Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
İslamda ədəb qaydaları (2)
Ayaq yolunun qaydaarı

Mə’sum övliyaların paltar, mənzil və ətraf mühitin təmizliyi haqda etdikləri tövsiyələrlə tanış olduqdan sonra, ayaq yolunun qayda-qanunları və oranın təmizliyi barədə olunan dəyərli tövsiyələrə işarə etməyi məqsədə uyğun hesab edirik.

KƏNAR YERDƏ OLMALIDIR

Yaşayış yerlərində tikilən ayaq yolu mümkün qədər gizli və nəzərə çarpmayan yerlərdə olmalıdır. Səhra və açıq havada isə ayaq yoluna getmək istərkən, dərə, təpələrin arxasında və ya aralıqlardan istifadə etmək lazımdır. İmam Cə’fər Sadiq (ə) buyurur: «Ayaq yoluna getmək istərkən hamının nəzərindən uzaq və gizli yerləri seçin».

Başqa bir hədisdə buyurur: Həzrət Loğman, oğluna etdiyi tövsiyələrin birində deyir: «Cəm halında bir yerə getdikdə onlarla çox məşvərət et, ayaq yoluna getmək istədikdə isə onlardan səni görməyəcəkləri məsafəyədək uzaq olmağa çalış».

İmam Sadiq (ə) buyurur: «Həzrət Loğmana verilən hikmət heç də onun var-dövləti, fiziki sağlamlığı və ya gözəlliyinə görə bəxş olunmamışdır. O, olduqca təqvalı, pərhizkar, sakit və daim ilahi əmrlərə müt’i olan bir şəxs idi. Olduqca həyalı olduğu üçün kimsə onu nə qüsl alarkən, nə də ayaq yoluna gedərkən görə bilərdi. Məhz bu xüsusiyyətlərinə görə ona ilahi hikmət bəxş olundu».

Ö VRƏT ÖRTÜLÜ OLMALI

Hər bir müsəlman bütün hallarda, xüsusilə də ayaq yoluna gedərkən öz övrətini başqalarından gizli saxlamağa çalışmalıdır. Həmçinin birinin başqa birisinin övrətinə baxması da haram və böyük günah hesab olunur. Peyğəmbər (s) özünün «Mənahi» adlı hədisində buyurur: «Çarəsizlikdən açıq havada qüsl aldıqda övrətinizi başqalarından gizli saxlayın. Hamamda qüsl aldıqda belə hökmən övrətinizi fitə ilə örtün. İstər kişilər, istərsə də qadınlar bir-birinin övrətlərinə baxmamalıdırlar. Agah olun ki, belə şəxslərə yetmiş min mələk nifrin edib lə’nət oxuyar. Allah-taala bilərəkdən müsəlman qardaşının və yad qadının övrətinə nəzər salan şəxsləri, tövbə etmədikdə münafiqlər arasına qoyaraq dünyalarını dəyişmədən böyük rüsvayçılıqla üzləşdirər».

İmam Cə’fər Sadiq (ə) Nur surəsinin 30-cu ayəsinin təfsirində buyurur: «Qur’ani-kərimin bütün ayələrində övrətin qorunması barədə söhbət açıldıqda, bu ayə istisna olmaqla, zinadan qorunmaq nəzərdə tutulur. Burada isə başqalarının övrətinə nəzər salmaq nəzərdə tutulur». Ayədə buyurulur:

«[Ya M ə h ə mm ə d!] M ö ’min ki ş il ə r ə de ki, g ö zl ə rini haram edilmi ş ş eyl ə rd ə n ç evirsinl ə r, ay ı b yerl ə rini qorusunlar [v ə ya ö rt ü l ü saxlas ı nlar]. Bu, onlar üçü n [ ə d ə b- ə rkan, t ə mizlik bax ı mdan] daha yax şı d ı r».

NEC Ə OTURMALI?

Ayaq yolunda oturarkən nə arxa, nə də qabaq tərəf qibləyə olmamalıdır. Fiqhi bəhslərdə bu mətləbə toxunularaq deyilir: Ayaq yolunda ikən üzü və arxası qibləyə tərəf olan şəxslər günaha yol vermiş olurlar. Peyğəmbər (s) «Mənahi» hədisində bu mətləbə işarə edərək buyurur: «Ayaq yolunda olduğunuz zaman üzü və arxası qibləyə olmayın».

Başqa bir hədisdə buyurur: «Ayaq yolunda olduğunuz zaman üzü və ya arxası qibləyə tərəf deyil, şərq və ya qərb tərəfə oturun».

Açıq havada ayaq yoluna getdikdə küləyin əks istiqamətində oturmamağı nəzərə almaq lazımdır. İmam Rza (ə)-dan ayaq yolunda necə oturmaq haqda soruşduqda buyurdu: «Üzü və ya arxası küləyin əks istiqamətinə oturulmamalıdır».

AYAQ YOLUNDA DANIŞMAQ OLMAZ

Ayaq yolunda oturarkən heç kəslə danışılmamalı və Qur’an oxunulmamalıdır. Lakin azan vaxtı Allahı zikr edib zümzümə etməyin heç bir nöqsanı yoxdur. İmam Rza (ə) buyurur: «Peyğəmbər (s) ayaq yolunda ikən kimsəyə cavab verməyi və söhbət etməyi qadağan edərdi».

Əli (ə) buyurur: «Yeddi halda Qur’an oxunmamalıdır: Rüku və səcdəyə gedərkən, hamam və ayaq yolunda olarkən, qadınlar heyz və nifas, kişi və qadınlar isə cünub halında olduqları zaman.»

İmam Cə’fər Sadiq (ə) buyurur: «Ayaq yolunda olduğunuz zaman azan səsini eşitdikdə müəzzinin dediklərini təkrar edib Allahı yad edin. Çünki yaxşı olar ki, Allah bütün hallarda yad edilsin».

D İGƏR QAYDALAR

«Ayaq yoluna sol ayaqla daxil olub, oradan sağ ayaqla xaric olunmalıdır və ayaq üstə idrar olunmamalıdır».

İmam Sadiq (ə) buyurur: «Üzürsüz olaraq ayaq üstə idrar etmək və nəcasəti sağ əllə təmizləməklə insan özü-özünə zülm etmiş olur».

Qayalıqlara, axarı olmayan sulara, habelə havaya səpərək idrar olunmamalıdır.

DƏRSİN XÜLASƏSİ

İslam dininin ayaq yoluna gedərkən verdiyi göstərişlərdən biri də övrətin örtülməsi, üzü və ya arxası qibləyə tərəf oturmamaq, danışmamaq, habelə ümumi yerlərdən istifadə etməməkdir.

SUAL VƏ TAPŞIRIQLAR

1. İlahi hikmətin həzrət Loğmana verilməsinə nə səbəb olmuşdur?

2. Peyğəmbər (s) mö’min qardaşının övrətinə nəzər salan şəxslər barədə nə buyurur?

3. Ayaq yolunda hansı tərəfə oturmaq haram hesab olunur?

4. Ayaq yolunda kiminləsə danışıb və ya kiməsə cavab vermək qadağandırmı?

5. Ayaq yolunun qaydalarını ixtisarla bəyan edin.