Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
YASİN SURƏSİNİN TƏFSİRİ
11,12 ayələr

Tərcümə :

Sən ancaq Rəhman ( Allahdan ) gizlində qorxan zikrə Quran » a ) tabe olanları saqındırarsan . Onlara bağışlanacaqları dəyərli mükafatla təltif olunacaqlarını müjdə ver (11).

Biz ölüləri dirildərik onların bundan öncə gördükləri izlərini yazarıq hər şeyi aydın bir kitabda yazdıq ( yazmışıq ) (12).

Təfsir :

Sənin (Peyğəmbərin) saqındırmanı (və dəvətini) qəbul edən kimlərdir?

Əvvəlki ayələrdə söhbət Peyğəmbərin (s) saqındırmasını qəbul etməyən və bu saqındırmanın onlar üçün olub-olmamasının heç bir fərqinə varmayan insanlardan getmişdir. İndiki ayələr isə bu insanların əks tərəfində durmuş insanlardan söhbət açır. Bu iki dəstəni bir-biri ilə müqayisə etdikdə hər şey aydınlaşır. (Necə ki, «Quran» bu cür müqayisələr edir).

Allah əvvəl buyurur: «Sən ancaq Rəhman (Allahdan ) gizlində qorxan və zikrə («Quran»a) tabe olanları saqındırarsan.»

«Belə olan insanlara bağışlanacaqları və dəyərli mükafatla təltif olunacaqını müjdə ver.»

Burada bir neçə incəliyə diqqət olunmalıdır:

1.Bu ayədə Peyğəmbərin saqındırmasını qəbul edən insanların iki xüsusiyyəti qeyd olunmuşdur.

Biri zikr və «Quran»a tabe olmaq, o biri isə gizlində və xəlvətdə Allahdan qorxmaqdır. Əlbəttə bunun mənası o deyil ki, yalnız bu cür insanlar iman gətirmişlər. Məqsəd budur ki, bu xüsusiyyətlərə malik olan(hətta indiyədək iman gətirməyən) insanlar da sənin dəvətini qəbul edəcəklər. Yəni, sənin dəvətini yalnız eşidən (qəbul edən) qulağı və qəlbi (qəbul etməyə) hazır olan insanlar qəbul edər. Bu dəvət və saqındırma onlarda iki təsir qoyur: Birincisi budur ki, onlar zikr və «Quran»a tabe olurlar, ikincisi isə Allah və məsuliyyətlər qarşısında qorxu hissi keçirirlər. Başqa sözlə desək, bu iki tə’sir həmin insanlarda saqındırmadan qabaq hazır olmuş, ayə nazil olduqdan sonra isə həyata keçmişdir.

Qafil və bədbəxt insanlar isə bunların tamamilə əksinədir. Saqındırmanı qəbul etməyə nə eşidən qulaqları, nə də hazır olan qəlbləri var.

Bu ayə eynilə «Bəqərə» surəsinin ilk ayələrinə bənzəyir: «Bu heç bir şəkk-şübhə olmayan və təqvalılara doğru yol göstərən kitabdır.»

1.Təfsirçilərin bir çoxunun fikrinə görə «zikr»də məqsəd «Qurani-Məcid»dir. Çünki bu kəlmə «Quran»da bir neçə mənaya gəlmişdir. (Nəhl-44; Fussilət-41; Zuxruf-44; Qəmər-25)

Ancaq ola bilsin ki, zikr sözündə məqsəd onun leksik mənası olsun. Belə olan halda isə zikr dedikdə «Quran»ın bütün ayələri, peyğəmbərin bütün saqındırmalarına şamil olan nəsihətlər nəzərdə tutulur.

3.«Xəşyət» (qorxu) əzəmət və böyüklüklə qarışmış qorxuya deyilir. «Rəhman» sözü isə Allahın ümumi rəhmət cilvəsidir və burada bir incəliyə malikdir.

O incəlik budur ki, insan Allahdan qorxmaqla yanaşı gərək Onun rəhmətinə də ümüd bəsləsin. Beləliklə də insan hərəkətinin daimi səbəbi olan «xof» və «ümid» sözü «Allah» kəlməsi ilə birgə istifadə olunmuşdur: «Allah və qiyamət gününə ümid bəsləyən insanlar üçün...» (Əhzab-21)

Bunun səbəbi budur ki, gərək ümid qorxu ilə, qorxu da ümidlə birgə olmalıdır. (Diqqət edin).

4.«Gizlində» dedikdə Allahı dəlil sübut yolu ilə tanımaq nəzərdə tutulur. Çünki Onun müqəddəs və zatı pak olan insanların hissiyatından gizlidir. Onu ancaq qəlb və nişanələrlə görmək olar.

Başqa bir ehtimal da var ki, «gizlində» sözünün mənası camaatın gözündən gizli olmaq deməkdir. Yəni insanın bu qorxu və xəşyəti riyakarlıq üzündən olmasın.

Bəzi təfsirçilər isə «gizlində» sözünü qiyamət mənasını götürmüşlər. Bunun səbəbini belə izah etmişlər ki, qiyamət də bizim hissiyatımızdan gizlin və qəti olan bir işdir.

Lakin birinci təfsir ayə ilə daha uyğun gəlir.

5.«Muştuluq et (müjdə ver)» cümləsi həqiqətdə «qorxutmağı» təkmilləşdirir.

Çünki Peyğəmbər (s) əvvəl camaatı (əzabla) qorxudur, elə ki camaat Allahdan qorxub ona itaət edir və itaət onların söz və əməllərində hiss olunur, o vaxt onlara müjdə verir.

Peyğəmbər (s) camaata nəyi müjdə verirdi?

Allahın Rəsulu hər şeydən əvvəl camaatın fikrini cəlb edən məsələni onlara müjdə verir. Bu məsələ də insanın etdiyi günahlardır. Peyğəmbər (s) onlara günahlarının bağışlanacağını, dəyərli və dəyərini Allahdan başqa kimsənin bilmədiyi mükafatla təltif olunacaqlarını müjdə verir. Diqqəti cəlb edən budur ki, «məğfirət» (bağışlamaq) və eləcə də «dəyərli mükafat» sözləri nəkərə gətirilmişdir. Sözü belə yerlərdə nəkərə (qeyri-müəyyən) gətirməkdə məqsəd bu məsələnin əzəmət və böyüklüyünü çatdırmaqdır.

6.Bəzi təfsirçilərin nəzərinə görə «fəbəşşirhu» (müjdələ) cümləsindəki «fa» hərfi ərəb dili qrammatikasında nəticə bildirən hissəcikdir və bunu bildirir ki, bu əməlin («Quran»a tabe olmaq və Allahdan qorxmağın ) iki nəticəsi var. Birincisi bağışlamaq, ikincisi isə dəyərli mükafatla təltif olunmaqdır. Birinci nəticə əməlin, ikinci nəticə də ikinci əməlin sayəsində əmələ gəlir.

Möminlərin başlanacağı və dəyərli mükafatla təltif olunacaqları müjdəsi onlara verildikdən sonra məad, əməllərin yazılması əməllərin yazılması və hesab-kitab məsələsi ortaya çıxır. «Biz ölüləri dirildəcəyik...»

«Biz» sözünü gətirməkdə məqsəd budur ki, Allahın əzəmətli qüdrəti insanlar üçün aydın olduqdan sonra daha Onun çürümüş sümükləri necə dirildəcəyi və ölülərin həyat libası geyinəcəyində şəkk-şübhə olmamasını bildirməkdir.

Təkcə ölüləri diriltməklə iş sona yetmir. Bundan əlavə «insanların bundan öncə gördükləri iş və izlərini də yazarıq»

Beləliklə də insanın nameyi-əmalında (əməllərin yazıldığı kitabda) qeyd olunan bütün əməlləri hesaba çəkiləcək və heç bir əməl yaddan çıxmayacaq.

«Bundan öncə gördükləri əməllər» cümləsi insanların gördüyü lakin itib getmiş və heç bir əsər-əlaməti qalmayan əməllərini vurğulayır. Lakin və izlərini dedikdə isə insanın yaşadığı mühitdə gördüyü və izi qalmış əməllər nəzərdə tutulur. Sədəqə vermək, binalar tikdirib camaatın istifadəsinə vermək və s. kimi işlər).

Bu ayənin təfsirində daha bir ehtimal var ki, «bundan öncə gördükləri işlər» insanın özünə aid olan əməllərə, «və izlərini» isə insanın özündən sonra qoyub getdiyi ümumi xeyir və şər işlərə işarədir.

Ayənin sonunda isə əməllərin yazılması barədə buyurulur: «Hər şeyi aydın bir kitabda qeydə alırıq».

Təfsirçilərin əksəriyyəti «aydın kitab»ı (imamin mubini) «lövhi-məhfuz» əməllərin yazıldığı kitab mənasını təfsir etmişlər.

«İmam» sözünü kitab üçün sifət gətirməkdə məqsəd bu kitabın günah və savab əhli olan insanların qabağında rəhbər, onların günah və savabını ölçən bir tərəzi olmasını çatdırmaqdır.

«Quran»an bəzi ayələrində «imam» sözü «Tövrat» üçün sifət gətirilmişdir. «Görəsən o kəs ki, öz Allahından açıq dəlili var, dili onu söyləyir, rəhbər (imam) və rəhbər olan Musanın kitabında («Tövrat») bundan əvvəl ona şəhadət vermişdir, (bir dəlili olmayan kimsə ilə bərabərdirmi?) (Hud-17).

Bu ayədə Tövratı imam adlandırmaq onun maarif ehkam, qayda və qanunlara şamil olmasına, İslam Peyğəmbərinin nişanələrinin bəyan etdiyinə və hər bir zaman insanlar üçün rəhbər ola biləcəyinə görədir. Buna görədə bu söz hər yerdə özünə münasib məna daşıyır.

İncəliklər :

1.Nameyi-əmalın növləri:

«Quran» ayələrindən belə məlum olur ki, insanın əməlləri bir neçə müxtəlif kitablarda qeyd olunur. Bununla da insanın hesab zamanı heç bir bəhanəsi qalmır.

Birinci kitab, insanın ömür boyu gördüyü şəxsi əməlləri qeydə alınmış kitabdır. «Quran» bu barədə buyurur: «Oxu öz əməl kitabını. Bu gün sən özün-özündən hesab almaq üçün yetərlisən.» («İqrə» kitabəkə kəfa binəfsikəl yəvmə həsiba. «İsra»–14)

O zaman günahkarların fəryadı göylərə ucalacaq. «Quran» bu məsələni belə açıqlayır: «Vay olsun bizə, bu necə kitabdır ki, heç bir kiçik və böyük günahı hesabsız buraxmayıb. (Hamısını qeydə alıb.) («Yəqulunə ya vəylətəna ma lihazəl kitabi la yuğadiru səğirətən və la kəbirətən illa əhsabə.» «Kəhf»–49).

«Bu kitabı mö’minlər sağ, günahkarlar isə sol əlinə alırlar...» («Əl haqqə» 19 və 25)

İkinci kitabda ümmət və xalqların ayrı-ayrı əməlləri yazılır. «Quran» bu barədə belə buyurur: «Hər ümmət nameyi-əmalının almaq üçün çağırılır.» («Kullu ummətin tuda ila kitabiha.» «Casiyə»-28)

Üçüncü kitab isə ümumi və «lövhi-məhfuz» adlanan nameyi-əmaldır. Bu kitabda əvvəldən axıra kimi olan insanların əməlləri ilə yanaşı dünyada baş vermiş bütün hadisələr də qeydə alınmışdır, canlı bir şahid, hesab-kitab aparan və eləcə də insanları savab və günahların mükafatı və cəzəsına çatdıran mələklərin rəhbəridir.

2. Bütün əməllər qeydə alınır. Hətta.......

İmam Sadiq (ə)-dan söylənilən hədisdə oxuyuruq: Bir gün Peyğəmbər (s) öz səhabələri ilə quraqlıq və şoran bir səhrada idi. Rəsuli-Əkrəm səhabələrə buyurdu: «Gedin, odun yığıb gətirin.» Səhabələr cavab verdilər ki, ey Allahın Rəsulu, bura susuz-ələfsiz, quraq bir səhradır. Biz buradan odun tapa bilmərik. Peyğəmbər (s) yenə buyurdu ki, gedin bacardığınız qədər yığın. Səhabələr gedib hərəsi bir az odun və quru çubuq yığıb gətirib Peyğəmbərin (s) qarşısında bir yerə yığdılar. (Odunlar yandıqda böyük bir alov əmələ gəldi.) Peyğəmbər (s) buyurdu: (Kiçik), günahlar da bu cür yavaş-yavaş yığılıb insanın nameyi-əmalında qeydə alınırlar. (Lakin siz onlara ayrı-ayrılıqda etinasızlıq edirsiniz.) Daha sonra isə belə buyurdu:-«Kiçik günahlardan qorxun! Çünki, onların hamısı və eləcə də bundan öncə gördüyünüz işlər qeydə alınaraq aydın kitabda yazılır. (Nurus-səqələyin təfsiri) Bu gözəl hədis öz incəliyi ilə kiçik günahların yığılması onların nəticəsində əmələ gələn alovun şölələnməsini bəyan edir.

Başqa bir hədisdə deyilir ki, bir gün Mədinə şəhərinin kənarda yerləşən «Bəni Sələmə» tayfası Mədinəyə gəlib Peyğəmbər (s) məscidinin yaxınlığında məskən salmağı qərara aldılar. Bu zaman «inna nəhnu nuhyil məvta...» ayəsi nazil oldu. Allahın Rəsulu (s) buyurdu: «İnnə asarəkum tuktəbu.» «Sizin Mədinəyə tərəf atdığınız addımlar nameyi-əmalınızda yazılacaq. (İstər savab olsun, istərsə də günah). «Bəni Sələmə» bu sözü eşitdikdən sonra fikirlərindən dönüb öz yerlərində qaldılar.

Məlum olur ki, bu ayə böyük mənaya malikdir. Yuxarıda deyilən hədislər isə bu məfhumdan nümunələrdir.

Ola bilər ki, Əhli-beytdən rəvayət olunmuş və onlarda «imamin mübin» sözü həzrəti Əliyə (s) təfsir olunan hədislər yuxarıda qeyd olunan təfsirlə müvafiq olmasın. Çünki, imamlardan deyilən hədislərdə (aydın kitab) Həzrəti Əliyə (ə) təfsir verilmişdir.

O cümlədən, İmam Baqir (ə) öz əcdadından rəvayət edir: «Yasin» surəsinin 12-ci ayəsi nazil olan zaman Əbu Bəkir və Ömər yerlərindən qalxaraq Peygəmbərdən (s) soruşdular: «Ey Allahın Rəsulu! «İmamin mubin» sözündə məqsəd «Tövrat»dır?» Peygəmbər buyurdu: «Xeyr.» Soruşdular: «İncildir?» Peygəmbər (s) yenə buyurdu ki, xeyr. Onlar üçüncü dəfə sual etdilər ki, məqsəd Qur andır? Peygəmbər yenə də onlara mənfi cavab verdi. Elə bu zaman həzrəti Əli (ə) Peygəmbərin (s) yanına gəldi. Peygəmbər Həzrəti Əlini (ə) gördükdə buyurdu:

«İmamin-mubin» bu kişidir. O, Allah-təalanın hər şeyin elmini onda qərar vermiş imamdır.» Əliyyibni İbrahimin təfsirində İbi Əbbas həzrəti Əlinin (a) öz dilindən rəvayət edərək deyir:

«And olsun Allaha ki, «imamin mubin» mənəm. Haqqı batildən ayırıram və bu elmi (haqqı batildən ayırmagı) Peyğəmbərdən (s) irs aparmışam.» Bəzi təfsirçilər, o cümlədən, Alusi (təfsirçi adıdır) bu cür hədisləri şiə vasistəsilə söyləməkdən vəhşət etmişlər və bu təfsirlər ayəninin mənasından xəbərsiz olmagın nəticəsində deyilmiş kimi qələmə vermişlər. Ancaq bir az diqqət yetirdikdə görürük ki, «imamin mübin»i həzrəti Əliyə (ə) təfsir edən hədislərlə həmin sözü « lövhi məvhfuz» mənasına təfsir edən hadislərin heç bir ziddiyyəti yoxdur. Çünki, birinci dərəcədə Peyğəmbərin, ondan sonra isə Onun canişininin pak olan qəlbləri «lövhi-məhfuzu» özündə əks etdirən aynalardır və Allah lövhi-məhfuzda olanların əksəriyyətini onlaın qəlbinə ilham etmişdir. Beləliklə də onlar lövhi-məhfuzdan bir nümunədirlər. Deməli, «imamin mubin»i həzrəti Əli (ə) mənasına təfsir etmək heç də təəccüblü deyil. Çünki, o da lövhi-məhfuzun bir budağıdır. Bundan əlavə kamil bir insanın vücudunun kiçik olmasına baxmayaraq bu vücud böyük bir aləmi özündə sığışdırmışdır. (Nurus-səqələyn təfsiri 4-cü cild səh.379)

Həzrəti Əli (ə) bu məsələni öz şerində belə bəyan edir:

«Ey insan! Sən özünü balaca məxluq hesab edirsən? Bu halda ki, bu böyüklükdə aləm sənə sığınmışdır.» Bunu da bilirik ki, bu aləm Allahın elmi və lövhi-məhfuzdan bir səhifədir. (Deməli həzrəti Əli (ə) kimi kamil bir insanın lövhi-məhfuzdan bir budaq olması heç də təəccüblü deyil.)

Təəccüblü budur ki, Alusi yuxarıdakı rəvayətləri inkar etməsinə baxmayaraq axırıncı heç də inkar etməyib. Hər halda «imamin-mubin» sözündən məqsəd «lövhi-məhfuz» olmasında heç bir şəkk-şübhə yoxdur və yuxarıdakı hədislərin isə («imamin-mubin»-i həzrəti Əli (ə) mənasına təfsir edən hədslər) bu məna ilə heç bir ziddiyyət yoxdur.