Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
YASİN SURƏSİNİN TƏFSİRİ
77 - 79 ayələr

Tərcümə :

Məgər insan ( As ibni Vail , yaxud Übəyy ibni Xələf ya Üməyyə ibni Xələf ) onu nütfədən yaratdığımızı görmədimi ki , birdən - birə ( Rəbbinə ) açıq bir düşmən kəsilərək (77).

Öz yaradılışını unudub : « Çürümüş sümükləri kim dirildə bilər ?!» - deyə , hələ Bizə bir məsəl çəkdi (78).

( Ya Peyğəmbər !) De ki , « Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir . O , hər bir məxluqu ( yaradılışından əvvəl sonra da ) çox gözəl tanıyandır (79).

Ayənin nazil olmasının səbəbi .

Təfsirlərin çoxunda yazılmışdır ki , Müşriklərdən olan « Übəyy ibni Xələf » yaxud « Üməyyə ibni Xələf « ya « As ibni Vail » adlı bir kişi bir parça köhnəlib çürümüş sümüyü tapıb dedi : - Bununla gedib Muhəmmədlə bəhs edib onun əleyhinə söhbət edəcəyəm . Onun məad barəsində dediklərini batil edəcəyəm . Sümüyü götürərək peyğəmğbərin yanına gəldi ( bəzilərinin dediyinə əsasən peyğəmbərin qarşısında sümüyün bir parçasını un kimi ovub yerə tökdü ). Üzünü peyğəmbərə tutaraq dedi : « Bu çürümüş sümükləri kim yenidən dirildəcək ? ( hansı əql bunu qəbul edər ?)»

Bu zaman yuxarıdakı üç ayə ondan sonra deyiləcək son dörd ayələr nazil oldu . O kişiyə onunla həm fikir olanlara məntiqi əqli bir cavab verir .

Təfsir :

İnsan yaranışının özü məada qəti bir dəlildir.

Dediyimiz kimi Quranın qəlbi olan surədə məada, tövhidə, nübüvvətə dair söhbətlər olunmuşdur. Bu surə «Qurani-Məcid» və nübüvvətdən başlayıb məad barəsindəki ayələrlə xətm olur.

Əvvəl insana ilk yaranışı barədə fikirləşməyə tövsiyə edir. Buyurur:

«Məgər insan (peyğəmbərlə mübahisə edən kişi) onu nüftədən yaratdığımızı görmədimi ki, birdən-birə (Rəbbinə) açıq bir düşmən kəsilir?»

Necə gözəl ifadədir! Hər şeydən qabaq insanın özünə işarə edir. Yəni hər bir insan hansı etiqada malik olursa olsun, elmi az olsun, ya çox, bu həqiqəti düşünüb tapa bilər.

Daha sonra «nütfə» (sperma )-dan söhbət edir. Nütfənin leksik mənası «murdar», «dəyərsiz su» (sperma)-dır. Bununla Allah istəyir, qürürlu və özündən razı olan insanlar bilsinlər ki, yaranışının ilk günündə nə olmuşlar?

Təkcə bu murdar su ilə yenə də iş başa çatmır. Təkcə bu su insan həyatının başlanğıcı deyil. Bu murdar su paçasının tərkibində olan və gözlə görünməyən minlərlə diri hücrələr qadının analığında olna minlərlə digər hücrələrə qarışıb uşaq icad edirlər.

Bu müddətdə uşaq (ana bətnində təzə yaranan uşaq) mərhələləri bir-birinin ardınca keçərək təkamülə (dünyaya qədəm qoymağa) yaxınlaşır. Ana bətnində bu mərhələlərin sayı Quranını dediyinə əsasən altı mərhələdir. Nütfə, sonra laxtalanmış qan, sonra bir parça ət, sonra həmən ət parçası sümüklərə dönür, sonra o sümüklər ətlə örtülüb və nəhayət yeni bir məxluq olaraq bir uşaq (oğlan, ya qız) dünyaya gəlir

(Muminun-13-14).

Doğulduqdan sonra zəif bir uşaq idi. Yavaş-yavaş təkamülə tərəf hərəkət etməyə başladı. Nəhayət gəlib əqli və cismani yetkinliyə çatır.

Bu zəif uşaq elə güclü bir insana çevrilir ki, öz keçmiş və gələcəyini unudaraq Allahla düşmənçiliyə başlayır və ayədə deyilən «xəsimun mubin» (açıq-aşkar bir düşmən) sözünün aydın bir nümunəsi olur. «Xəsimun mubin» sözündə bir zəiflik cəhəti, bir də qüvvət cəhəti vardır. Quran bu iki cəhətin ikisinə də işarə edir.

Qüvvət cəhəti budur ki, bu iş (bu cür düşüncə və düşmənçilik) yalnız ağıl, düşüncə, qüdrət və ixtiyar sahibində mümkündür (Bilirik ki, insan həyatında ən mühüm iş danışmaqdır. Sözlər əvvəlcə beyində hazırlanır, sonra pulemyot güllələri kimi bir-birinin ardınca bayıra çıxırlar.

Bu iş isə yalnız insanlar üçün mümkündür). Beləliklə də insan Allahın qüdrətini bu böyük məxluqda (insanda) bir qətrə su ilə nümayiş etdirir.

Zəif cəhət isə budur ki, insan hər şeyi (keçmiş və gələcəyini) unudur. Allah-ın ona verdiyi nemətlərlə (məsələn, danışıq neməti ilə) Onun Öz əleyhinə hərəkətlər edir və Ona düşmən kəsilir. Gör insan nə qədər bixəbərdir.

Onun bixəbər olmasına bu kifayət edir ki Allah buyurur:

«Öz yaranışını unudub: «Çürümüş sümükləri kim dirildə bilər?»- deyə hələ Bizə məsəl də çəkdi»

Ayədə işlənən «məsəl» sözündən məqsəd adi məsəl və bir şeyi digər şeyə bənzətmək deyildir. Əksinə «məsəl» sözündən məqsəd ümumi bir mətləbi isbat etmək üçün gətirilən sübutdur.

O, (Übəyy ibni Xələf, yaxud Üməyyə ibni Xələf və ya As ibni Vail) çöldən bir parça sümük tapır. Bu sümüyün kimin sümüyü olması da məlum deyildi. Bu sümük sahibinin ölümü ölüm olmuşdu, yoxsa cahiliyyət dövrünün davalarında faciəli surətdə ölmüşdür? Bəlkə də acından canını tapşırmışdır. Hər halda o ölmüş bir insan sümüyü idi. O, (üç nəfərdən biri) belə güman edir ki, bu sümüyün vasitəsi ilə məadın inkarına qəti bir dəlil tapmışdır. Aşgarcasına (əlbəttə bir tərəfdən sevinirdi də) sümüyü götürüb dedi: «Ləəxsimənnə Muhammədən» (bununla Muhammədin əleyhinə sübut gətirib məad barədə dediklərinibatil edəcəyəm) O, (Muhamməd) bunun qarşısında aciz qalıb cavab verə bilməyəcək. Tələsik Peyğəmbərin yanına gəlib fəryad etdi: «De görüm kimin qüdrəti çatar bu çürümüş sümüyə yenidən həyat libası geydirə?» Daha sonra sümüyünbir hissəsini un kimi ovub Peyğəmbərin qarşısına tökdü. Belə güman edirdi ki, Peyğəmbər bu sözün qarşısında heç bir cavab tapa bilməyəcək.

Təəccüblü burasıdır ki, Quran onun cavabını çox kiçik bir cümlə ilə «və nəsiyə xəlqəhu» (öz yaranışını unutdu) cümləsi ilə verir. Baxmayaraq ki, bu cümlədən sonra bəzi dəlillər də əlavə edilir.

Allah buyurur: - Əgər sən öz yaranışını unutmasaydın heç vaxt belə bir söz danışmazdın, ey hər şeyi unudan insan! Arxaya qayıt və yaranışının əvvəlinə fikir ver. Necə ki, əvvəldə bir qətrə murdar su (nütfə-sperma) idin və gün-gündən səni yeni bir şəkilə salardıq, indi də sən daima ölüm və məad halındasan. Cəmad halından gəlib böyük bir kişi oldun. Bitki aləmidən girib heyvan aləmindən çıxdın, heyvan aləmindən də vurub insan şəklinə düşdün. Sən isə bunların hamısını yaddan çıxartdın. İndi də deyirsən bu çürümüş sümüyü kim dirildəcək?

Bu sümük tamamilə çürüdüsə, hətta ovulub torpağa çevrilsə də (yenə onu dirildəcəyik). Məgər əvvəlki gündə o torpaq deyildimi? (Və Biz onu torpaqdan yaratmadıqmı?)

Buna görə də Allah tez Peyğəmbərə buyurur ki, bu qururlu və ziyankar şəxsə: «De ki; - Onların ilk dəfə yoxdan yaradan (Allah) dirildəcəkdir».

Əgər bu gün ondan bir parça sümük qalmışdırsa, bir vaxt var idi ki, heç o bir parça sümük də yox idi (və Biz onu xəlq etdik) hətta onun torpağı da yox idi. Onu heç nədən yaradan üçün onun sümüklərini yenidən diriltmək heç də çətin deyil. Əksinə daha asandır.

Birdən fikrinizə gələr ki, bu sümük ovulub torpağa qarışdıqdan və torpağın hər yerə səpildiyindən sonra daha kim o parçalanmışsümüyün hissələrini tanıyar və onu müxtəlif məkanlardan yığıb bir yerə cəm edər? Bunun da cavabı çox aydındır. Allah buyurur: «O, (Allah) hər bir məxluqu (yaranışından əvvəl də, sonra da) çox gözəl tanıyandır».

Belə bir «elm» və «qüdrət»ə malik olan bir varlıq üçün məad və ölüləri diriltmək məsələsi heç bir çətinlik yaratmır.

Bir parça maqniti dəmir qırıntıları tökülmüş torpağın üzərinə dolandırsaq dərhal dəmir qırıntıları maqnitə yapışacaqlar. Cansız bir əşya bu xüsusiyyətə malikdir. Allah-da insanın bədəninin bütün zərrələrini yer kürəsinin hansı nöqtəsində olursa olsun biir əmr ilə bir yerə toplayacaqdır.

Allah təkcə insanın yaranışını yox, hətta onun bütün niyyət və əməllərinin də bilir və bunların hamısının hesab-kitabı Onun yanındadır.

Deməli, gizli və daxili əməl, niyyət və etiqadın hesab-kitabı da Onun üçün çətinlik yaratmır. Necə ki, «Bəqərə» surəsinin 284-cü ayəsində deyilir:

«Siz ürəyininzdə olanı zahirə çıxarsanız da, çıxarmasanız da, Allah ona müvafiq sizinlə haqq-hesab çəkər».

Məhz bu səbədən Musa Peyğəmbər Allah tərəfindən əmr almışdı ki, məad və ötüb-keçmiş nəsillərin yenidən dirilməsidə və onların hesab-kitab çəkiləcəyinə də təəcüb edən Firona desin.

«Mussa (ə) dedi: -Onlara dair bilik yalnız Rəbbinin dərgahında olan bir kitabdadır (Lövhi-məhfuzdadır). Rəbbim (heç bir şeydə) xəta etməz və (heç bir şeyi) unutmaz!» (Taha-52).