındasan ki, sən Onu görməsən də O, səni görür».

Başqa bir rəvayətdə deyilir: Peyğəmbər (s) namaz qılarkən saqqalı ilə oynayan şəxsi görüb buyurur: «Əgər onun qəlbi Allaha bağlı olsaydı, bədən üzvləri də Allaha müti və bağlı olardı».

«Allah-taala altı şeyi sizlər üçün bəyənmir. Onlardan biri də namaz qılarkən başqa şeylərlə məşğul olmağınızdır.»

İmam Baqir (ə) atası imam Zeynəlabidin (ə) haqda buyurur: «Atam namaz qılarkən ağac gövdəsi tək hərəkətsiz qalardı».

E ŞQ VƏ MƏHƏBBƏT

İnsan, namazı böyük həvəslə qılmalı və bu işdə süstlük və tənbəlliyə yol verməməlidir.

Qur’ani-kərim münafiqlərin hiylə və məkrlərini aşkara çıxardığı zaman, onların namaza səhlənkar yanaşdıqlarını tənqid edərək buyurur:

«M ü nafiql ə r Allah ı aldatma ğ a ç al ışı rlar. Halbuki ə slind ə Allah onlar ı aldad ı r. Onlar namaza durduqlar ı zaman [yerl ə rind ə n] t ə nb ə llikl ə [k ö n ü ls ü z] qalxar, ö zl ə rini [yalandan] xalqa g ö st ə r ə r v ə Allah ı olduqca az yad ed ə rl ə r». ( Nisa-142.)

Peyğəmbər (s) buyurur: «İnsanların ən yaxşısı o kəsdir ki, eşq və rəğbətlə ibadət edə, Allahı səmimi qəlbdən sevib bütün vücudu ilə ona bağlı ola və nəhayət, ibadət üçün özünü bütün işlərdən azad edə. Belə şəxsləri yoxsulluq, asayiş və ya dünyəvi işlər əsla nigaran etməz».

İmam Baqir (ə) buyurur: «Namazlarınızı yuxusuz, halsız və ya tənbəlliklə qılmayın, çünki bu, aranızda nifaq toxumunun səpilməsinə səbəb olur. Allah-taala mö’minləri məst halda [yə’ni yuxusuzluqdan məst olduqları halda] namaz qılmağı qadağan etmişdir».

T ƏVAZÖKARLIQ

(ALLAH QAR ŞISINDA KİÇİLMƏK)

Allah-taala Qur’ani-kərimin «Mu’minun» surəsinin 1-2-ci ayələrində namazlarında təvazökar olanlara nicat tapacaqlarına və’də verir:

«Həqiqətən, mö’minlər nicat tapmışlar! [Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədi səadətə qovuşmuşlar!]

O k ə sl ə r ki, namazlar ı nda [h ə r ş eyi unudaraq ruh ə n v ə cism ə n yaln ı z Allaha] m ü ti olub [Ona] boyun ə y ə rl ə r! [Allah ı n qar şı s ı nda ki ç il ə rl ə r]»

Peyğəmbərdən (s) təvazökarlığın mə’nasını sorşduqda buyurur: «Namaz qılarkən təvazökar olmaq insanın tamamilə Allaha bağlı olması deməkdir».

Əxlaq alimlərinin fikrincə namaz qılarkən təvazökarlıq iki hissəyə bölünür:

1. Qəlbin təvazökarlığı-yə’ni insan, onu özünə cəlb edən bütün zehni məşğuliyyətlərdən əl çəkib yalnız Allahı yad edir.

2. Namaz qılarkən bədən üzvləri yalnız namaza xas olan hərəkətlər yerinə yetirməli və gözlərini səcdəgahdan ayırmamalıdır.

Peyğəmbər (s) buyurur: «Həqiqətən namaz, insanın möhtac, yoxsul, peşiman və ümidvar olduğunu bildirir. İnsan əllərini qaldırıb «İlahi! İlahi!» deyir. Belə etməyənlərin namazı sözsüz ki, naqisdir».

Q ƏLBƏN HAZIRLIQ

Namaz, insanla Allah arasında birbaşa ünsiyyət olduğu üçün namaz qılan hər bir şəxs, xüsusilə niyyət etdiyi zaman özünü Allah hüzurunda hiss edərək bütün zehni məşğuliyyətlərdən uzaq olmağa çalışmalı və bütün diqqətini namaza yönəltməlidir. Peyğəmbər (s) buyurur: «Allah-taala qəlbi cismi ilə olmayan şəxslərin namazını qəbul etmir».

Əli (ə) buyurur: «Yorğun və yuxusuz olduğunuz zaman namaz qılmayın və namaz qılmazdan əvvəl fikir və xəyala dalmayın. Çünki namaz qılarkən insan Allah hüzurunda olur və etdiyi ibadətin fəzilətinin ona yalnız o qədəri nəsib olur ki, namaza qəlbən bağlı olmuş olsun».

Əbu Həmzə Sumali deyir: İmam Zeynəlabidin (ə) namaz qılarkən əbasının bir tərəfi çiynindən sürüşdü. Lakin o, buna əhəmiyyət verməyib namazını davam etdirdi. Namazı qurtardıqdan sonra əbasını nə üçün düzəltmədiyini soruşdum. Buyurdu: «Vay halına! Bilirsənmi kimin hüzurunda dayanmışdım? İnsanın qıldığı namazdan yalnız o qədəri qəbul olunur ki, qəlbən Allaha bağlı olmuş olsun».

Peyğəmbər (s) buyurur: «İnsan namaz qılsa da, ona namazının altıda biri və ya onda birinin savabı yazılmır. Qıldığı namazın savabı ona yalnız onu dərk etdiyi qədər yazılır».

NAMAZ UCA TUTULMAL IDIR

Hər bir müsəlman namaza böyük əhəmiyyət verib ona hörmətlə yanaşmalıdır.

Namazı gərəksiz və əhəmiyyətsiz hesab etmək isə böyük günahlardan hesab olunur. Peyğəmbər (s) və mə’sum imamlar (ə) namaza əhəmiyyət verməyən şəxslərə olduqca mənfi münasibət bəsləyir və onları özlərindən uzaqlaşdırmağa çalışardılar.

Peyğəmbər (s) bu haqda buyurur: «Namazı yüngül sayanlar məndən deyillər. And olsun Allaha, onlar Kövsərin kənarında mənimlə görüşməyəcəklər.»

İmam Baqir (ə) buyurur: «Namaza süstlüklə yanaşmayın. Peyğəmbər (s) dünyasını dəyişərkən buyurmuşdur: «Namazını yüngül sayan məndən deyil».

İmam Sadiq (ə) buyurur: «Namazı yüngül sayanlara biz şəfaət etməyəcəyik.»

NAMAZ VAXTL I-VAXTINDA QILINMALIDIR

Yaxşı olar ki, insan namazlarını vaxtlı-vaxtında qılsın və imkan daxilində tə’xirə düşməsinə və ya vaxtından sonra qılınmasına yol verməsin. Nəql olunmuş rəvayətlərdə namazın vaxtlı-vaxtında qılınmasına bir çox tövsiyələr olunmuşdur. Belə ki, insanın namazı vaxtında qılması onun bu ilahi əmrə olan ehtiram və qəlbi bağlılığından xəbər verir. İmam Baqir (ə) buyurur: «Namazın ilk vaxtda qılınması hər şeydən üstündür. Elə isə xeyirli işlər görməkdə tələsin və bilin ki, Allahın sevdiyi şey, az olsa da ardıcıl olaraq yerinə yetirilən əməllərdir.»

İmam Cə’fər Sadiq (ə) buyurur: «Axirət, dünyadan üstün olduğu kimi, namazın ilk vaxtda qılınması da son vaxtda qılınmasından üstündür».

«Namazın ilk vaxtda qılınmasının fəziləti mö’minlər üçün var-dövlət və övladdan daha üstündür».

T ƏMİZLİK VƏ SƏLİQƏ-SƏHMAN

Allah-taala Qur’ani-kərimin «Ə’raf» surəsinin 31-ci ayəsində Ona iman gətirmiş sadiq bəndələrinə xitab edərək buyurur:

«Ey Ad ə m o ğ ullar ı ! H ə r ibad ə t vaxt ı [namaz q ı lark ə n, m ə scid ə ged ə rk ə n v ə ya t ə vaf ed ə rk ə n] g ö z ə l libaslar ı n ı z ı geyinin!...»

Yaxşı olar ki, namaz qılan hər bir şəxs, ibadət zamanı özünün ən gözəl və təmiz paltarını geyinib Allahın hüzurunda dursun. Əvvəlki dərslərimizdə bu haqda ətraflı söhbət açmışıq.

CAMAAT NAMAZLAR INDA İŞTİRAK ETMƏK

Namaz qılan şəxs yaxşı olar ki, gündəlik və ya digər fərz namazlarını məscidlərdə camaatla birlikdə qılsın. Camaat namazları o qədər böyük əhəmiyyət kəsb edir ki, onun həqiqi dəyər və mahiyyətini dərk etmək kimsəyə müyəssər olmur.

Nəql olunmuş rəvayətlərdən birində bu haqda deyilir: «Camaat namazında on nəfər iştirak edərsə, bütün mələklər bunun savabını yazmaq istəsələr belə, yenə də öhdəsindən gələ bilməyəcəklər».

DƏRSİN XÜLASƏSİ

Namaz qılarkən lazım olan şərtlərə riayət etmək, namaza qalxmaq, namaza olan eşq və əlaqə, təvazökarlıq, qəlbin hüzuru, namazın uca tutulması, namazın vaxtlı-vaxtında qılınması, təmizlik və səliqə-səhmana riayət etmək və camaat namazlarında iştirak etmək hər bir namaz qılan şəxsin üzərinə düşən ən ümdə vəzifələrdəndir.

SUAL VƏ TAPŞIRIQLAR

1. Allahın hüzurunda necə hazır olmaq lazımdır?

2. Münafiqlərin namazı nəyə bənzədilir?

3. Peyğəmbər (s) kimləri insanların ən yaxşısı hesab edir?

4. Namazda təvazökar olmaq dedikdə nə nəzərdə tutulur?

5. Peyğəmbər (s) kimlərin onun şəfaətindən məhrum olacaqlarını bildirir?

6. Namazın ilk vaxtda qılınmasının nə qədər fəziləti vardır?