Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
İslamda ədəb qaydaları (2)
Qazanc və işləməyin Fəziləti

Müqəddəs islam dininin diqqət yetirdiyi məsələlərdən biri də maddi ehtiyacların tə’min olunması, qazanc əldə etmək, işlə tə’min olmaq və iş zamanı başqaları ilə gözəl rəftar və davranış tərzidir. Lakin bu haqda söhbət açmazdan əvvəl böyük əhəmiyyət kəsb edən bir suala cavab verməliyik. İslam dini qazanc və gəlir əldə etməyə necə münasibət bəsləyir? Bu məsələyə baxış müsbətdirmi? Əgər müsbətdirsə, nə dərəcədədir? Bu dərsimizdə məhz bu suala ətraflı cavab verəcək və növbəti dərslərimizdə qazanc və gəlir əldə etməyin qayda-qanunları haqda söhbət açacağıq.

Qazanc və gəlir haqda nəql olunmuş hədis və ayələr iki əsas hissəyə bölünür. Əksəriyyət təşkil edən birinci dəstəyə aid olan hədis və ayələrdə qazanc və gəlir əldə etmək, ticarət, fəhlələrin gecə-gündüz zəhmət və çalışmalarının fəzilətinə toxunulmuş və müxtəlif şəkillərdə tə’rif olunmuşdur. Lakin ikinci dəstəyə aid olan hədis və ayələrdə var-dövlət və qazanc əldə etmək məqsədilə ticarət və digər işlərlə məşğul olmaq tənqid atəşinə tutulmuşdur. Bu dərsimizdə hər iki dəstəyə aid hədis və ayələr barəsində danışacaq və daha sonra söhbətimizi bu məsələyə aid mülahizələrlə bitirəcəyik.

B İRİNCİ DƏSTƏ

Allah-taala insanların diqqətini məişətlərinin böyük bir hissəsini tə’min edən və böyük ne’mətlərdən biri olan günün işıqlığına cəlb edərək buyurur:

«G ü nd ü z ü is ə dolan ışı q [ruzi qazanmaq] vaxt ı etdik».( Nяbя’-11.)

Başqa bir ayədə ruzinin ilahi ne’mətlərdən biri olduğuna və insanların onlara bəxş olunan ruzilərin müqabilində Allah-taalaya layiqincə şükr etmələrinə işarə olunur:

«Sizi yer ü z ü nd ə yerl əş dirdik v ə orada sizin üçü n dolanacaq vasit ə l ə ri yaratd ı q. Siz is ə olduqca az şü kr ed ə nl ə rsiniz!» ( Я’raf-100.)

Peyğəmbərdən (s) nəql olunmuş rəvayətdə deyilir: «Günahlar arasında elə bir günah da vardır ki, ruzi əldə etmək üçün zəhmətə qatlaşmaqdan savayı onun qoyduğu tə’siri heç bir şey aradan aparmır».

Başqa bir hədisdə buyurulur: «Daim halallıqla ticarət edən tacirlər, qiyamət günü məhşərə əməlisaleh şəxslər və şəhidlərlə daxil olarlar».

«Başqalarına möhtac olub dilənməmək üçün halal ruzi qazanaraq ailəsinin maddi ehtiyaclarını ödəyən, qonşularına yaxşılıq edən şəxslər qiyamət günü Allah-taalanın görüşünə on dörd gecəlik ay kimi gələrlər».

«Bazarlar Allahın ruzi süfrələridir. Oraya daxil olanlar ilahi ne’mətlərdən bəhrələnərlər».

Başqa bir rəvayətdə deyilir: «Günlərin bir günü Peyğəmbər (s) öz səhabələrilə şəhərin ətrafında oturduğu zaman günün qızmar istisində cavan bir oğlanın qan-tər içində işələdiyini görürlər. Səhabələrdən biri deyir: Heyf! Kaş öz qüdrətini Allah yolunda sərf edəydi. Peyğəmbər (s) buyurdu:

«Onun haqda belə danışmayın. Əgər o, başqalarına möhtac olub dilənçilik etmək əvəzinə zəhmətə qatlaşırsa, Allah yolunda çalışmış olur. Əgər ata-anasının və övladlarının məişətini tə’min etmək üçün zəhmətə qatlaşırsa, yenə də Allah yolunda çalışmış olur. Yox, əgər var-dövlət əldə edib qürur və təkəbbürlük məqsədilə zəhmətə qatlaşırsa, Şeytan yolunda çalışmış olur».

İmam Məhəmməd Baqir (ə) nəql edərək deyir: «Həccətul-vida günü Peyğəmbər (s) buyurdu: «Agah olun ki, Cəbrail (ə) mənə ilham etmişdir ki, kimsə ruzisi tam verilməyincə dünyasını dəyişməyəcəkdir. Elə isə təqvanı hər şeydən üstün tutun və ruzi ardınca getdikdə ifrata varmayın. Lakin bu işdə süstlük göstərmək sizləri günaha vadar etməməlidir. Çünki Allah-taala bəndələrinin ruzisini onların arasında haram olaraq deyil, halallıqla bölmüşdür. Deməli, təqvalı olub səbr edən şəxslərə Allah-taala halal ruzi nəsib edər. Tələsik qeyri-halal yolla ruzi əldə edən şəxslərə isə həmin ruzinin miqdarında halal ruzisindən azaldar və qiyamət günü məhşərdə onu tənbeh edər».

Məhəmməd ibn Munkədər nəql edir ki, günlərin bir günü Mədinənin ətrafına getmişdim, elə orada Əbu Cə’fər Məhəmməd ibn Əli (imam Baqir (ə)) ilə qarşılaşdım. O, öz əkin sahəsində günün qızmar çağında əkinçiliklə məşğul idi. Onu belə görüb təəccüblənərək öz-özümə dedim: Sübhanəllah! Qureyşin adlı-sanlı bir şəxsiyyəti günün bu qızmar çağında qan-tər içində dünya malı fikrinə düşübmü?! Ona nəsihət etməyim lazımdır. Yaxınlaşıb salam verdim. İmam Baqir (ə) üzündən tər axdığı halda salamımın cavabını aldı. Ona bir qədər də yaxınlaşıb dedim. «Allah-taala Özü sizi salamat etsin. Sizin kimi Qureyşin adlı-sanlı şəxsiyyətlərindən birinə günün bu qızmar çağında bu qədər əzab-əziyyət çəkmək yaraşarmı?! Bu halda əcəl sizi haqlasa, nə edəcəksiniz?» İmam Baqir (ə) Məhəmmədi təmkinlə dinlədikdən sonra buyurdu: «Əgər bu halda ölüm məni haqlasa, mən dünyamı Allaha itaət etmiş kimi dəyişmiş olacağam. Çünki belə etməklə özümü və ailə üzvlərimi səndən ehtiyacsız etmiş olacağam. Mən ondan qorxuram ki, əcəl çatdığı zaman Allaha itaətsizlik etmiş olum. Dedim: Düz deyirsən, Allah sənə rəhm etsin. Mən sənə nəsihət vermək istəyirdim, lakin sən mənə nəsihət verdin.

İmam Sadiq (ə)-dan nəql olunmuş rəvayətdə deyilir: «Yoxsul olduğu bir halda haram qazancdan uzaq olub özünün və ailə üzvlərinin ehtiyaclarını tə’min edən şəxslər sanki Allah yolunda cihad etmiş şəxslərə bənzərlər.»

Başqa bir hədisdə buyurur: «Ailə üzvlərinin ehtiyaclarını tə’min etmək üçün zəhmətə qatlaşan şəxslər Allah yolunda cihad etmiş şəxslərə bənzərlər».

İmam Sadiq (ə) Peyğəmbərdən (s) nəql edərək buyurur: «Məl’un (lə’nətlənmiş) o kəsdir ki, özünün xərc və tə’minatını başqalarının üzərinə qoymuş olsun».

Göründüyü kimi bu dəstəyə aid olan hədis və rəvayətlərdə məişət ehtiyaclarının tə’min olunması üçün çəkilən zəhmət və sə’ylər nəinki pislənməmiş, əksinə, olduqca tə’rifəlayiq və axirət dünyasının savab və mükafatına səbəb olan bir iş kimi göstərilmişdir. Mə’sum imamların (ə) həyatına nəzər saldıqda bu kimi məsələlərlə tez-tez rastlaşmaq olar. Bir qədər əvvəl qeyd etdiyimiz rəvayəti də buna aid etmək olar. Fəzl ibn Əbi Qurrənin imam Sadiq (ə) haqda nəql etdiyi başqa bir rəvayətdə deyilir: «Səhabələrdən bir neçəsi ilə imam Sadiq (ə)-ın mənzilinə doğru yola düşdük. Evinə çatdıqda divar hördüyünü gördük. Ondan kömək etməyimizə və ya işçi gətirməyimizə icazə istədikdə buyurdu: Xeyr! Öz işinizlə məşğul olun. Istəyirəm Allah-taala məni halal ruzi üçün çalışmağımı görsün».

Əli ibn Əbi Həmzə nəql edərək deyir: «Bir gün imam Musa Kazim (ə)-ın öz əkin sahəsində işlədiyini gördüm. Ayaqlarının dizlərinə qədər torpağa batdığını gördükdə ürək ağrısı ilə dedim: Canım sənə fəda olsun, qulluqçuların haradadır? Buyurdu: Peyğəmbər (s), Əmirəl-mö’minin (ə) və ata-babalarım hamısı öz əlləri ilə əkib-biçər, özləri öz ruzilərini tə’min edərdilər. Bu, peyğəmbərlərin və əməlisaleh şəxslərin xüsusiyyətlərindəndir».

İ KİNCİ DƏSTƏ

Peyğəmbərdən (s) nəql olunmuş rəvayətdə deyilir:

«Mənə ticarətlə məşğul olmaq və var-dövlət əldə etmək vəhy olunmadı, mənə vəhy olundu ki, yəqinlik hasil etmək üçün Allaha həmd-səna edib səcdə edənlərdən olum».

«Allahdan bağışlanmağınızı diləyin, çünki bu, ruzinin artmasına səbəb olur».

Nəql olunmuş başqa bir rəvayətdə deyilir: Allah-taala Davud (ə)-a vəhy edərək buyurur:

«Başqalarına ehtiyac duymayıb, yalnız Mənə təvəkkül edənləri ehtiyacsız edərəm».

Peyğəmbərdən (s) nəql olunmuş başqa bir rəvayətdə deyilir: «Allah-taala dünya sərvətini Öz bəndələrinə axirət dünyasının əməllərinin müqabilində bəxş edir. Lakin axirət dünyasının xeyir və savabını dünyəvi işlərin müqabilində kimsəyə bəxş etmir».

Əli (ə) buyurur: «Ruzi iki hissəyə bölünür: Onlardan biri tələb edən, digəri isə tələb olunandır. Dünya malını istəyənləri ruziləri tam verilmədən əcəl haqlayar, axirət dünyası üçün yaşayanları isə dünya ruziləri tam verilənədək dünya tələb edəcəkdir (yə’ni, yaşamalarını istəyəcəkdir).»

Ikinci dəstəyə aid olan hədis və rəvayətlərdən belə bir qənaətə gəlmək olur ki, mö’minlər öz vaxtlarını ticarət və ya digər sahələrdə fəaliyyət göstərərək ruzi qazanmaq əvəzinə Allah-taaladan bağışlanmalarını diləyərək ömür-günlərini dua etmək və ibadət etməkdə keçirməlidirlər. İnsan, Allahdan bağışlanmasını diləməklə ruzi əldə etdiyi bir halda, nə üçün işləmək və ticarət fikrində olmalıdır? Peyğəmbər (s) «Allah-taala dünya sərvətini insanlara ibadət və əməlisaleh işlər görməklə bəxş edir» buyurduğu bir halda nə üçün ibadət, mə’nəviyyat, dua və münacatlar əvəzinə dünya və maddiyyat haqda düşünməliyik və s. Bir sözlə, mö’min insan qazanc və məşğuliyyət əvəzinə Allah-taaladan bağışlanmasını diləyərək səcdəyə qapılmalı, dərd-qəmini Onunla bölüşməlidir. Hər iki hissəyə aid olan hədis və rəvayətlərdən belə bir nəticəyə gəlirik ki, birinci dəstəyə aid olan rəvayətlərdə, yə’ni, şəxsin özünün və ailəsinin məişət ehtiyaclarını tə’min etmək və faydalı işlərlə məşğul olmaq islam nöqteyi-nəzərindən tə’rifəlayiq və savaba daha yaxındır. Hərçənd beytül-mal qoruyucusu, qazi və ictimai işlərdə çalışan bə’zi şəxslərə özlərinin və ailə üzvlərinin məişət təlabatını tə’min etmək üçün beytül-maldan istifadə etməyə icazə verilmişdir. Lakin onlar da imkan daxilində öz iste’dad və bacarıqlarından istifadə etməlidirlər.

İmam Sadiq (ə)-ın Əli (ə)-dan nəql etdiyi rəvayətdə deyilir: «Allah-taala Davud (ə)-a vəhy edərək buyurur: «Əgər beytül-maldan istifadə etməsəyədin bəndələrimin ən yaxşısı olardın». Davud (ə) ona nazil olmuş bu vəhyi eşitdikdən sonra qırx gün qəm-qüssəyə qərq olub, qırx gün göz yaşı tökdü. Allah-taala dəmirə Davud (ə) üçün yumşalmasını əmr etdi. O da hər gün bir zireh düzəldib min dirhəmə satdı. Bir il ərzində üç yüz altmış zireh satıb üç yüz altmış min dirhəm qazandı. Beləliklə, beytul-mala heç bir ehtiyac duymadı.»

Bütün bunları nəzərə alaraq, Peyğəmbər (s) və mə’sum imamlar (ə) öz əkin sahələrində çalışar və özlərinin məişət ehtiyaclarını tə’min edərdilər. Deməli, ticarət və qazanc məqsədilə müxtəlif sahələrdə çalışmaq öz-özlüyündə heç də xoşagəlməz bir şey deyil. Xoşagəlməz şey varsa, o da aşağıda qeyd edəcəyimiz bu iki şeydən ibarətdir.

Onlardan biri var-dövlət əldə etməkdə ifrata varmaq və əldə olana qane olmamaqdır. Nəql olunmuş bir çox rəvayətlərdə bu məsələyə xüsusi diqqət yetirilmiş və o, təqva sahiblərinə xas olmayan bir xüsusiyyət kimi göstərilmişdir. Peyğəmbərin (s) «Həccətül-vida»da müsəlmanlara var-dövlət əldə etməkdə nə ifrata varmamalarına, nə də bu işdə süstlük göstərmələrinə dair etdiyi tövsiyələri buna misal çəkmək olar.

Başqa bir hədisdə deyilir: «İnsanların ən yaxşısı o kəsdir ki, dünya malından ehtiyacını ödəyənədək istifadə etmiş olsun».

Digər xoşagəlməz şey isə insanı var-dövlət əldə edərək axirət dünyasından uzaqlaşdırmaqdır. Belələri dünyalarının abad və firavan olması üçün axirət dünyasını özləri öz əlləri ilə viran edərlər. Nur surəsinin 37-ci ayəsində buyurulduğu kimi:

«O kəslər ki nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz...»

İmam Sadiq (ə) ayənin izahında buyurur: «Onlar bir neçə tacir idilər. Namaz vaxtı çatan kimi alış-verişlərini buraxıb namaza tələsərdilər. Onlar iş və qazanc fikrində olmayanlardan daha çox savaba nail olarlar».

Başqa bir rəvayətdə deyilir: «Təlaq surəsinin ikinci və üçüncü ayələri Peyğəmbərə (s) nazil olarkən, ticarətdən və onlara gəlir gətirən digər işlərdən əl çəkib ibadətə qapıldılar. Xəbər Peyğəmbərə (s) çatdıqda onlardan soruşur: Nə üçün işlərinizdən əl çəkmisiniz? Bunun səbəbi nədir? Dedilər: Allah-taala ruzi verəcəyinə və’də vermiş, buna görədə bir yalnız ibadətlə məşğul olacağıq. Buyurdu: Allah-taala belə edənlərin duasını qəbul etməyəcəkdir. Siz özünüz ruzi dalınca getməlisiniz ki, Allah da sizə ruzi versin. Mən üzünü Allaha tutub ruzi dalınca getməyənləri sevmirəm».

DƏRSİN XÜLASƏSİ

İslam nöqteyi-nəzərindən qazanc məqsədilə ticarət və müxtəlif sahələrdə çalışmaq nəinki xoşagəlməz bir hal deyil, əksinə, Allah yolunda cihad kimi Onun razılığına səbəb olan işlərdən biridir. Nəql olunmuş hədis və rəvayətlərdə özünün və ailəsinin məişət ehtiyaclarını tə’min edən şəxslərə böyük savab və mükafat veriləcəyinə və’də verilir.

SUAL VƏ TAPŞIRIQLAR

1. Hədislərdən istifadə edərək iş və qazanc fəzilətini bəyan edin.

2. Peyğəmbərin (s) «Həccətül-vida»da oxuduğu xütbədən nə başa düşürük?

3. Var-dövlət əldə etməkdə ifrata varmamaq və bu işdə süstlük göstərməmək deyildikdə nə nəzərdə tutulur?

4. Qazanc əldə etməkdə «təqva» hansı rolu oynayır?