Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
YASİN SURƏSİNİN TƏFSİRİ
71 - 76 ayələr

Tərcümə :

Məgər « Məkkə müşrikləri » Bizim Öz əllərimizlə , Öz qüdrətimizlə onlar üçün davarlar ( heyvanlar ) yaratdığımızı özlərini onlara sahib olduqlarını görmürlərmi ?(71).

Bu davarları onların ixtiyarına verdik . Onlardan mindikləri var , ətini yedikləri (72).

Onların o heyvanlarda ( başqa - başqa ) mənfəətləri içəcək südləri var . Hələ şükür etməzlərmi ? (73).

( Müşriklər ), bəlkə , özlərinə bir yardım oluna deyə , Allah - dan başqa tanrılar ( bütlər ) qəbul etdilər (74).

O bütlər onlara heç bir kömək edə bilməzlər . Onlar özləri isə bütlər üçün ( onları başqalarından qoruyan ) hazır əsgərlərdir (75).

« Ya Muhamməd Onların ( sən peyğəmbər deyilsən , şairsən ) sözü səni kədərləndirməsin . Biz onların gizli saxladıqları aşikar etdikləri şeyi bilirik (76).

Təfsir :

Heyvanların insanlara olan faydası.

Quran bu ayələrdə bir daha tövhid və şirk məsələlərinə işarə edir. Bu ayələrdə insanın həyatında olan Allah-ın qüdrət və əzəmət nişanələrindən birqismini, insanların ehtiyaclarının Allah tərəfindən ödənilməsini və bütlərin zəif və qüdrətsiz olmasını bəyan edərək, aşikar bir müqayisədə tövhid xəttinin haqq olmasını və bütpərəstlik xəttinin batil olması məlum olur.

Əvvəl buyurur:

«Məgər (Məkkə müşrikləri) Bizim Öz əllərimizlə, Öz qüdrətimizlə onlar üçün davarlar (heyvanlar) yaratdığımızı və öz əllərinin də onlara sahib olduqlarını görmürlərmi?

Bu heyvanlardan yaxşı istifadə etməkləri üçün «davarları onların ixtiyarına verdik. Onlardan mindikləridə var, ətini yedikləri də».

Bunlardan əlavə «onların o heyvanlarda (başqa-başqa) mənfəətləri və içəcək südləridə var. Hələ də şükür etməzlərmi?»

(Əgər şükür etsələr nemət sahibini tanıyarlar).

Aşağıdakı mətləblərə diqqət edin:

1)Allah bu qədər nemətlərin içindən heyvanları misal gətirir. Çünki heyvanlar insanın gündəlik həyatında böyük rol oynayır. Onların rolu o qədər böyükdür ki, əgər heyvanlar məhv olub getsələr insan həyatı böyük çətinliklə üzləşər. İnsan həyatında gündəlik rol oynamalarına görə yaddan çıxmış və diqqət olunmurlar.

2)«Əmilət əydina» (öz əlimizlə yaratdığımız cümləsi Allahın bilavasitə qüdrətinə işarədir. Çünki, insanın iş gördüyü ən əsas bədən üzvü olan əllərdir. Məhz bu səbəbdən «yəd» (əl) sözü qüdrətə işarədir. Məsələn, bir nəfər deyir: «Filan yer mənim əlimdədir» Yəni oraya qüdrət və imkanım çatır. Quran bu barədə buyurur:

«Allahın (qüdrət) əli onların əllərinin üstündədir». (Fəth-10)

Ayədə «yəd» (əl) sözünü cəm şəkildə (əydiy-əllər) gətirməkdən məqsəd Allahın müxtəlif qüdrətini bəyan etməkdir.

3) «Fəthun ləha malikun» cümləsi bu heyvanların Allahın Öz qüdrəti sayəsində xəql olub insanların ixtiyarında qoyulduğunu bildirir. Bu isə Allahın son dərəcə lütfü sayəsində həyata keçmiş bir işidir. Bu iş buna bənzəyir ki, biz bir bağı hazırlayıb bir nəfərə verərəkona deyək: «Biz bu bağı hazırlamışıq, bəhrəsini sən götür». Bu da məhəbbət və güzəştin əlamətidir.

4) «Və zəlləlnaha ləhum» cümləsi buna işarədir ki, Biz bu heyvanları insanlar üçün ram edərik. Bu qüdrətli heyvanlar bəzi vaxtlarda Allahın izni ilə cuşa gələrək hirslənirlər. Bu zaman onlar elə xətərli olurlar ki, on nəfər insan da onların qabağında aciz olurlar. Ancaq digər vaxtlarda elə sakit və ram ourlar ki, bir dəstə dəvənin ipini kiçik bir uşağın əlinə verərək istənilən yerə aparmaq olar.

Çox təəccüblüdür. İnsan bir milçək yarada bilir, nə də bir milçəyi özünə ram edə bilir. Ancaq Qadir Allah milyonlarla heyvanı xəlq edib insanlar üçün ram etmişdir və onlar həmişə insanını xidmətindədir.

5.«Fə minha rəkubuhum və minha yəkulun» cümləsi bildirir ki, insanlar heyvanların bir qismini minir, digər qismindən isə qida kimi istifadə edir.

Baxmayaraq ki, şəriətə əsasən adi heyvanların əksəri yeyilməlidir, ancaq həyatda onların çox az hissəsi yeyilir. Məsələn, ulaq əti ancaq məcburiyyət zamanıdan başqa vaxtda yeyilmir (ancaq şəriətdə isə ulaq əti halal (məkruh) hesab olunur).

6) «Ləhum fiyha mənafiu» cümləsiheyvanlardan ələ gələn digər mənfəətlərə işarədir. O cümlədən, onların yunundan müxtəlif libas, xalça, çadır və onların dərilərindən libaslar, ayaqqabılar, papaqlar və digər şeylər hazırlanır. Bu günkü zəmanədə də zavod və fabriklərin təsis olunmasına baxmayaraq yenə də insanlar istər yeyinti və geyim sahəsində, istərsə də minik cəhətdən heyvanlardan çoxlu istifadələr edirlər. Hətta xəstəliklərə qarşı istifadə olunan sistem, mazlar və kemlər də heyvanların qanlarından hazırlanmış maddələrdən düzəlir. Heyvanların peyinlərindən də istifadə olunur. Onların vasitəsi ilə torpaqlar diri və ağaclar barlı olurlar.

7)«Məşarib» sözü isə müxtəlif heyvanlardan sağılan sözə işarədir. Yeyinti məhsulatının bir çoxu bu süd və onun məhsulatından hazırlanır. Hətta indiki zəmanədə ölkələrin idxal və ixracının bir hissəsini süd və onun məhsulatı təşkil edir. Süd insanlar üçün kamil bir yeməkdir (qidadır). Çeynəlmiş ələflər və çirkin qan arasından çıxan bu pak və təmiz süd onu içənlər üçün ləzzətli, zəiflər üçün bir qüvvədir.

8) «Əfəla yəşkurun» cümləsi mənfi sorğu şəkilində gəlmiş və buna işarədir ki, insanlar sonsuz nemətlərin müqabilində (bu nemətlərin bipn qismi yuxarıdakı ayələrdə gəlmişdir) şükür etmələridirlər. Bildiyimiz kimi «nemət verənə şükr etmək» (əqlin hökmünə əsasən) vacibdir. Şükr etmək də «Allahı tanımağın» əsaslarından biridir. Çünki nemət verəni tanımadan ona şükr etmək qeyri aqilanədir.

Bundan əlavə bu nemətlərə diqqət etmək səbəb olur ki, insan şirk xəttinin batil olmasını və bütlərin bu nemətlərdə heç bir rolu olmamasını başa düşsün.

Sonrakı ayə isə müşriklərin halını şərh edərək buyurur:

«(Müşriklər) bəlkə, özlərinə bir yardım ouna deyə, Allahdan başqa tanrılar (bütlər) qəbul etdilər».

Gör necə xam və batil fikirdir. Zəif və qüdrətsiz məxluqatı (bütləri) yeri-göyü yaradan Allahla bir səviyyədə qərar vermək, çətinliklər zamanı onların dərgahından kömək istəmək necədə xam və batil fikirdir. Onların başqalarını yox, hətta özlərini də qorumağa qüdrətləri yoxdur.

«Məryəm» surəsinin 81-ci ayəsində müşriklərin bütlərə sitayiş etmələrinin səbəbi bütlərin müşriklərə izzət bağışlaması qed olunmuşdur:

«Müşriklər (qiyamət günü) onlar üçün şəfaət və izzət diləsinlər (yaxud Allahın əzabını onlardan dəf etsinlər) deyə Allahdan başqa tanrılar qəbul etdilər.

Bəzi vaxtlar bütləri onlar üçün Allah dərgahında şəfaətçi adlandıraraq deyirdilər:

«Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və «Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir!»- deyirlər» (Yunus – 10).

Quranın dediyinə görə isə bu xəyal və düşüncələr puç və boşdurlar. Necə ki, «Əraf» surəsinin 192-ci ayəsində deyilir:

«Bu bütlər nə onlara (müşriklərə), nə də özlərinə bir kömək edə bilər».

Elə bu ifadə sonrakı ayədə gəlmişdir:

«O bütlər onlara heç bir kömək edə bilməzlər. Onlar (müşriklər) özləri isə bütlər üçün (onları başqalarından qoruyan ) hazır əsgərlərdir».

Müşriklər qiyamət günü qoşun şəkilində olaraq bütlərin ardınca cərgəyə duraraq hamı bir nəfər kimi Allahın məhkəməsində hazır olacaq və sonra hamı Cəhənnəmə göndəriləcəklər. Belə bir vəziyyətdə bütlərin əlindən heç nə asılı olmayacaq (Nə öz abidlərinə nicat verə bilərlər nə də özlərinə). Necə də acınacaqlı bir gün olacaq həminki gün!

Quranda gəlmiş bütün «muhzərun»cümlələrinin mənası insanın meyli olmadan təhqiramiz surətdə bir yerdə hazır olunmasıdır.

Bu təfsirə əsasən «və hum ləhum cundun muhzərun» cümləsindəki birinci «hum» (onlar) cəm şəxs əvəzliyi müşriklərə, ikinci «hum» cəm şəxs əvəzliyi isə bütlərə qayıdır. Ancaq bəzi təfsirçilər bunun əksini demişlər. Yəni birinci «hum» bütlərə, ikinci «hum» isə müşriklərin özünə qayıdır

Birinci təfsirə əsasən ayənin tərcüməsi «müşriklər özləri bütlər üçün hazır əsgərlərdir» olacaq. Ancaq ikinci təfsirə əsasən məna «bütlər müşriklər üçün hazır (qoşun) əsgərlərdirlər» olacaq. Bütlərin müşriklər üçün (öz abidələri üçün) qoşun olmasına baxmayaraq əllərindən heç bir iş gəlməyəcək. Birinci təfsir ayə ilə daha uyğun gəlir.

Bu ayədə deyilən bütlərdən məqsəd canlı və şüurlu (cinlər və şeytanlardır) büt və məbudlardır. Dicər ehtimal isə budur ki, qiyamət günü Allah taxta, daş və digər əşyalardan düzəlmiş cansız bütlərə də ağıl verəcək. Onlar öz abidələrinə tənə edib öz məbudluqlarından imtina edəcəklər. Onlar öz məbudları ilə birlikdə Cəhənnəmə daxil olacaqlar. Necə ki, bunu «Ənbiya» surəsinin 98-ci ayəsində Allah-da buyurur:

«(Ey Məkkə müşrikləri!)» Siz və Allahdan qeyri ibadət etdiyiniz bütlər isə Cəhənnəm yanacağısınız (odusunuz). Siz Cəhənnəmə daxil olacaqsınız!»

Nəhayət, müşrikləri danlayaq, tənə edərək onların Cəhənnəmə daxil olacağını bəyan etdikdən sonra Allah peyğəmbərə təsəlli və toxtaqlaq verərək, Peyğəmbər in ruhiyyəsini möhkəmləndir və ona nisbət verilən böhtan və iftiralardan narahat olmamasını istəyərək buyurur:

«(Ya Muhamməd (s)!) Onların (sən peyğəmbər deyilsən, şairsən) sbzü səni kədərləndirməsin. Biz onların gizli saxladıqları və aşkar etdikləri şeyi bilirik».

Onların heç bir şeyi Bizə gizlin deyil. Nə ürəklərindəki niyyətləri, nə gizli sui qəsdləri, nə də aşkar əməlləri Bizə gizlin deyil və hamısını bilirik. Lakin onların hesabını qiyamət saxlamışıq. Səni isə bu dünyada da onların şərrindən qoruyacağıq.

Bu sözlərlə (Allah-ın təsəllisi ilə) təkcə peyğəmbər yox, bütün möminlər təskinlik tapır. Çünki dünyada nə varsa hamısı onun hüzurundadır. Düşmənlərin heç bir hiyləsi Onun üçün gizlin deyil. O, Öz dostlarını çətin vaxtlarda darda qoymur və həmişə onlara arxa və dayaqdır.

İncəlik :

Tövhid xətti Allaha pərəstiş edənlər üçün onların həyatında xüsusi bir yol icad edir. Bu yol onları şirk xəttindən, bütlərə və zəif olan insanlara pənah aparmaqdan uzaqlaşdırır.

Daha aydın desək: Bu günkü dünyamızda dünya iki böyük qüdrətin, Şərq və Qərb qüdrətinin hakimliyi sayəsində kiçik və zəif dövlətlər özünü qorumaq üçün iki qüdrətdən birinə pənah gətirməli olurlar. Beləliklə də bu iki qüdətdən birinin himayəsi altında güzəran keçirirlər. Ancaq təcrübələr nişanə verir ki, çətinliklərlə, böhtanlarla üz-üzə gəldikdə zahirdə böyük görünən bu qüdrətlər nə öz çətinliklərinin düyününü aça bilirlər nə də onlara arxalanan zəif dövlətlərə kömək edə bilirlər. Quran isə bunu çox gözəl bir ifadə ilə bəyan edir:

«Bu bütlər (qüdrətli dövlətlər) nə onlara (müşriklərə, zəif dövlətlərə) nə də özlərinə bir kömək edə bilər» (Əraf-192).

Bu bütün müsəlmanlar və tövhid yolunu gedənlərə bir xəbərdarlıqdır. Allah möminlərə tövsiyə edir ki, bu bütlərdən uzaq düşüb Allah-ın lütf mərhəmətinə pənah gətirsinlər. Özlərinə, imana və islami mənəviyyatlara arxalansınlar. Çətin vaxtlarda bu bütlərə və şeytanlara üz gətirməsinlər. Üz gətirənləri də bu yoldan çəkindirib islam cəmiyyətini pak etsinlər. Bunu bilsinlər ki, bu şeytanlardan onlara çox zərbələr dəymişdir. Əgər onlar Allah-a, Qurana pənah gətirsəydilər heç vaxt bu zərbələrə məruz qalmayacaqdılar. İnşaallah, bir gün gələr hamılıqla Quranın təlimatı əsasında fikirlərimizi düzəldər, özümüzə arxalanar və Allahın lütf və mərhəməti sayəsində başı uca, azad və müstəqil yaşayarıq (İnşaallah).