Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
YASİN SURƏSİNİN TƏFSİRİ
59 -61 ayələr

Tərcümə :

Kafirlər Cəhənnəmə varid edilərək onlara belə deyiləcək : « Ey günahkarlar ! Bu gün ( möminlərdən ) ayrılın !» (59)

Ey Adəm övladı ! Məgər Mən ( dünyada sizə : « Şeytana ibadət etməyin , o sizin açıq düşməninizdir !»- deyə buyurmadımmı ? (60) : « Mənə ibadət edin , bu doğru yoldur !» ( deyə əmr etmədimmi ?) (61)

Həqiqətən , içərinizdən çoxlarını yoldan çıxartdı . Məgər ağlınız kəsmirdi ? (62)

Təfsir :

Nə üçün şeytana ibadət edirsiniz?

Ötən ayələrdə Behişt əhlinin gözəl və şərəfli sərgüzəştlərinin bir hissəsi bəyan oldu. İndi bəhs edəcəyimiz ayələrdə isə şeytana ibadət edən və Cəhənnəm əhli olan insanların sərgüzəştlərindən bir hissəsinə işarə edəcəyik.

Qiyamət günü onlara təhqiredici bir səsələ xitab olunacaq: Ey günahkarlar! Bu gün (möminlərdən) ayrılın!»

Dünyada möminlərin sırasına qoşulmaqla özünüzü mömin kimi qələmə verirdiniz. Ancaq bu gün onlardan ayrılan gününüzdür.

Bu ayə həqiqətdə «Sad» surəsinin 28-ci ayəsində verilən vədin həyata keçməsidir. O ayədə buyurulur: «Yoxsa Biz iman gətirib yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənlərə eyni tutacağıq?! Yaxud Allahdan qorxub pis əməllərdən çəkinənləri günahkarlara tay edəcəyik?!» (Əsla belə olmayacaq və günahkarlar möminlərdən ayrılacaq).

Bəhs etdiyimiz ayə də günahkar və kafirlərin möminlərdən ayrılmasını açıqlayır. Ancaq təfsirçilərdən bir qrupu bu ayəni kafirlərin möminlərdən ayrılması mənasına yox, başqa mənaya təfsir etmişlər. O cümlədən:

1)Kafir dəstələr bir-birindən ayrılacaq. Hər dəstə bir cərgədə dayanacaq.

2)Kafirlər öz məbud və şəfaətçilərindən ayrılacaqlar.

3)Kafirlər bir-birindən ayrılacaqlar. Bu ayrılıq da onlara Cəhənnəm əzabından əlavə əzab verəcək.

Ola bilər, bu ayə bütün ehtimalların hamısına şamil olsun. Ancaq birinci təfsir ayə ilə daha uyğun gəlir.

Sonrakı ayə Allah-ın qiyamət günü kafir və günahkarlara tənə və məlamət etməsini bəyan edir: - «Məgər Mən (dünyada) sizə:- Şeytana ibadət etməyin, o sizin açıq düşməninizdir- deyə buyurmadımmı?»

Bu tapşırıq və əhd müxləlif vasitələrlə insana çatdırılmışdır.

İlk dəfə Adəm övladı yer üzündə artıb başa gəldikdən sonra bu vəd və tapşırıq onlara verilmişdir: «Ey Adəm oğulları! Ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını soyundurub valideyininizi (Adəm və Həvvanı) Cənnətdən qovdurduğu kimi, şeytan sizi də aldadıb yoldan çıxartmasın. Şübhəsiz ki, şeytan və onun camaatı sizlsri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Biz şeytanları iman gətirməyənlərin (kafirlərin) dostları etdik». (Əraf surəsi. 27-ci ayə)

Sonra bu tapşırıq bütün peyğəmbərlər tərəfindən camaata verilirdi. «Zuxruf» surəsinin 62-ci ayəsində belə oxuyuruq:

Şeytan sizləri yoldan çıxartmasın. Şübhəsiz ki, o sizin açıq-aşkar düşməninizdir!» Eləcə də «Bəqərə» surəsinin 168-ci ayəsində deyilir: «Şeytanını izi ilə getməyin! Həqiqətən, şeytan sizinlə açıq-açığına düşməndir».

Digər tərəfdən bu peyman insanlardan «təkvin» aləmində (insanlar dünyaya gəlməzdən qabaq onların ruhları həmən aləmdə olur) alınmışdır. Bundan əlavə əqli dəlil və sübutlar göstərir ki, insan onunla ilk gündən düşmən kəsilən, onu Cənnətdən qovduran və insanları yoldan çıxaracağına and içən şeytana itaət və ibadət etməməli və ondan uzaq olmalıdır.

Digər tərəfdən insanını İlahi fitrəti tövhid əsasında qurulmuş və tək Allah-a ibədət və itaət etməlidir. Bu fitrət əsasında da bu peyman insanlardan alınmışdır. Beləliklə də Allahın bu tövsiyəsi həyata keçmiş və bu peyman insanların həyatını həll etmişdir.

«La təbuduş–şəytan» cümləsindəki (təbudu) «ibadət» sözü «itaət»mənasınadır. İbadət təkcə rükü, səcdə, pərəstiş etmək və … mənasına deyilir. Əksinə, ibadətin müxtəlif növləri vardır. Bunlardan biri də «itaət» etməkdir. Necə ki, «Muminun» surəsinin 47-ci ayəsində Firon və onun ətafındakıların dilindən deyilmiş və həmən ayədə ibadət sözü «itaət» mənasına işlənilmşdir.

«(Firon və əyan-əşrəfi dedilər:) – Bunların tayfası bizə bir qul kimi itaət etdiyi halda, biz özümüz kimi iki adi insana imanmı gətirəcəyik?» Eləcə də «Tövbə» surəsinin 31-ci ayəsində Allah Yəhud və Nəsara qövmü barədə buyurur:

«Onlar Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrı etdilər. Halbuki onlara bir olan Allaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa heç bir tanrı yoxdur».

İmam Baqir və İmam Sadiq (ə) bu ayənin (Tövbə surəsinin 31-ci ayəsinin) təfsirində belə buyururlar:

«And olsun Allaha! Yəhudi və Nəsara (alim və rahibləri ) camaatı onlara itaət etməyə dəvət etmirdilər. Əgər dəvət etsəydilər də belə qəbul etməyəcəkdilər. Ancaq həmən alim və rahiblər öz qövlərinə haram şeyləri halal və halalları haram etdilər. (Onlar da qəbul edərək itaət edirdilər). Beləliklə də özlərinin xəbəri olmadan alim və rahiblərə itaət edirdilər».

Buna oxşar başqa bir hədisdə imam Sadiq (ə) buyurur:

«Kim insanı günaha dəvət edərsə, günah edən şəxs həmən adama itaət etmiş olur».

Digər hədisdə imam Baqir (ə) buyurur:

«Hər kəs söz deyən bir insana qulaq asarsa həmən insana itaət etmiş olur. Əgər söz deyən insan Allah hökmünü deyirsə, deməli insan Allaha itaət etmişdir. Yox əgər onun dediyi sözlər şeytanın hökmü olsa deməli insan şeytana itaət etmişdir.

Sonrakı ayə bu mətləbi (insanın şeytana itaət etməməsini ) təkidləndirərək insanın həqiqi vəzifəsini bəyan edir: «Və Mənə ibadət edin, bu doğru yoldur» (deyə sizə əmr etmədimmi?)

Allah – təala bir tərəfdən insana əmr edir ki, şeytana itaət etməsin. Çünki şeytan insanla ilk gündən düşmən kəsilmişdir. Hansı ağıllı insan öz düşməninə itaət edir? Digər tərəfdən isə insanlardan Onun Özünə itaət etmək üçün peyman alır və bu yolun «siratin–müstəqim», yəni düz yol olmasını çatdırır. Bu isə (bu yolun düz yol olmasını bildirmək ) insanı itaət etməyə dəvət edən gözəl etüddür. Çünki insan çalışır həmişə düz yola tərəf getsin. Özü olan yolu həmişə düz yol adlandırır. Məsələn, quru, susuz və qızmar bir səhrada qalmış və özünü, ailəsini və malını oğru və yırtıcılardan qurtarmaq üçün çalışır düz yolu tapsın. Elə bir yol ki, onu tez bir zamanda rahatlıqla mənzil başına çatdırsın.

Bu ifadədən istifadə olunur ki, bu dünya yaşayış üçün əbədi deyil. Buna dəlil də budur ki, yolu (düz yolu) yolçuya və hərəkətdə olana göstərərlər. Deməli, insanlar bu dünyada hərəkətdədirlər və buradan keçərək yeni bir mənzilə tərəf irəliləyirlər.

İndi bəhs edəcəyimiz ayədə insanın xətərli və ziyankar düşmənini onlara tanıtdıraraq buyurur:

«Həqiqətən, içərinizdən çoxlarını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi?»

Məgər şeytanını onun ardınca gedənlərin başına nə bədbəxtliklər gəldiyini görmürsünüz? Keçmiş nəsillərin tarixini mütaliə edib onların acınacaqlı əzab və aqibətə düçar olmalarını bilmirsiniz? Onların bəla nazil olaraq viranəliyə çevrilçn şəhər və kəndləri sizin gözünüzün qabağındadır. Bir az düşüncəsi olan adam üçün onların aqibətini görüb ibrət almaq kifayət edər.

Bəs nə üçün düşmənçiliyini dəfələrlə biruzə verən düşməninizə etinasızlıq edib, işinizi yüngül tutursunuz? Onunla yenə dostluq edirsiniz? Hətta onu özünüzə rəhbər və qabaqcıl edirsiniz?

«Cibill» Rağibi İsfahaninin «Müfrədat» kitabında dediyinə görə «dəstə» və «camaat» mənasındadır. Camaatın əzəmət və çoxluğuna görə «cəbəl»ə (dağa) bənzədilmişdir. «Kəsira» (bir çox) sözünü gətirməkdən məqsəd isə şeytan yolunu gedənlərin çoxluğunu bildirməkdir. Bu insanlar cəmiyyət arsında əksəriyyəti təşkil etmişlər.

Bəzi təfsirçilər «cibill» sözünü on min ədədi və daha çox məna etmişlər. On mindən az olan ədəd barədə bu sözün işlənməsini səhv bilmişlər. Ancaq başqa bir dəstə isə bu sözü dəstə və camaat mənasına təfsir etmişlər. İstər dəstənin sayı on mindən çox olsun istərsə də az.

Hər halda insan bu xətərli, heç kimə rəhm etməyən dünyanın bütün yerində öz qurbanlarını fəlakətə düçar edən düşməndən özünü qorumalı və bir an olsun belə ondan qafil olmamalıdır. Necə ki, möminlərin agah və oyaq ağaları olan həzrəti Əli (ə) öz xütbələrinin birində camaata xitab edərək buyurur:

«Ey Allahın bəndələri! Allahın bu düşmənindən uzaq olun. Məbada sizi öz xəstəliklərinə (təkəbbür, qürur və …) düçar edə, öz nidası ilə sizləri hərəkətə gətirə. Məbada sizi öz ləşkərinə cəlb edə. And olsun öz canıma! O sizləri ovlamaq üçün kamanına ox qoymuş, gücü çatdığı qədər kamanı çəkmiş və yaxın bir yerdən sizi hədəfi qərar vermişdir. O, (şeytan) demişdir: - İlahi! Məni hüzurundan qovub xar etdiyinə görə mən də dünyanın zinətlərini bəndələrinin gözündə cilvələndirib onları xar edəcəyəm. (Şeytanı Allah yox, öz nəfsi xar edib yoldan çıxartmışdı).

Həqiqətən təəccüblüdür ki, insan dostu (Allahı) qoyub bu cür düşmənə itaət etsin.