Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
YASİN SURƏSİNİN TƏFSİRİ
1-10 ayələr

BİSMİLLAHİR- RƏHMANİR- RƏHİM

Tərcümə :

« Ya , sin » (1)

Hikmətlə dolu olan « Quran » a and olsun ki , (2)

Sən , həqiqətən ( Allah - təala tərəfindən göndərilmiş şəriət sahibi olan ) Peyğəmbər lərdənsən . (3) - Düz yoldasan . ( Doğru yol üzrə göndərilən Peyğəmbərlərdənsən . Allahın əsl tövhid dini olan İslam dinindənsən . Bu yolu tutub gedən haqqa yetişər ). (4)

Bu Quran , ( mülkündə ) yenilməz qüvvət sahibi ( Əziz ) ( bəndələrinə ) mərhəmətli ( Rəhim ) olan Allah tərəfindən nazil edilmişdir ki , (5)

( Onunla Cahiliyyət dövründə ) ataları ( Allahın əzabı ilə ) qorxudulmamış ( Allahın hökmlərindən , imandan , tövhiddən ) qafil olan bir tayfanı xəbərdar edib qorxudasan ! (6)

Doğrudan da onların əksəriyyəti barədə o söz ( əzəldən buyurduğumuz əzab hökmü ) gerçək olmuşdur , çünki onlar ( Allah Onun Peyğəmbərinə ) iman gətirməzlər . ( Biz onların iman gətirməyəcəklərini öz əzəli elmimizlə bilib lövhi - məhfuzda təsbit etmişik (7)

Biz onların boyunlarına dəmir həlqələr ( zəncir ) keçirmişik . O həlqələr onların lap çənələrinə dirənmişdir . Buna görə başları yuxarı qalxmış , gözləri aşağı dikilmişdir . ( Kafirlərin əlləri zəncirlə boyunlarına bağlandığı üçün başlarını yuxarı qaldırmağa , gözlərini aşağı dikməyə məcbur olmuşlar . Onlar boyunlarını bir tərəfə döndərmək , əllərini sağa - sola tərpətmək , ətrafa nəzər salmaq , hətta ayaqlarının altını görmək iqtidarında deyillər . Beləliklə , kafirlər haqqı görər , ona boyun əyərlər .) (8)

Biz onların önlərinə arxalarına sədd çəkib gözlərini bağlamışıq . Buna görə ( Allahın qüdrətinə dəlalət edən əlamət , nişanələri ) görmürlər . ( Kafirlərin qəlb bəsirət gözü kor edilmiş , bütün iman yolları üzlərinə bağlanmışdır . Onlar zahirən görsələr , nən batinən kordular .) (9)

( Ya Peyğəmbər !) Sən onları qorxutsan da , qorxutmasan da onlar üçün birdir ; iman gətirməzlər ! (10).

Təfsir :

«Quran»ın qəlbinin başlanğıcı

«Yasin» surəsi də digər 28 surə kimi müqəttəə hərifləri ilə başlayır. Bu hərflər «Ya» və «Sin» hərifləridir. (Müqəttəə hərfləri «Quran»ın bə’zi surələrinin «Bismillah...»dan sonra gələn və adıyla oxunan hərflərə deyilir).

Bu hərflər barədə bir neçə təfsirlər verilmişdir. Ancaq «Yasin» surəsi barədə bu təfsirlərdən əlavə digər təfsirlər də olmuşdur. O cümlədən, bu kəlmə (Yasin kəlməsi) «Ya» və «Sin» hərflərindən təşkil olmuş bir kəlmədir. «Ya» hərfi (ərəb dilinin qrammatikasında) nida ədatı, «Sin» hərfi isə Peyğəmbər (s) cənablarına xitabdır. Beləliklə, Allah Peyğəmbəri (s) sonrakı ayələr üçün müxatəb qərar verir.

Müxtəlif hədislərdə gəlmişdir ki, «Yasin» Peyğəmbərin (s) adlarından biridir.

«Sin» hərfi barədə başqa bir nəzəriyyə isə budur ki, burada xitab Peyğəmbərin özünə yox, bütün insanlaradır. Lakin bu ehtimal sonrakı ayələrlə uyğun gəlmir. Çünki sonrakı ayələrdə bütün xitablar yalnız Peyğəmbərə (s) olunur.

İmam Sadiqdən (ə) belə bir rəvayət vardır: «Yasin Mühəmməd (s) Peyğəmbərin adıdır. Bunu sonrakı «sən həqiqətən Peyğəmbərlərdənsən. Doğru və düz yoldasan.» ayələri də təsdiq edir».

Müqəttəə hərflərindən sonra (müqəttəə hərfləri ilə başlayan digər surələrdə olduğu kimi) bu surədə də söhbət «Qurani–Kərimdən gedir. Lakin burada «Quran»a and içilərək deyilir: «Hikmətlə dolu olan «Quran»a and olsun.» Diqqəti cəlb edən məsələ budur ki, «Quran» bu ayədə «həkim» (hikmətlə dolu olan) sifəti ilə qələmə verilmişdir. Halbuki, əksər hallarda «həkim» canlı və aqil şəxslər üçün sifət gətirilir. Burada «Quran»ı «həkim» sifəti ilə birgə gətirməkdə məqsəd budur ki, Allah «Quran»ı canlı və aqil bir varlıq, onu insanlar üçün hikmət qapılarını açıb və sonrakı ayələrdə bəyan olmuş düz yola hidayət edə biləcək bir rəhbər kimi tanıtdırmaq istəyir. Əlbəttə, Allahın and içməyə heç bir ehtiyacı yoxdur və bu cür and içməyin yalnız iki faydası vardır. Birincisi, and içilən məsələyə təkid, ikincisi isə and içilən məsələnin əzəmətli və əhəmiyyətli olmasıdır. Səbəbi budur ki, heç kim dəyəri olmayan şeylərə and içməz .

Sonrakı ayədə Allah-təala nədən ötrü and içdiyini söyləyərək buyurur: «Sən, həqiqətən (Allah tərəfindən göndərilmiş, şəriət sahibi olan) Peyğəmbərlərdənsən.»

Daha sonra isə bu risalət və Peyğəmbərliyin həqiqətlə uyğun və düz yol olduğunu bildirib deyir: «Düz yoldasan!(Doğru yol üzrə göndərilən Peyğəmbərlərdənsən. Allahın əsl tövhid dini olan İslam dinindəsən. Bu yolu tutub gedən haqqa yetişər.)

Bunları dedikdən sonra «Quran»ın, Əziz və Rəhim Allah tərəfindən nazil olduğunu bəyan edir: «Bu «Quran» (mülkündə) yenilməz qüvvət sahibi (Əziz) və (bəndələrinə) mərhəmətli (Rəhim) olan Allah tərəfindən nazil edilmişdir.

Allahın Özünü Əziz (əzəmət və yenilməz qüvvə) adlandırmasınının səbəbi Onun belə bir böyük, məğlubedilməz və bütün əsrlər boyu əbədi bir möcüzə kimi yaşayacaq kitabı («Quran»ı) bəşəriyyət üçün göndərməsi və eləcə də Allahdan başqa bir qüdrətin bu kitabı ürək və qəlblərin səhifəsindən pozub məhv edə bilməməsidir.

«Rəhim» sifəti ilə özünü qələmə verməsinin səbəbi də odur ki, Onun rəhmətinin sayəsində belə bir nemət («Quran») gəlib insanların əlinə çatmışdır. Bəzi təfsirçilər bu iki sifəti (Əziz və Rəhim sifətlərini) bir-birinin əksinə olan sifətlər hesab etmişlər. Yəni, əgər camaat bu kitabı və göndərilən Peyğəmbəri danıb inkar etsə, Allah Öz qüdrəti ilə onları qorxudub belə işdən əl çəkmələrini tələb edər. Yox, əgər camaat Quranı qəbul edib Allahın Peyğəmbər inə iman gətirsə, belə olan təqdirdə Allah Öz rəhməti ilə onlara müjdə verir. Məhz bu səbəbdən Allahın biri qorxu, digəri isə müjdə aynası olan izzət (Əziz) və rəhmət (Rəhim) xüsusiyyətləri bir-biri ilə əl-ələ vermiş və böyük, səmavi kitabı insanların ixtiyarına qoymuşdur. Burada belə bir sual yaranır ki, Peyğəmbər və ya kitabın, Haqq tərəfindən göndərilməsini təkcə and içməklə sübut etmək mümkündürmü? Bu sualın cavabı yuxardakı ayələrin mənasında gizlənmişdir. Çünki Allah «Quran»ı «hikmətlə dolu olan» adlandırmış və onun hikmətli olmasına heç kimin şübhəsi yoxdur. Elə bunun özü (hikmətli olması) «Quran»ın düzgün olub, Haqq tərəfindən gəlməsinə bir sübutdur. Başqa bir tərəfdən isə Allah Peyğəmbərin düzgün yolda olmasını tələb edir. Peyğəmbərin də’vətinin mə’nası onun düz yolda olmasını vurğulayır. Onun həyat sabiqəsi də bu məsələyə sübutdur.

Ümumiyyətlə, Peyğəmbərlərin doğru yolda olmalarını və Allah tərəfindən göndərilib-göndərilməməsini bilmək üçün onların dəvətlərinin mahiyyəti diqqətlə araşdırılmalıdır. Əgər dəvətin mahiyyəti fitrət, əql və vicdana müvafiq olarsa, digər tərəfdən də Peyğəmbərlərin gördüyü işlər bəşəriyyətin qüdrəti xaricində olarsa və onun keçdikləri həyat yolu sədaqətli olmasından xəbər verərsə, demək, həmin Peyğəmbər Allah tərəfindən göndərilmişdir. Yuxarıdakı ayələr həqiqətdə bu iki məsələyə (Quran və Peyğəmbərlərin Onun tərəfindən gönərildiyinə) açıq-aşkar bir sübutdur. Deməli, yuxarıda içilən and heç də əsassız deyildir.

Bundan əlavə Peyğəmbər öz müşrikliyindən əl çəkməyən şəxslərin qəlbinə nüfuz etmək üçün sözləri (ayələri) nə qədər möhkəm və tə’kidlə deyərsə onların diqqətini daha çox cəlb etmiş olar.

Başqa bir sual irəli gəlir ki, bəs nə üçün Allah bu ayələrdə ancaq Peyğəmbərə xitab edir və müşriklərlə birgə ümumi camaat bu xitaba şimal olmurlar?

Bunun cavabında deyilir ki, məqsəd Peyğəmbərin haqq və düz yolda olmasına bəyan etməkdir. İstər müşriklər və digər insanlar onun düz yolda olmasını qəbul etsinlər, istərsə də qəbul etməsinlər. Buna görə də Allah Peyğəmbərə öz vəzifəsində ciddi və fəal olmasını həm də müxalif şəxslərin onun nübüvvətini qəbul etmədiyinə görə ruhdan düşməməsini tövsiyə edir.

Sonrakı ayə «Quran»ın nazil olmasının ən əsas səbəbini izah edir: «(Bu Quranı sənə nazil etdik ki, onunla «Cahiliyyət dövr’’ündə) ataları (Allahın əzabı ilə) qorxudulmamış və (Allahın hökümlərindən, imandan, tövhiddən) qafil olan bir tayfanı xəbərdar edib, qorxudasan.»

Şübhəsiz ki, bu tayfa, müşrik və cahil ərəblərdir. Ola bilər deyilsin ki, bizim əqidəmizə görə heç bir ümmət və tayfa peyğəmbərsiz olmayıb. Bəs necə ola bilər ki, müşrik ərəblərin ata-babaları qorxudulmayıb? (Yəni onların peyğəmbəri olmayıb?)

Bu sualın cavabında deyilir ki, bizim bəhs etdiyimiz ayədə məqsəd risalət və nübüvvəti ümumi olan (şəriət sahibi olan) peyğəmbərdir. Müşrik ərəblərin ata-babalarının dövründə isə belə bir peyğəmbər olmamışdır. Ola bilsin risalət və nübüvvəti ümumi (şəriət sahibi) olmayan peyğəmbər onlara göndərilib. Çünki, yer üzü heç vaxt İlahi elçisindən boş qalmaz. Həzrət İsa (ə) ilə Muhəmməd (s) peyğəmbərin arasında olan fasilənin «peyğəmbərsizlik dövrü » adlandırılması o demək deyildir ki, bu iki peyğəmbər arasındakı dövrdə başqa bir Peyğəmbər olmayıb. Xeyr, peyğəmbər olub, lakin onların nübüvvəti ümumi olmayıb (və şəriət sahibi olmayıblar). Onlar yalnız müəyyən camaatın və ya müəyyən şəhərin peyğəmbəri olmuşlar. Deməli, «peyğəmbərsizlik dövrü» dedikdə o nəzərdə tutulur ki, həmin peyğəmbərlər arasında olan fasilədə peyğəmbərliyi ümumi olan başqa bir peyğəmbər olmamışdır.

Həzrət Əli (ə) bu barədə belə buyurur: «İnnəllahə bəəsə Muhəmmədən (s) və ləysə əhədun minəl ərəbi yəqrəu kitabən və la yəddəi nubuvvətən»

«Allah təala Muhəmmədi (s) ərəbərin heç kimin səmavi bir kitab oxumadığı və Peyğəmbər lik iddiası etmədiyi bir dövürdə göndərilmişdir». («Nəhcül bəlağə». 33 və 104-cü xütbələr). Bir sözlə, «Quran»ın nazil edilməsindən məqsəd qafil insanları xəbərdar etmək, yatmışları qəflət yuxusundan oyatmaq, eləcə də onları əhatə etmiş xətər və aludə olduqları günahları onların yadına salmaqdır. Həqiqətən «Quran» insanı ayıldan və onu günahdan təmizləyən bir kitabdır.

Sonra «Quran»da kafirlərin rəhbər və başçılarının aqibəti barədə deyilmişdir: «Doğrudan da onların əksəriyyəti barədə o söz (əzəldən buyurduğumuz əzab hökmü) gerçək olmuşdur, çünki onlar (Allaha və Onun peyğəmbərinə) iman gətirməzlər. (Biz onların iman gətirməyəcəklərini öz əzəli elmimizlə bilib lövhi-məhfuzda təsbit etmişik).

Bu ayədə «onların əksəriyyəti barədə o söz» ifadəsində «o söz»-dəki məqsədin nə olduğu barədə təfsirçilər bir neçə ehtimal irəli sürmüşdlər. Çox ehtimala görə bunda məqsəd şeytan yolunun davamçılarına verilmiş Cəhənnəm əzabının və’dəsidir. Necə ki, «Səcdə» surəsinin 13-cü ayəsində deyilir: «Cəhənnəmi mütləq bütün(günahkar) cinlər və insanlarla dolduracağam» sözünü gerçək olaraq demişəm!»

Başqa bir yerdə, «Zumər» surəsinin 71-ci ayəsində deyilir:

«Lakin əzab hökmü kafirlər barəsində vacib oldu!» Hər bir halda bu ayələr, öz əlaqələrini Allah ilə qırmış, hidayət qapılarını öz üzlərinə bağlamış və inadkarlıqlarında ən yüksək dərəcəyə çatmış insanlara aiddir. Bəli! Bu insanlar heç vaxt iman gətirməyəcək və geriyə dönməyə yolları qalmamışdır. Çünki arxaya qayıtmaq üçün qurulmuş körpülərin hamısını uçurub dağıtmışlar.

İnsan yalnız o vaxt hidayət ola bilər ki, özünün tövhid əsasında xəlq olan fitrətini çirkin əməlləri ilə məhv etməsin. Yox, əgər tövhidi fitrətini təmamilə məhv edərsə belə insan daha hidayət olmaz və özünün ümüd çıraqlarını söndürər.

Beləliklə də mə’lum olur ki, ömür boyu hidayət olmayan şəxslərdən məqsəd kafir və müşriklərinin rəhbərləridir. Elə buna görə onların bə’ziləri müsəlmanlarla kafirlər arasında olan döyüşlərdə Cəhənnəmə vasil oldular. Sağ qalanlar da ömürlərinin axırına kimi (Məkkənin fəthindən sonra zahirdə müsəlmanlar olsalar da) qəlbən iman gətirmədilər. Sonrakı ayələrdəki «onları qorxutsanda, qorxutmasanda onlar üçün birdir; iman gətirməzlər» kimi ifadələr bu məsələyə bir sübutdur.

Sonrakı ayədə yenə söhbət bu cür hegemon şəxslərdən gedir. Onların boyunlarından çənələrinə qədər sallanmış və başlarını yuxarı qaldırmağa qoymayan zəncir və həlqələrdən söhbət açılmışdır: «Biz onların boyunlarına dəmir həlqələr (zəncir) keçirtmişik. O həlqələr onların lap çənələrinə dirənmişdir. Buna görə başları yuxarı qalxmış, gözləri aşağı dikilmişdir. (Əlləri zəncirlə boyunlarına bağlandığı üçün başları yuxarını qaldırmağa, gözlərini aşağı dikməyə məcbur olmuşlar. Onlar boyunlarını bir tərəfə döndərmək, əllərini sağa-sola tərpətmək, ətrafa nəzər salmaq, hətta ayaqlarının altını görmək belə iqtidarında belə deyillər. Beləliklə, kafirlər nə haqqı görər, nə də ona boyun əyərlər)».

Əğlal (həlqələr) ğüll ( həlqə) sözünün cəmi və ləksik mə’nası «bir əşyanın arasında olan şey» deməkdir. Misal üçün ağacların arasında axıb-gedən suya (arxa) ğüləl deyirlər. «Ğüll» əl və ya boyundan asılan halqaya deyilir.

Əllər və boyun o halqanın arasında olduğuna görə bu kəlmə (əğlal kəlməsi) əl və boyun barədə işlənilmişdir. Bə’zi hallarda boyundan asılıb zəncirlə bağlanmış həlqə ayrıca bağlanır, bəzən isə əlləri də həmən həlqəyə keçirib zəncirə bağlayıb boyundan asılı həlqəyə bağlayarlarmış. Beləliklə də zindanda olan şəxsə əzab-əziyyət verirlərmiş.

Bəzi hallarda boyundan asılan zəncir çənəyə qədər dirənərək insanı başını dik saxlamağa və gözlərini aşağı dikməyə məcbur edərdi. Bununla da əsir və ya zindanda olan şəxs həddən artıq əziyyət çəkir və öz ətrafını görməkdə ətrafını gerçəkdən aciz qalırdı.

Təəccüblü budur ki, Allah büdpərəst insanları boynundan zəncir asılmış şəxslərə bənzətmişdir. Onlar ata-babalarının yolunu getməklə «dində olmayan adət-ən’ənələr» zəncirlərini boyun və əllərinə bağlamışlar. (məcazi zəncirlər) Bu zəncirlər o qədər uzundur ki, onların başlarını yuxarı qaldırmış və həqiqəti görməkdən məhrum etmişdir. Onların nə hərəkət etmək, nə də həqiqəti görmək iqtidarları var.

Bu ayə imansız insanların həm bu dünyada, həm də axirətdəki taleyindən xəbər verir. Ola bilər deyilsin ki, ayədə işlədilmiş fel (cəəlna feli) keçmiş zamanda işlənilmişdir və ancaq bu dünyadakı hadisələri bəyan etmişdir. Burada axirətdəki talelər vurğulanmamışdır. Çünki qiyamət günü hələ gələcək zamanda olacaq, fel isə keçmiş zamandadır.

Cavab olaraq göstərilir ki, «Quran»da bir çox ayələrdə hələ həyata keçməmiş, lakin gələcəkdə mütləq baş verəcək hadisələr keçmiş zamanda işlənmiş feli ilə bəyan olmuşdur. Bu da həmin hadisələrin mütləq baş verəcəyini göstərir. Bu hadisələrin həyata keçmələri o qədər mütləqdir ki, Allah həmin hadisələri keçmiş zaman feli ilə gətirmiş və bu hadisələri həyata keçmiş kimi qələmə vermişdir. Deməli, bu ayə bütpərəstlərin həm dünya, həm də axirət talelərini açıqlayır.

Təfsirçilərdən bir çoxu bu və bundan sonrakı ayələrin nazil olmasının bir neçə səbəblərini açıqlamışlar. Onların dediyinə görə bu ayələr «Əbu Cəhl», ya «Bəni Məxzum» ya da «Qüreyş» tayfasından olan bir kişi barəsində nazil olmuşdur. Bu insan bir neçə dəfə Peyğəmbər (s) sui-qəsd etmək istəmiş. Lakin Allah mö’cüzə vastəsi ilə onu bu çirkin məqsədə nail olmağa qoymamış. Hətta bir dəfə Peyğəmbəri (s) yaxalayaraq onu vurmaq istədikdə ya gözləri tutulmuş, ya da hərəkət etmə qüvvəsi ondan alınmışdır. (Təfsiri Alusi.22-ci cild.səh199) Bunun mə’nası bu deyil ki, bu ayə bütpərəstlərin digər rəhbərinə aid deyil. Əksinə bu ayə yuxarıda «onlar iman gətirməyəcəklər» ayəsinin təfsirində dediyimiz sözü təsdiq edir və «onlar»dan məqsəd müşriklərin çoxu yox, onların rəhbərlərinin çoxudur.

Sonrakı ayə bu dəstənin daha bir bədbəxtçiliyini vurğulayaraq onların inadkarlıq etmələrinin səbəbini bəyan edir: «Biz onların ön və arxalarına sədd çəkib gözlərini bağlamışıq. Buna görə də (Allahın qüdrətinə dəlalət edən əlamət və nişanələri ) görmürlər. (Onların bəsirət gözü tutulub kor edilmiş, bütün hidayət yolları üzlərinə bağlanmışdır. Onlar zahirən görsələr də mə’nən və batinən görmürlər)».

Onlar bu iki sədd arasında mühasirəyə düşmüş, nə irəli getməyə, nə də geri dönməyə yolları qalmamışdır.

«Buna görə də heç nəyi görmürlər» ifadəsiisə onların taleyinə son qoyur.

«Quran»ın bu ifadəsi çox təəccüblüdür. Bir tərəfdən əl-qolları zəncirlənmiş, digər tərəfdən də bu zəncirlər o qədər böyük və uzundur ki, onların başlarını yuxarı çəkmiş və öz ətraflarını görməkdən belə onları məhrum etmişdir. Bir tərəfdən onların ön və arxalarına sədd çəkilərək irəli və geriyə olan yolları bağlanılmış, başqa bir tərəfdən isə gözlərinə pərdə çəkərək görmə qabiliyyətləri bütünlüklə fəaliyyətdən saxlanılmışdır.

Yaxşı fikirləşin, görün bu xüsusiyyətlərə malik olan insanlardan nə asılıdır? Nəyi başa düşərlər? Nəyi və hansı həqiqəti görə bilərlər? İrəli gedə bilərlərmi?

Özünüsevər, təkəbbürlü, kor-koranə və fanatik surətdə ata-babalarının yolunu gedən və eləcə də bütpərəst insanların vəziyyəti həqiqət qarşısında belə olar.

Məhz bu səbəbdən birinci hissənin sonuncu ayəsində açıq-aşkar deyilir: «Ya Peyğəmbər! Onları qorxutsan da, qorxutmasan da onlara fərq etməz, iman gətirməzlər».

Peyğəmbərin (s) sözləri və Allah tərəfindən nazil olan vəhy nə qədər təsirli olsa belə, əgər bunları qəbul etməyə hazır olmayan şəxslərə desək onlara heç bir təsir bağışlamayacaq. Şoranlıq bir yerə min illərlə belə günəş saçarsa, bərəkətli yağışlar yağarsa, yenə də oraya faydası olmayacaq. Oradan yalnız toz-torpaq ələ gələcək. Çünki şoranlığın məhsul verməyə ləyaqət və səlahiyyəti yoxdur.

İncəliklər :

1.Tanıma qüvvələrinin fəaliyyətdən düşməsi.

İnsanın öz vücudundan kənardakı aləmlə ünsiyyətdə olmaq üçün tanıma qüvvələrinə ehtiyacı vardır. Bu qüvvələrin bəziləri insanın batininə, bəziləri isə onun zahirinə aiddir. Ağıl, düşüncə, vicdan və fitrət batini, zahirdə olan hissiyyat o cümlədən eşitmək, görmək və bu kimi qüvvələr isə insanın xarici qüvvələri hesab olunur.

Allahın verdiyi bu qüvvələr əgər lazımlı yerlərdə istifadə olunsa günü-gündən daha güclü, daha yaxşı və daha diqqətli fəaliyyətdən göstərər, həqiqətləri olduğu kimi anlayar. Yox, əgər bu qüvvələrdən pozğun və azğın yerlərdə istifadə olunsa, yaxud heç istifadə olunmasa, onda bu qüvvələr yavaş-yavaş azalar, ya da ki, bütünlükdə fəaliyyət düşərlər. Həqiqəti əksinə cilvələndirərlər. Bu qüvvələri bir aynaya bənzətmək olar. Əgər ayna təmiz, ləkəsiz olarsa ona düşən şəkli olduğu kimi göstərəcək. Ancaq ayna sınıq, çirkin və ləkəli olarsa ona düşən şəkli göstərə bilməyəcək. Göstərsə də olduğu kimi göstərməyəcək.

İnsanın gördüyü səhv işlər, törətdiyi günah və cinayətlər, düzgün seçmədiyi yolun nəticəsində bu böyük ne’mət insanın əlindən çıxır. Elə buna görə də birinci növbədə insanın özü günahkardır.

Əvvəlki ayələr bu əhəmiyyətli və insan taleyini həlledən məsələni bəyan edir. Allah təkəbbürlü, özünüsevər və fanatik surətdə ata-babalarının yolunu davam etdirən insanları zəncirlərlə bağlanmış (bu zəncirlər təkəbbür, xudbinlik və.. zəncirləridir), iki sədd arasında qalıb getməyə yolu olmayan və gözlərinə pərdə çəkilmiş insanlara bənzətmişdir.

Bu üç bədbəxtliyin səbəbləri hər biri ayrı-ayrılıqda insanı öz hərəkətindən saxlaya bilər.

Onların ön və arxalarından çəkilmiş bu iki sədd o qədər hündür və bir-birinə yaxındır ki, onların hərəkətinin qarşısını almaqdan əlavə görmə qabiliyyətini də onların əlindən alır.

Yenə xatırladırıq, nə qədər ki, insan bu mərhələyə çatmayıb, hidayət olub düz yola qayıda bilər. Lakin, bu mərhələyə çatdıqdan sonra bütün peyğəmbərlər, imamlar, övliyalar yığılıb onu düz yola də’vət etsələr və bütün səmavi kitabları ona oxusalar belə yenə ona tə’sir etməyəcək.

«Quran» ayələrində və islami hədislərdə deyilir ki, əgər insan bir günah edərsə gərək tez tövbə edib Allaha tərəf qayıtsın. Tövbəni gecikdirib təxirə salmasın, günahını təkrar etməsin. Bu cür ifadələrin hamısı bunu göstərir ki, insan gərək bu mərhələyə yetişməsin. Kiçik və xırda çətinlikləri yolunun qarşısını kəsən böyük səddlərə çevirməsin. Öz hərəkətinin qarşısını kəsməsin. Gözlərinin önündən pərdə asmasın və görmə qabiliyyətini əldən verməsin.

2.Öndən və arxadan çəkilmiş səddlər:

Bəzi təfsirçilər üçün belə bir sual qarşıya çıxıb ki, insanın qarşısını alın öndən çəkilmiş səddir. Daha arxadan çəkilən səddin nə mə’nası var?

Bir qrup təfsirçilər buna belə cavab vermişlər ki, insanın iki cür hidayət yolu var: istidlali hidayət (yə’ni insan özü bu yolu tapıb seçmişdir) və fitri hidayət (yə’ni Allah insanı fitrətən hidayət etmişdir). Öndən çəkilən sədd insanı istidlali hidayətdən məhrum edir, fonun yalnız geri dönüb öz fitri hidayətinə nəzər salmaq imkanı var. Lakin arxadan çəkilən sədd insanı fitri hidayətdən də məhrum edir. (Əl-Kəbir təfsiri)

Ayənin təfsirində başqa bir ehtimal da vardır ki, insan məqsədinə çatmaq üçün getdiyi yolda bir çətinliklə üzləşərsə, başqa bir yol seçmək üçün geriyə dönməlidir. Lakin arxadan çəkilən divar və sədd onun geriyə dönməyinə mane olur.

Başqa bir sual da budur ki, nə üçün bu səddlər insanın sağ və solundan çəkilməmiş , ön və arxadan çəkilmişdir?

Bu sualın cavabı çox sadədir. Çünki insan sağa, yaxud sola getməklə məqsədinə nail ola olmaz. İnsan yalnız irəli getməklə məqsəd və hədəfinə çata bilər.

Bundan əlavə səddi çox vaxtlar sağı, solu bağlı və yalnız irəli getməyə yolu olan yerlərdə çəkərlər. Bununla da insan tam mühasirədə olar.

3.1.«Afaqi» və «ənfusi» nişanələrin müşahidəsindən məhrum olmaq.

Allahı tanımağın iki yolu vardır. Birincisi budur ki, insan öz vücudunda olan Allahın nişanələrini müşahidə etməklə Xaliqi dərk edib tanısın. Bu nişanələrə «ənfusi nişanələr» deyilir. İkinci yol isə budur ki, insan vücudundan kənarda və təbiətdə olan yer, göy, dağ, dəniz və bu kimi digər nişanələri seyr edib düşünərək Allahı tanısın. Belə nişaşələr isə «afaqi nişanələr» adlanırlar. Allah bu iki yol haqqında «Fussilət» surəsinin 53-cü ayəsində belə buyurur:

«Quran»ın haqq olduğu müşriklərə bəlli olsun deyə, Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə (kainatda, göyün və yerin ətrafında), həm də onların öz daxilində mütləq göstərəcəyik.»

İnsanın tanıma qüvvələri fəaliyyətdən düşdükdə onun həm ənfusi, həm də afaqi nişanələri müşahidə yolu bağlanır və beləliklə də insan bu nişanələrin müşahidəsindən məhrum olur.

«Yasin» surəsinin 8 və 9-cu ayələri həmin mənanı vurğulayır. Çünki, boyunlarına keçirilmiş həlqələr onların başlarını elə dik saxlamışdır ki, hətta özlərini (və ənfusi nişanələri) belə görmək iqtidarlarında deyillər. Öndən və arxadan çəkilmiş səddlər isə onların gözlərini ətrafı (və afaqi nişanələri) müşahidə etməkdən məhrum etmişdir. Gözləri önündəki divardan başqa heç bir şey görmürlər.