Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
ƏHLİ BEYT
İlahi ədalət və insan davranışlarının izahı

«Allah-taala şəhadət verir ki, Allahdan başqa ədaləti bərpa edən bir tanrı yoxdur. Mələklər və elm sahibləri də (şəhadət verirlər). Və (O,) ədalətə əsaslanır. Әziz və hikmət sahibi olan Allahdan başqa bir tanrı yoxdur». (Ali Imran surəsi, 18-ci ayə)

Әdalət Allahın sifətlərindən biridir və Onun əlaməti dünyanın hər bir yerində müşahidə olunur.

Ilahi ədalətin nişanələri yaranışda açıqca göründüyü kimi, ilahi kitablarda göndərilən şəriət və onun qanunlarında da aşkar müşahidə olunur. Allah-taala Qur᾽ani-kərimdə «Nəhl» surəsinin 40-cı ayəsində belə buyurur:

«Həqiqətən Allah ədalət və yaxşılıqlara əmr edir».

Ilahi ədalət Allahın öz yaratdıqlarında icra edilərək qəza və qədərdə öz əksini tapdığı kimi, axirət dünyasında da hakim olacaq. Bu qanunlara əsaslanaraq yaxşı iş görənlər yaxşılıqlarla mükafatlandırılacaq və pis iş görənlər isə pisliklərinə görə cəzalandırılacaq... Necə ki, «Kəhf» surəsinin 40-cı ayəsində buyurulub:

«Sənin Pərvərdigarın heç bir kəsə zülm etməz..» (Kəhf-40)

Yenə buyurur:

«Sonra (o gündə) hər bir şəxs etdiyi əməllərin əvəzini kamil şəkildə alacaqdır». (Bəqərə-281)

Yenə də buyurur:

«Onun etdiyi hər bir yaxşı və pis iş onun özü üçündür». (Bəqərə-286)

Ilk müsəlmanlar bu əqidədə yaşayaraq gördükləri işlərdə o mətləbə əsaslanırdılar. Amma, sonralar müxtəlif fəlsəfə və məzhəblərin yaranması nəticəsində müsəlmanlar arasında bir-birindən fərqli olan üç nəzəriyyə meydana gəldi:

1. Cəbr: Yə᾽ni, mütləq məcburiyyət;

2. Təfviz: Yə᾽ni, mütləq muxtariyyət;

3. Nə cəbr və nə də təfviz: Yə᾽ni, orta mövqe.

1). Qur᾽an ayələrinin bə᾽zilərinin zahirinə diqqət yetirmək və digər ayələrə nəzər salmamağın nəticəsində bə᾽ziləri xəyal edirdilər ki, Qur᾽an Cəbr nəzəriyyəsini təsdiq edir. Məsələn, Allah-taala bir ayədə buyurur:

«Allah, istədiyini hidayət edir və istəmədiyini zəlalətə salır».

Bu ayənin həqiqi mə᾽nasını bilməyənlər belə təsəvvür edirdilər ki, insan heç bir iradə və ixtiyara malik deyildir. Yə᾽ni insan xaricdən idarə olunan bir texnika kimidir. Bu nəzəriyyəyə görə insan bütün işlərində ixtiyarsız və məcburiyyət qarşısındadır. Bu fikir sahiblərinə «Cəbriyyə» deyilir.

2). Digər bir nəzəriyyəyə görə insan öz işlərində Allahın iradə tə᾽siri altında olmayıb, tam mə᾽nası ilə azad və ixtiyar sahibidir. Hətta, belə iddia edirdilər ki, Allahın insanın işlərinin qarşısını almağa qüdrəti yoxdur. Istər bu işlər öldürmək, zülm, içki içmək və sairə işlər kimi pis və ya ibadət, ədalət, səxavət və namaz qılmaq kimi yaxşı işlər olsun. Bunlara «Müfəvvizə» deyirlər.

3). Әhli-beyt (ə) isə nə Cəbr və nə də Təfviz prinsipinə əsaslanaraq, bu fikirlərin hər ikisini rədd etmiş və bu nəzəriyyələrin Qur᾽ani-ərimdəki tövhid məfkurəsinə zidd olduqlarını bəyan etmişlər. Әhli-beyt (ə) izah etmişlər ki, insanın davranışlarını Allahın ədalətinə əsaslanaraq təfsir etmək lazımdır. Әks təqdirdə, insanın iradə və ixtiyarını inkar etmək və onu öz işlərində məcburi saymaq, yaradan Allahı zülmlə ittiham etmək mə᾽nasını verir. Çünki, onun mə᾽nasından belə çıxır ki, Allah-taala bir tərəfdən insanı pis işlər görməyə məcbur edir, digər tərəfdən də onu bu işlərdə cinayətkar bilib cəzalandırır.

Müsəlmanların çoxu bə᾽zi ayələrin həqiqi mə᾽nasını unudaraq onların zahiri mə᾽nalarına diqqət yetirmiş və səhv olaraq insanın öz işlərində məcbur olduğunu yə᾽ni, qeyri-iradi olmasını düşünmüşlər.

Məsələn, aşağıdakı ayə kimi:

«Allah istədiyini yoldan çıxarır və istədiyini hidayət edir».

Amma Әhli-beyt (ə) bu ayədə qeyd olunan hidayət və zəlalət məfhumlarını elə bəyan etmişlər ki, Allahın ədaləti ilə tam uyğun gəlir.

Eyni zamanda Әhli-beyt (ə) «Cəbr» müqabilində olan «Təfviz» fikrini (yə᾽ni, insanların öz işlərində tam öz başlarına buraxıldıqları və yüksək bir qüdrətin tədbirinə tabe olmadıqları fikrini) də rədd etmişlər və bunu Allah-taalanı (nəuzubillah) qüdrətsizlikdə ittiham etmək kimi qiymətləndirmişlər.

Bu iki azğın fikirin müqabilində Әhli-beyt (ə)-ın bəyan etdikləri həqiqət və doğru məzhəb bundan ibarətdir ki, nə «Cəbr» doğrudur və nə də «Təfviz». Həqiqət bu iki fikirlərin arasında olan bir nöqtədir. Insan bu dünyada öz işlərində məcbur olmadığı kimi, öz başına da buraxılmamışdır. Әhli-beyt (ə)-ın hədisləri bu mövzunu çox dəqiq və açıq bir şəkildə bəyan etmişdir.

Biz bu barədə Әhli-beyt (ə)-dan nəql olunan hədislərə işarə etməzdən qabaq, Әhli-beyt (ə)-ın məktəbi ilə digər məzhəblər arasında Allahın ədaləti barəsində olan ixtilaf və fərqləri qısaca qeyd edəcəyik.

1. Insan hər bir zaman xeyir və şər işləri görməyə ixtiyarlıdır. Məsələn, insan zülm etməyə, yalan danışmağa və sair pis işlərə gücü və iradəsi çatdığı kimi, bu işləri görməyib ədalətli olmağa və yaxşı işlər görməyə də gücü və iradəsi çatır. Bu iki yoldan hər hansı birini istəsə, öz azad iradəsi və ixtiyarı ilə görə bilər.

Әlbəttə, Allah-taala insanı bir iş görməyə vadar etməyə qadir olduğu kimi, hər hansı bir pis işdə də qabağını almağa və qadağan etməyə qadirdir. Amma, Allah-taala heç kəsi zorla bir işi görməyə və ya bir işi tərk etməyə məcbur etməz.

Bəli, Allah-taala öz lütf və rəhməti ilə ilahi inayət və mərhəmətə layiq olan şəxsləri pis və bəyənilməyən işləri görməkdən çəkindirər. Məsələn, bə᾽zən insanların yaxşı işlərdə müvəffəqiyyət qazanmasına kömək edir. Amma bu iş heç də insanın ixtiyarını və iradəsini əlindən almaq deyil, əksinə ona əldə etdiyi ləyaqətə görə bir lütf və mərhəmət etməkdir.

2. Allah-taala qiyamət günü hər bir insanı gördüyü işlərə görə cəzalandırar. Ilahi ədalətin nəticəsi olaraq, yaxşı iş görənlərlə pis iş görənlərin mükafat və cəzaları bir-birindən ayrı olar. Bir dəstə öz gördükləri işlərin nəticəsində atəş və cəhənnəmə, digər bir dəstə isə cənnətə girməyə layiq olarlar.

Amma, müsəlman firqələrindən bə᾽ziləri demişlər ki, Allahın yaxşı iş görənləri cəhənnəmə və pis iş görənləri isə cənnətə aparmağı heç də qəbahət sayılmır.

Onlar yanlış olaraq, aşağıda qeyd olunan ayəyə əsaslanmışlar:

«(Allah), gördüyü işlər barəsində sorğu-sual olunmaz; (bütün bəndələr), isə sorğu-sual olunarlar». (Әnbiya-23)

Bə᾽ziləri bu müqəddəs ayənin doğru olmayan təfsirinə istinad edərək demişlər:

«Vacib deyildir ki, Allah-taala qiyamət günü üçün verdiyi mükafat və᾽dlərinə əməl etsin».

Amma Әhli-beyt (ə)-dan nəql olunan hədislərdə bu sözün Allahın sədaqət və ədaləti ilə müxalif olduğu bəyan edilmişdir.

Bu (yanlış) fikir yaxşı iş görən insanla pis iş görən insanı bir sayır və şəriətdə müəyyən olunan vəzifələri və onların mahiyyətini itirir. Halbuki, müqəddəs islam şəriətində heç bir iş cəza və məs᾽uliyyətsiz deyildir. Allah-taala buyurur:

«Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onun xeyrini görəcəkdir, (mükafatını alacaqdır.) Kim zərrə qədər pis iş görmüşdürsə, onun zərərini görəcəkdir, (cəzasını çəkəcəkdir).

3. Bə᾽zi müsəlmanların nəzəri bu olubdur ki, (nəuzubillah) Allah-taala öz bəndələrinə gücü və imkanları çatmayan vəzifə və təkliflər müəyyən edə bilər. Onlar öz nəzərlərində bu müqəddəs ayənin yanlış təfsirinə istinad etmişlər. Ayə belədir:

«Ey rəbbimiz, gücümüz çatmayan vəzifələri bizə daşıtdırma!» (Bəqərə-286) [Әllamə Təbatəbai (r.h.) «Әl-mizan fi təfsiril-Qur᾽an» adlı təfsir kitabında yuxarıdakı ayənin təfsirində qeyd edibdir ki, Bizim taqətimiz (gücümüz) olmayan şeydən məqsəd, insanı ilk başdan gücü yetişməyən bir şeyə mükəlləf qılınması deyildir. Çünki, bildiyiniz kimi bunu ağıl səhih bilmir və Allah-taalanın Qur᾽anda nəql etdiyi «Dedilər ki, biz eşitdik və itaət elədik» sözü də belə bir şeyin iradə olmadığına dəlildir. Bəlkə «Bizim taqətimiz olmayan şeylər»dən məqsəd, insanların elədikləri günahlar nəticəsində onlara və normalda təhəmmül olunmayan təkliflər göydən enən əzab, Məsx olmaq və buna bənzəyən əzablardır.(Әl-mizan təfsiri, 2-ci cild, səh.445)

Amma Әhli-beyt (ə) bu nəzəri rədd edərək izah etmişlər ki, bu anlayış Allahın ədaləti və Qur᾽ani-kərimin aşkar ayələri ilə uyğun gəlmir. Çünki, Allah-taala açıqca buyurubdur:

«Allah heç kəsi qüvvəsi çatmayan işi (görməyə) vadar etməz». (Bəqərə-286)

Burada Әhli-beytdən (ə) bu mövzuların həqiqəti barəsində nəql olunan bə᾽zi rəvayət və fiqh mübadilələrini qeyd edəcəyik. Bu rəvayətlərdə ilahi ədalətə əsaslanaraq insanın davranışı, rəftarı və insan iradəsi ilə Allah-taalanın iradəsi arasındakı rabitə izah olunmuşdur.

Әhli-beyt (ə) məktəbinə məxsus olan bu izahatda, bu məktəbin əqidə, fikir və ideolgiya birliyi aydın olur, Cəbr, Təfviz və Qur᾽anın əsasları ilə uyğun gəlməyən digər nəzəriyyələrin batil olduğu isbat edilir.

Imam Cə᾽fər Sadiq (ə)-dan rəvayət edilmişdir ki, belə buyurdu:

«Həqiqətən Allah məxluqatı yaratdı və onların aqibətlərini də bilir. Onlara əmr və nəhylər edib və əmr etdiyi şeyləri tərk etmək qüdrətini də veribdir. Amma onlar Allahın izni olmazsa, heç bir işi icra və tərk edə bilməzlər». [Üsuli kafi, 1-ci cild, cəbr və qədər babı (Kuleyni)].

Imam Әli ibni Әbi Talib (ə) Müaviyə ilə müharibə etmək üçün Şama gedən zaman öz səhabələrindən biri ilə belə danışıq aparmışdı. O şəxs belə sual etmişdi:

«Ey Әmirəl-mö᾽minin! Bilmək istəyirik ki, bizim bu səfərimiz Allahın qəza-qədəri ilədirmi? (Yə᾽ni alın yazısı ilə)».

Әmirəl-mö᾽minin Әli (ə) cavabında buyurdu:

«Bəli ey yaşlı adam! Allaha and olsun ki, sizlər Allahın təqdiri olmazsa, heç bir addım da yol gedə bilməzsiniz».

Bu vaxt o yaşlı kişi dedi:

«Ey Әmirəl-mö᾽minin! Mən səfərdəki zəhmətimi Allahın hesabına qoyuram. (Yə᾽ni hər nə iş görsən Ona hesablanır.)

Әmirəl-mö᾽minin Әli (ə) buyurdu:

«Vay olsun sənə! Sən elə zənn edirsən ki, bu mütləq bir qəza və mütləq bir qədərdir? Әgər belə olarsa, o zaman savab və əzab və᾽dələri batil olar.(Mə᾽nasız olar)».

Və (Allahın yaxşılara cənnət) və᾽də verməsi və ya (yoldan çıxanları) əzabından qorxutması, mə᾽nasız olar.(Və günahkar olanı) tənqid etmək və xeyirxahları tə᾽rifləmək və onlara təşəkkür etmək əbəs olardı.

Həqiqətən Allah-taala öz bəndələrini (ixtiyar sahibi olduqları üçün), öz əmrləri ilə yaxşı işləri görməyə əmr etmiş və nəhyləri ilə pis işlərdən çəkindirmişdir. Onun bəndələrin üzərinə qoyduğu vəzifələr çətin yox, asandır. Və az əməlin müqabilində çox mükafat verəcəkdir.

Allahın əmrlərinin icra olunması, Onun məğlubiyyətinə səbəb olmadığı kimi, edilən itaət də bəndənin məcburi olması üçün deyildir.

O, göyləri, yeri və onların arasında olan mövcudatı, boş yerə yaratmayıb və əbədi əzab və ne᾽mətlərin müjdəçisi olan peyğəmbərləri əbəs yerə göndərməmişdir. Bu (dünyanın və s. boş yerə yaranması) küfr edənlərin düşüncələridir. Bəs, vay olsun kafirlərə cəhənnəm atəşindən». [Nəhcül-bəlağə (Sohi salehin tədqiq etdiyi çap, səh.481)]

Imam Riza (ə)-dan nəql olubdur ki, Onun yanında söz Cəbr və Təfviz məsələsindən düşdü. Imam (ə) belə buyurdu:

«Bu barədə sizə mübahisəyə ehtiyacı olmayan bir əsas deyim ki, kim onu qəbul etməyib sizinlə müxalifət eləsə, onu məğlub edə biləsiniz?»

Dedik ki, əgər münasib bilirsinizsə buyurun. Həzrət (ə) buyurdu:

«Həqiqətən izzət və cəlal sahibi olan Allaha itaət etmək, zorla və çarəsizlikdən deyildir və eləcə də günah etmək bəndələrin Onun iradəsinə qələbə çalması ilə olmayıb. O, öz mülkündə bəndələri öz başlarına buraxmamışdır. Allah onlara verdiklərinin sahibidir. Və onlara verdiyi gücü öz qüdrətilə dəstəkləmişdir. Әgər bəndələr Ona itaət edərlərsə, Allah onlara mane olmaz. Eyni zamanda ona günah etmək yolunu tutduqları halda, əgər Allah onların qabağını almaq istəsə, alar. Amma, əgər istəməzsə, bu heç də onları günaha vadar etmək sayılmaz».

Sonra buyurdu:

«Hər kəs bu sözün mə᾽na və həqiqətini öyrənsə, müxaliflərə cavab verə bilər». [Әl-mizan təfsiri 1-ci cild, Cəbr və Təfviz bəhsi. Әl-mizan da bu hədisi Şeyx Səduq (rə)-ının «Әt-tövhid» və «Üyunü əxbarü-Rza» kitabından nəql etmişdir.]

Şeyx Müfid (r.ə.) yazdığı «Şərhül-əqaid» kitabında deyibdir:

«Imam Әliyyən Nəqi (ə)-dan nəql olunubdur ki, o Həzrətdən (ə) insanların işlərinin Allah-taala tərəfindən yaranıb-yaranmaması haqqında sual olundu. Imam (ə) belə buyurdu:

«Әgər insanın işləri özündən aslı olmayaraq Allah tərəfindən törənsəydi, Allah o işlərdən uzaq olduğunu e᾽lan etməzdi. Halbuki, Allah-taala buyurubdur: «Həqiqətən Allah müşriklərdən uzaqdır». Bu ayədə Allah-taala müşriklərin özlərindən «bəri» olduğunu deyil, onların şirklərindən və pis işlərindən uzaq olduğunu nəzərdə tutmuşdur. [Әl-mizan təfsiri, Cəbr və Təfviz bəhsi, Әllamə Təbatəbai (r.ə.)].

«Әt-tövhid» kitabında da Məhmməd ibni Әclandan nəql olunubdur ki, o belə dedi:

«Mən imam Cə᾽fər Sadiq (ə)-a dedim ki, Allah hər şeyi bəndələrin öz ixtiyarına buraxıbdır?»

Imam (ə) buyurdu:

«Allahın kərəm və məqamı hər şeyi bəndələrin ixtiyarına buraxmaqdan daha ucadır. Dedim ki, elə isə Allah öz bəndələrini gördükləri işlərə məcbur edibdir. Buyurdu ki, Allahın ədaləti bundan daha ucadır ki, bəndəni bir işə məcbur edə və sonra da ondan ötrü onu cəzalandıra». [Zikr edilən qaynaq].

Və (Uyunu əxbarülr-rza) adlı kitabında da «Allah onları (heç bir şeyi) görməyəcəkləri bir qaranlıqda buraxdı», ayəsinin təfsiri barəsində imam Riza (ə)-ın belə buyurduğu nəql olunubdur:

«Tərk etmək və özbaşına buraxmaq məfhumları xalqa aid olduğu kimi, Allaha nisbət verilməz. Amma, Allah-taala bə᾽zi bəndələrinin küfr və zəlalətindən qayıtamayacaqlarını bildiyi üçün onlara yardım və lütfünü şamil etməmiş və seçdikləri işlərində onların qarşısını almamışdır». [Zikr edilən qaynaq].

Yenə «Uyunu əxbarür-riza»kitabında «Allah onların qəlblərinə möhür vurmuşdur» ayəsinin təfsirində imam Riza (ə)-ın belə buyurduğu söylənilmişdir:

«Bu ayədə işlənən «xətm» (möhür) sözündən məqsəd, kafirlərin öz küfrlərinin cəzası olaraq, qəlblərinin möhürlənməsi (öz təbiətini itirib ayrı bir təbiət alması) olmuşdur. Onların bir hissəsi istisna olmaqla, qalanları iman gətirməyəcəklər».

Göründüyü kimi Әhli-beyt (ə)-ın məktəbində Allaha aid olan hidayət və zəlalət məfhumları insanların ixtiyarını inkar etmək mə᾽nasında deyildir. Bu məktəb nöqteyi-nəzərindən insan həqiqi mə᾽nada ixtiyar və iradəyə malikdir və bu cəhətdən də gördüyü bütün işlərdə məs᾽uliyyət daşıyır. Çünki, Allah insanı həm iradəli yaratmış və həm də ona xeyir və şər yollarının nə olduğunu açıq-aydın bəyan etmişdir. Allah-taala Qur᾽ani-kərimdə buyurub:

«Biz ona haqq yolu göstərdik. Istər (ne᾽mətlərimizə) minnətdar olsun, istər nankor. (Bu onun öz işidir)». (Insan-3)

Və yenə buyurub:

«Və Biz ona hər iki yolu da göstərdik».

Həzrət Rəsuli-əkrəm (s) bu ayəni belə təfsir etmişdir:

«Bu iki yol xeyir və şər yollarıdır. Sizlər çalışın ki, şər yolu sizin üçün xeyir yolundan sevimli və əziz olmasın».

Әhli-beyt (ə)-ın insanın rəftar və davaranışı və eləcə də insanda baş verən xeyir və şərlərin izahında bəyan etdikləri üsul və əsasın xülasəsi bu cümlədə dərc olunmuşdur:

«Nə Cəbr doğrudur və nə də Təfviz. Həqiqət bu iki mərhələnin arasında yerləşən ortaq bir nöqtədir».

Әhli-beyt (ə)-ın birindən «Cəbr vəTəfvizin arasında bir ortaq yer varmı?» deyə sual edilən zaman belə buyurmuşdur:

«Bu iki fikrin arasında günəşlə yerin arasında olan məsafə qədər bir orta mənzil vardır».

Bu məsələ Әhli-beyt (ə)-ın cəbr və ixtiyar mövzusu barəsində bəyan etdikləri əsasın qısa şəkildə olan izahı idi ki, müsəlmanlar onu o müqəddəslərdən öyrənib inanmışlar.