Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
ƏHLİ BEYT
Əhli-beytin (ə) və azğın firqələr

Haqqı batildən ayırmaq üçün me᾽yar olan Әhli-beyt (ə)-ın aşkar davranış və əməllərinə diqqət yetirməyən bə᾽zi düşmənlər özlərinə mövqe qazanmaq, yaxud da islam dininə və Şiəliyə zərbə vurmaq üçün çox təhlükəli bir üsluba əl atmışlar.

Onlar özlərini Әhli-beyt (ə)-ın ən yaxın dostları kimi göstərərək öz batil əqidə və qeyri-həqiqi fikirlərini müsəlmanlar arasında yaymağa çalışmışlar.

Məsələn, bə᾽ziləri Allah-taalanın Әhli-beyt (ə)-ın cismlərində hülul etdiyini (yə᾽ni, onların cismlərinə qarışdığını ) deyərək, (nəuzubillah) «Uluhiyyə» (rəbblik) məqamını Әhli-beyt (ə)-a aid etmiş və ya Allahın öz işlərini Әhli-beyt (ə)-ın ixtiyarında qoyması və sairə bu kimi insanları batil və zəlalətə doğru çəkən fikirləri yaymaq istəmişlər.

Onlar Әhli-beyt (ə)-ın adına yalan sözlər düzəldərək bə᾽zi yalan rəvayətlər söyləmiş və müsəlmanlar arasında şübhələrini nəşr etməyə çalışmışlar.

Buna görə də Şeyx Tusi və Nəcaşi kimi böyük alimlər hədis rəvayət edən şəxsləri və onların hansına e᾽timad edilə biləcəyini bildirən kitablar yazmışlar. Bunlar «Rical» kitabları adlanırlar. Məsələn Şeyx Tusinin «Rical» və «Fehrist» kitabları və ya Nəcaşinin «Rical» kitabı bu mövzuda yazılan əsərlərdəndir.

Xülasə, tarixdə qeyd olunduğuna görə, həqiqi şiələrin kənarında özlərini yalandan Әhli-beyt (ə)-a sadiq göstərən, amma həqiqətdə Әhli-beyt (ə)-ın e᾽tiqad etdiyi məsələlərə inanmayan və onların əməl etdiyi işlərə əməl etməyən bə᾽zi zəlalətə və azğınlığa düşmüş firqələr var idi ki, bunlar ümumən «Ğülat» adı ilə tanınırdılar. Әhli-beyt (ə) bunları özlərindən uzaqlaşdırmış və onlara lə᾽nət demişlər. Şiə alimləri də Әhli-beyt (ə)-a Allahlıq nisbət verən şəxslərin murdar olduqlarını bəyan etmişlər. Әlbəttə bu firqələrdən bə᾽ziləri bu gün də bə᾽zi yelərdə mövcuddur.

Növbəxti «Firəqüş-şiə» adlı kitabında «Ğülat»dan olan bir çox firqələrin adını çəkərək, Әhli-beyt (ə)-ın onlara qarşı olan mövqe və nəzərini qeyd etmişdir. [Әbu Məhəmməd Həsən ibni Musa Növbəxti şiənin 3-cü hicri əsrindəki böyük alimlərindəndir.]

Burada onun bu barədə olan sözlərindən bir hissəsini qısa şəkildə nəql edəcəyik:

«Amma Әbul-Xəttab Məhəmmədin ardıcılları və ona tabe olanlar imam Cə᾽fər Sadiq (ə)-ın ona (Әbul-Xəttaba) lə᾽nət söylədiyini eşidəndə, onun ətrafından dağılaraq neçə dəstəyə bölündülər. Bunlardan bir firqə deyibdir ki, imam Cə᾽fər Sadiq (ə) (nəuzubillah) Allah, Әbul-Xəttab isə peyğəmbərdir. Bir firqə də deyibdir ki, imam Cə᾽fər Sadiq (ə) Allah və bir nurdur ki, Peyğəmbərin (s) canişinlərinin bədənlərinə daxil olur. Bu nur imam Cə᾽fər Sadiq (ə)-dan xaric olduqdan sonra Әbul-Xəttabın bədəninə girmişdir» [Firəqüş-şiə, səh.46 (Növbəxti)]

Sonra Növbəxti belə davam edir:

«Bunlar özlərini şiə bilib, ğülüvvə düşən firqələrdir ki, Xürrəmilik, Məzdək [Məzdək firqəsi əski Iranda vücuda gəlmiş bir firqədir. Bu firqə «Әnuşirəvan»ın babası «Qübad»ın şahlığı zamanında «Məzdək» adlı bir şəxs tərəfindən icad edilmiş və kitablarının adı «Distav»dır. Onlar da Manəvi firqəsi kimi nur və zülmət olaraq iki ilah olduğunu iddia etmişdir. Ibni Nədimin «Fehrist» kitabına baxa bilərsiniz.] Zindiq [Zindiqlər: onlardırlar ki, fikir hürriyyəti adı altında ilahi dinləri inkar etmişdirlər.] və Dəhriyyənin [Dəhrilər: Mülhid və inkarçı firqələrdəndir və aləmin bir yaradıcısının olmadığını və bu aləmdəki nizamın öz başına mövcud olduğunu iddia edirlər.] yolunu davam etdirirlər. Bunların hamısı Allah-taalanın «Rübubiyyətini» inkar etmək və Onun bir nur və ruh kimi bir məxluqun bədəninə daxil olaraq qarışdığını və bir bədəndən digər bədənə keçdiyini iddia edirlər. Әlbəttə bu firqələr, tabe olduqları başçılar cəhətindən bir-birlərindən ayrılırlar və hətta bir-birləri ilə düşmənçilik də edirlər». [Zikr edilən mənbə səh.60].

Növbəxti daha sonra zəlalətə dümüş firqlərədən bə᾽zilərinin qərəzli olduqlarını nəql edir. Məsələn, bu firqələrdən biri həzrət imam Әli (ə)-ın oğlu Məhəmməd ibni Hənəfiyyənin «Məhdi» olduğunu və onun ölmədiyini və ölməyəcəyini demişlər. Onlar onun bir gün qalib gələcəyini, yer kürəsinin hər bir tərəfinə hakim olacağını və ondan sonra bir imamın olmayacığı fikrini yaymışlar. Bunların başçısı Ibni Kərb adlı bir şəxsdir. [Zikr edilən qaynaq səh.44]

Sonra qeyd edir ki, Həmzə ibni Әmmar Bərbəri də bu firqədən idi. Mədinəli olan bu şəxs sonralar bu firqədən ayrılıb özünün imam və peyğəmbər və Məhəmməd ibni Hənəfənin (nəuzubillah) Allah olduğunu iddia etdi... Və Mədinə və Kufə əhalisindən bə᾽ziləri də ona tabe oldular. Imam Məhəmməd Baqir (ə) ona lə᾽nət oxuyub ondan uzaq olduğunu e᾽lan etdi. Şiələr də bu şəxsdən uzaq olduqlarını e᾽lan etdilər». [Zikr edilən qaynaq səh.45]

Eləcə də imam Sadiq (ə) da bu firqəyə tabe olan Said Nəhdiyə lə᾽nət oxumuş və onu şeytanlardan saymışdır. Bir ayrı rəvayətə görə də imam Cə᾽fər Sadiq (ə) adı çəkilən şəxsi, imamın dilindən yalan rəvayətlər uyduranlardan olduğunu bildirmişdir.[Zikr edilən qaynaq səh.45]

Aşağıda şiə alimlərinin imam Sadiq (ə)-dan zəlalətə düşən «Ğülat» firqələri barəsində nəql etdikləri açıq nəzərlərini və imamın onlara lə᾽nət oxuyaraq, onları özündən uzaqlaşdırdığı barədə söylənən sözləri qısa bir şəkildə nəql edəcəyik.

Ibni Nədim «Fehrest» adlı kitabında yazır ki, «imam Cə᾽fər Sadiq (ə) Said Nəhdiyə lə᾽nət söyləyərək buyurubdur ki, «Onun bəsirət gözü kordur...» Kəşşi də onun Imam (ə) tərəfindən pislənməsini bildirən rəvayətlər nəql etmişdir.[Zikr edilən qaynaq səh.21]

Imam Cə᾽fər Sadiq (ə)-ın lə᾽nətlədiyi şəxslərdən biri də Ğülat tayfasından olan Әbu Mənsur Әcladır. Kəşşi öz «Rical» kitabında (səh.196) yazır ki, imam Cə᾽fər Sadiq (ə) bu şəxsə üç dəfə lə᾽nət oxuyubdur. Hişam ibni Әbdül Məlikin səltənəti vaxtında Iraqın hakimi Yusif ibni Ömər Səqəfi onu e᾽dam etdirmişdir. [Zikr edilən qaynaq səh.38]

Bu qeyd olunan firqələrdən başqa yenə bir çox «Ğülat» firqələri vardır ki, imam Cə᾽fər Sadiq (ə) onlardan uzaq olduğunu bildirmiş və hətta onların bə᾽zilərinə lə᾽nət oxumuşdur.

Seyyid Məhəmməd Sadiq Ali Bəhrül-ülum, «Firəqüş-şiə» kitabının haşiyəsində qeyd edibdir:

«Imam Cə᾽fər Sadiq (ə) Bəzi ibni Musa Haik, Müğəyrə ibni Səid, Səri, Әbul-xəttab, Məhəmməd ibni Әbi Zeynəb, Müəmmər, Bəşşar Şəiri, Həmzə Bərbəri və Said Nəhdiyə belə lə᾽nət oxumuşdur:

«Allah onlara lə᾽nət eləsin; Biz (əhli-beyt) həmişə adımıza söylənən yalanlara, yalançılara və ya ağlı zəif olan insanların hücumlarına mə᾽ruz qalmışıq. Allah bizləri yalançıların şərindən qurtarsın və onlara isti dəmir göstərsin» (Yə᾽ni, onları qızarmış dəmirlə cəzalandırsın).[Zikr edilən qaynaq səh.43]

Yenə imam Cə᾽fər Sadiq (ə)-dan, onun Ğülatdan uzaq olduğunu e᾽lan etmək barəsində belə nəql olunubdur:

«Ey şiələr, Ali Məhəmmədin şiələri, orta mövqe tutun ki, ğülüvvə düşən (Әhli-beyti öz məqamından yuxarıya çıxaran) sizə tərəf qayıtsın və (onların məqamını tanımaqda) sizdən geri qalanlar da sizə yetişsin».

Sə᾽d adlı bir şəxs imam Cə᾽fər Sadiq (ə)-a dedi ki, «Ğali» (ğülüvvə düşən) kimdir? Imam (ə) buyurdu:

«Onlar bir dəstədirlər ki, bizim öz haqqımızda demədiyimiz şeyi (özümüzə aid etmədiyimiz məqamı) bizim haqqımızda deyərlər. Onlar bizdən deyillər və biz də onlardan deyilik».

O şəxs dedi ki, bəs «Tali» (geridə qalan) kimdir? Imam buyurdu:

«O, xeyiri istəyəndir ki, xeyirə çatar və onun qarşısında (Allah tərəfindən) mükafat alar». [Müşkatül-ənvar fi Ğürərül-əxbar səh. 66 (Təbərsi)]

Səhabələrdən biri deyir: «Imam Cə᾽fər Sadiq (ə)-a Әbul-Xəttabın onun haqqında dediyi sözlər nəql olunanda, gördüm ki, imam Sadiq (ə)-ın gözlərindən yaş axır və belə deyir:

«Ey mənim Rəbbim, «Bəni-Әsəd»in nökəri olan Әcdəin (Әbul-Xəttabın) mənim haqqımda etdiyi iddiadan uzaq olduğumu Sənə bildirirəm, (Sənə sığınıram). Mənim tüküm və dərim də belə sənə boyun əyir. Mən sənin bəndən və sənin bəndənin oğluyam və (mən sənin müqabilində) itaətkar və zəliləm».

Sonra başını aşağı salıb ahəstə nə isə dedi, sonra başını qaldırıb buyurdu:

«Bəli, bəli, öz Rəbbinə xüzu-xüşu edən (boyun əyən) kiçik və zəlil bir qulam. Mən öz Rəbbinin müqabilində torpağa sarılmış və qorxaq (bir bəndəyəm). And olsun Allaha ki, mənim bir «Rəbb»im vardır. Hansı ki, Ona ibadət edirəm və Ona heç bir şeyi şərik tutmaram. Allah onu (Allahlıq məqamını mənə nisbət verdiyi üçün) xar eləsin və onun qəlbinə qorxu salsın ki, qiyamət günü qorxusunu rahatlığa dəyişməsin...

Nə peyğməbərlərin, nə rəsulların və nə də mənim Təlbiyəm (ləbbeyk deməyim) belə deyildir (yə᾽ni Әcdədin dediyi kimi deyildir.) Mən belə Təlbiyə deməmişəm». [Biharul-ənvar, 47-ci cild, səh.378 (Әllamə Məclisi)]

Sədirdən də rəvayət olunubdur ki, mən imam Cə᾽fər Sadiq (ə)-a dedim:

«Bir dəstə insan sizlərin ilahi olduğunuzu xəyal edir və bu barədə bizə Qur᾽an ayəsini oxuyurlar ki, Allah buyurub: «O (Allah) elə bir kəsdir ki, həm göydə və həm də ilahdır». Imam (ə) buyurdu:

«Ey Sədir! Mənim qulağım, gözüm, dərim, ətim, qanım, tüküm onlardan uzaqdır və Allah da onlardan uzaqdır. Onlar mənim və mənim babalarımın dinində deyillər. And olsun Allaha ki, Qiyamət günü Allah məni və onları bir yerə toplayanda qəzəb edəcəkdir». [Üsuli kafi 1-ci cild səh.269, (Küleyni)]

Bə᾽zi dəstələr imam Məhəmməd Baqir və imam Cə᾽fər Sadiq (ə)-ın adlarına yalan uydurduqları və o iki imam bunlardan uzaq olduqlarını söylədikləri kimi, bə᾽zi firqələr də imam Musa Kazim (ə)-a vəfat etdikdən sonra yalan nisbətlər vermişlər. Məsələn, demişlər ki, imam Musa Kazim (ə) vəfat etməyibdir. O, həzrət Isa (ə) kimi göyə aparılıb və bir müddətdən sonra yenə qayıdacaq. Imam Musa Kazim (ə)-ın oğlu imam Riza (ə)-da bunlardan uzaq olduğunu bəyan etmiş və onlara lə᾽nət etmişdir. Beləcə Әhli-beyt (ə) bu firqələrdən narazıdırlar və onlara nifrət edirlər. Amma imam Cə᾽fər Sadiq (ə)-ın buyurduğu kimi, Әhli-beyt (ə) məktəbini yıxmaq üçün hər bir dövrdə daimi olaraq Әhli-beyt (ə)-a yalan nisbətlər verən yalançılar mövcud olacaqdır.

Әlbəttə, Әhli-beyt (ə)-ın onların müqabilində açıq-aşkar əks mövqe tutmaları və onlardan uzaq olduqlarını e᾽lan etmələri, onlara Әhli-beyt (ə)-ın məktəbini ləkələndirmək kimi pis hədəflərinə mane olmuşdur.

Burada qeyd etmək lazımdır ki, bu firqələrdən çoxu Allahın lütf və kərəmi nəticəsində yox olub gediblər və tarixdə onların pis adlarından başqa bir şey qalmayıb...

Amma təəccüblüdür ki, qəlblərində çirkin niyyətləri olan bə᾽zi şəxslər həqiqətləri ayrı cür göstərməyə çalışaraq Әhli-beyt (ə) məktəbini, o firqələrin xurafat və batil inancları ilə ittiham etmək istəyirlər. Bunlar Әhli-beyt (ə) məktəbinə tabe olanları rədd olunan və batil «Ğulat» firqələrinin tabeləri kimi göstərməyə və bu yollla xalqın Әhli-beyt (ə) məktəbinə olan meylini qırmağa sə᾽y edirlər. Buna görə də müsəlmanların vəhdətini aradan aparmaq və həqiqətləri ayrı cür göstərməyə çalışanların bu kimi mürtəce və təhlükəli plan və oyunları müqabilində müsəlmanları oyatmaq lazımdır...

Bu yalanları yayanların özlərinə diqqət olunsa, mə᾽lum olar ki, onlar Әhli-beyt (ə)-ın məktəbi haqqında belə yalanları yaymaqla bərabər özlərini himayət etdikləri bə᾽zi məzhəbləri müdafiə edirlər. Məsələn, «Cəbr» və «Təcəssüm» məsələsi kimi ki, onlar Allahın cism olduğuna Onun bir kürsü üstündə oturduğuna, kürsünün eninin yeddi qarış olduğuna, Allahın qiyamət günü ayağını cəhənnəmə daxil edib cəhənnəmin atəşini azaldacağına və Allahın (nəuzubillah) fil və ya eşşək üstündə oturub göydən yerə endiyinə inanırlar.

Bunların tövhid əqidəsinə müxalif və batil inam olmasına baxmayaraq, onlar bu barədə heç bir şey deməzlər. Bu da göstərir ki, öz təriqətlərində bu kimi mürtəce əqidələri qoyub, Әhli-beyt (ə)-ın məktəbinə dil uzadanların məqsədləri həqiqətləri ayrı cür göstərmək və islama zərbə vurmaqdır.

ӘHLİ-BEYT (Ә)-İN ÖZ SӘHABӘLӘRİNӘ QARŞ I TӘRBİYӘ ÜSULLARI

Imam Cə᾽fər Sadiq (ə) buyurmuşdur:

«Həqiqətən mən sevirəm ki, bir adam Peyğəmbərin (s) xislətlərindən (sünnələrindən) birini belə icra etmədiyi halda dünyadan getsin, (yə᾽ni, insan çalışmalıdır ki, Peyğəmbərin (s) gördüyü və ya görülməsini məsləhət etdiyi işləri ən azı ömründə bir dəfə yerinə yetirsin)». [Məkarimül-əxlaq səh.39 (Təbərsi)]

Әhli-beyt (ə) öz səhabə və tələbələrinin tərbiyə və tə᾽liminə xüsusi bir maraq göstərirdi. Yə᾽ni öz dostlarının yaşayış tərzində islami əqidə, əxlaq və əhkamın həqiqi bir şəkildə tətbiq olunmasına və əməldə özünü göstərməsinə əhəmiyyət verirdilər.

Onlar sə᾽y edirdilər ki, ümmət arasında hidayət məş᾽əlini daşıya bilən, xalqın içərisində alim, xeyirxah və haqqa bağlı olan sədaqətli şəxsiyyətlər vücuda gətirsinlər. Elə şəxsiyyətlər ki, fəsad, pozğunluq amillərinin çoxaldığı bir vəziyyətdə xalqın süqut etməsinin qarşısını alsın və haqq əleyhinə aparılan mübarizələri dəf edərək, islah qiyamları vücuda gətirə bilsinlər. Biz bu həqiqətlərin Әhli-beyt (ə)-ın davranış və əxlaqlarında, söz və əməllərində aşkar olmasını görürük. Onların tövsiyə və nəsihətlərində bu məsələyə yüksək əhəmiyyət verdikləri aşkardır. Məsələn, islamı təhrif edib əhli-beyt məktəbini yıxmaq istəyən bə᾽zi şəxslər, təkcə Әhli-beyt (ə)-ın məhəbbətinin insana kifayət etmədiyini və Allah əmrlərinə əməl etməyin və dinin əhkamına bağlı olmağın zəruri və lazım olmadığını yaymaq istəyirdilər. Imam Məhəmməd Baqir (ə) onlara buyurdu:

«Hər bir müsəlman doğru bir əqidə ilə Qur᾽anın gətirdiyi, Peyğəmbərin (s) bəyan etdiyi və ömür boyu əməl etdiyi işləri icra etməlidir».

Imam Məhəmməd Baqir (ə) bu barədə buyurubdur:

«And olsun Allaha ki, bizim vücudumuz sizi Allahın əzabından qurtarmayacadır. Bizim ilə Allah arasında nə bir qohumluq və nə də onun müqabilində bir höccətimiz yoxdur.(Yə᾽ni, bir nəfəri cəhənnəmə atsa, bizim əlimizdə bir sübut yoxdur ki, onu qurtarmaq üçün Allaha göstərək). Fəqət, insan itaət etməklə Allaha yaxın ola bilər. Sizlərdən kim (Allahın əmrlərinə) itaətkar olsa, bizim vilayətimiz ona fayda verər. Әgər bir kəs üsyan edərsə, (yə᾽ni, Allahın əmrləri ilə müxalifət edərsə) bizim vilayətimiz ona bir fayda verməz». [Zikr edilən qaynaq səh.67 (Təbərsi)]

Yenə Әmr ibni Səid ibni Hilal da rəvayət edibdir ki:

«Mən imam Məhəmməd Baqir (ə)-a dedim ki, sənə fəda olum, mən səni neçə ildə ancaq bir dəfə görə bilirəm. Mənə bir vəsiyyət elə ki, ona daim əməl edim». O Həzrət, mənə belə buyurdu:

«Mən sənə Allahın təqvasını (Allahdan qorxmağı), vərə᾽ (günahlardan çəkinməyi) və bəndəlik etməkdə çalışmağı vəsiyyət edirəm. Bil ki, «vərə᾽» bəndəlikdə çalışmaqla birlikdə olmasa, bir faydası olmaz...»[Zikr edilən qaynaq səh.66]

Imam Cə᾽fər Sadiq (ə)-ın öz səhabələrindən olan Әbu Osaməyə, digər şiələrə də çatdırılmasını istədiyi vəsiyyətin bir hissəsi belədir:

«(Ey şiələr!) Allahdan qorxun və biz Әhli-beytə eyb yox, zinət olun. Xalqın məhəbbətini bizə cəlb edin və bizi hər cür pislikdən uzaq bilin... Bizim, Allahın kitabında (bəyan edilmiş) haqqımız, Onun Peyğəmbərinə əqrəbalığımız, pərvərdigar tərəfindən müqəddəsliyimz (hər cürə pislikdən uzaq və pak olmağımız) və pak bir vilayətimiz vardır. Hər kəs bunların bizdən ayrı olmasını iddia edərsə, yalançıdır. Allahı və ölümü yad eləməyi, Qur᾽anı tilavət eləməyi və Peyğəmbərə (s) salavat göndərməyi mümkün qədər çoxaldın. Çünki, Peyğəmbərə (s) salavat göndərməyin on savabı vardır».[Zikr edilən qaynaq]

Imam Cə᾽fər Sadiq (ə) öz səhabələrindən olan Ismail ibni Әmmara da belə vəsiyyət edibdir:

«Mən sənə Allahdan qorxmağı (təqvalı olmağı), «vərə᾽li» olmağı (haramlardan çəkinməyi), doğru danışmağı, əmanətə sadiq olmağı, (qonşuların ilə) yaxşı qonşuluq etməyi və çox səcdə etməyi vəsiyyət edirəm. Bu işləri görməyi Məhəmməd (s) bizlərə əmr edibdir».

Hişam ibni Salim də rəvayət edibdir ki:

«Imam Cə᾽fər Sadiq (ə)-ın Həmrana belə buyurduğunu eşitdim:

«(Dünyanın mal və sərvətində) özündən aşağıya bax, özündən yuxarı olana baxma. Bu sənin üçün öz qismətindən qane olmağa və Allahdan daha artıq (ruziyə) layiq olmağına vasitə olar. Bunu da bil ki, yəqin ilə olan daimi və az əməl Allah yanında yəqinsiz olan daimi əməldən daha yaxşıdır. Həmçinin bilməlisən ki, Allahın haram etdiyi işlərdən çəkinməkdən, müsəlmanlara əziyyət etməməkdən və onların qeybətlərini danışmamaqdan faydalı bir «vərə᾽» (çəkinmək) olmaz. Eləcədə heç bir şey gözəl əxlaq kimi qiymətli, heç bir mal insaniyyətdən və az mala qane olmaqdan faydalı və heç bir cəhalət özünü bəyənmək kimi pis və acı deyildir».[Zikr edilən qaynaq səh.72]

Imam Cə᾽fər Sadiq (ə) mö᾽minlərin xüsusiyyətləri barədə Həzrət Peyğəmbərdən (s) rəvayət etmişdir ki:

«Hər kim gördüyü pis işdən narahat olsa və yaxşı işlər etsə, mö᾽mindir».[Zikr edilən qaynaq səh.77]

Bunlar kimi onlarla, bəlkə yüzlərlə mövcud olan hədislərdən anlaşılır ki, Әhli-beyt (ə) ümmətinin fərdləri bütün cəmiyyətlərdə nümunəvi insanlar kimi tərbiyə olunmaqda çalışıblar. Onların saleh və nümunəvi insanlar yetişdirməkdəki üslublarının əsas mehvəri, məhz Allahın kitabına və Peyğəmbərin (s) sünnəsinə həqiqi mə᾽nada bağlı olmağın vacibliyi və ictimai həyatı bu mehvər əsasında qurmaqdır. Beləliklə, hər bir müsəlmanın üzərinə düşən vəzifə odur ki, haqq yolunu tapa bilmək üçün, onların hər cür şübhə və şəkdən uzaq olan hidayətlərinə inansınlar və vəsiyyətlərinə əməl etsinlər.