Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
İslamda ədəb qaydaları (1)
Dərsin sonu

Dediklərimizdən belə bir nəticəyə gəlmək olur ki, insanların xoşbəxt həyat və səadətə nail olmaları üçün yaşadıqları hər bir cəmiyyətdə bir-biri ilə gözəl və səmimi münasibətdə olmalıdırlar. Bilidiyimiz kimi mə’sum imamlar (ə) istisna olmaqla, hər bir insan nisbi olaraq müəyyən eyb və çatışmazlıqlara malikdir. Onlar bu çatışmazlıqların aradan qaldırılmasında bir-birinə ehtiyac duyurlar. Belə ki, kimsə özünün maddi və mə’nəvi ehtiyaclarını tə’min edib ideal kamala çatmağa qadir deyil. Maddi ehtiyacları ilə yanaşı, hər bir insanın ruhi və mə’nəvi ehtiyacları da vardır. Maddi ehtiyacların aradan qaldırılmasında gecəsini gündüzünə qatsa da, mə’nəvi ehtiyaclarını təkbaşına tə’min etməyə əsla qadir deyil. Bütün bunlarla yanaşı onun elmi-mə’nəvi ehtiyacları da vardır. Bu və digər ehtiyacların aradan qaldırılmasında o yenə də başqalarının elm və təcrübəsinə böyük ehtiyac duyur. Bir sözlə o, başqalarının elm və təcrübələrindən istifadə etmək və müştərək həyat tərzi keçirməklə kamil insana çevrilə bilər. Bunu da nəzərdən qaçırmamalıyıq ki, hər bir müsəlman şeytani vəsvəsələrdən ilham alan mənfur islam düşmənlərinin çirkin niyyətlərindən agah olmalı və gözlənilən hər bir təhlükənin qarşısında bir nəfər kimi mübarizəyə hazırlaşmalıdırlar. Peyğəmbər (s) bu haqda buyurur: Müsəlmanlar düşmən qarşısında bağlı yumruğa bənzəyirlər.

Mə’lum məsələdir ki, birlik və vəhdətə nail olmadıqda düşmən qarşısında mübarizə aparmaq olduqca çətin, bir çox hallarda isə qeyri-mümkün olur. Bunun üçün də ixtilaf və pərakəndəliyə düçar olmasınlar deyə, Allah-taala müsəlmanları birlik və vəhdətə çağırır:

Allaha və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir».(Ənfal-46).

Başqa bir ayədə təfriqə və ixtilafın Fir’ona xas olan xüsusiyyətlərdən biri olduğu bildirir:

«Həqiqətən, Fir’on yer üzündə [Misirdə] baş qaldırıb onun əhalisini zümrələrə bölmüşdür. Fir’on onların arasında olan bir tayfanı [Israil oğullarını] gücsüz, aciz görüb....». (Qəsəs-4).

Hakimiyyətini qoruyub saxlamaq üçün yerli əhalini müxtəlif zümrə və firqələrə bölür və aralarında ixtilaf və çəkişmələr salmaqla onlarda hakimiyyətə qarşı mübarizə hissini məhv edir. Bu səbəbdən də Qur’an, mö’minlər arasında ixtilaf və qarşıdurmaların şeytani vəsvəsə olduğunu bildirir:

«Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaq istər....». (Maidə-91).

Əli (ə) bu haqda buyurur: Birliyə nail olmayan heç bir millət həmrə’ylik əldə etməmiş və onlarda vətənpərvərlik hisləri güclənməmişdir. Bu qüdrətə malik olan bütün millətləri dərd-bəladan və çətinliklərdən qoruyub saxlamış və onları öz məqsədlərinə çatdırmışdır.

Nəhcül-bəlağənin «Qasiə» adlı 234-cü xütbəsində Əli (ə) səhabələrə keçmiş millətlərin aqibətlərini mütaliə etməyi və onların təfriqə və ixtilaflar nəticəsində zərər çəkmələrindən ibrət almalarını tövsiyə edərək buyurur:

«Xeyir və şərinizdə keçmiş ümmətlərin başına gələn müsibətlərdən ibrət alıb onlar kimi olmaqdan çəkinin. Onlar barədə düşünüb daşındıqda bu məsələyə diqqət yetirin ki, əgər onlar düşmənləri qarşısında müqavimət göstərə bilmişlərsə, bunu yalnız və yalnız təfriqə və ixtilafları kənara qoyub birliyə nail olmaqla əldə etmişlər. Onların məğlubiyyətinə səbəb olan şeylərdən (kin-küdurət, həsəd, bir-birinə arxa çevirmək və s.) uzaq olun.

Keçmiş mö’minlərin sərgüzəştlərinə nəzər salın və bəla nazil olarkən onların hansı şəraitdə olmalarına diqqət yetirin. Məgər onlar başqalarından ağır və acınacaqlı şəraitdə yaşamırdılarmı? Fir’onlar onları əsarətə alır və ağır işkəncələr verirdilər. Daim təhqir və təcavüzlərə mə’ruz qalır və özlərini müdafiə etməyə heç bir hüquqa malik deyildilər. Sonsuz əzab-əziyyətlərə sinə gərib səbr etdikləri üçün Allah-taala onları qorxu və alçaqlıqdan çıxarıb şərəfli azad həyata qovuşdurdu. Onlar öz ümmətlərinə rəhbər tə’yin olunaraq, onların hidayət olmalarını öz öhdələrinə götürdülər. Unutmayın ki, əgər vahid amal uğrunda çalışmasaydılar, belə bir şərəf və kəramətə nail olmazdılar. Belə bir şəraitdə onlar bir çox yerlərin malik və padşahları deyildilərmi? Bir anlıq onların aqibətlərinə nəzər salın. Aralarında təfriqə düşdüyü ilk gündən müxtəlif təriqət və zümrələrə bölünüb bir-birinə qatı düşmən kəsildilər. Ardı-arası kəsilməyən müharibələrdə bir-birinin var-dövlətini talan edib minlərlə günahsız insanın qanını tökdülər. Nəhayət Allah-taala vüqar və şərafət libasını onların vücudlarından çıxartdı. Bəxş etdiyi ne’mətlərdən məhrum etdi. Sizlərə isə onların ibərtamiz sərgüzəştləri qalmışdır».

Əli (ə)-ın hikmətlə dolu tövsiyələrinə nəzər saldıqda belə bir qənaətə gəlirik ki, çətinlikləri aradan qaldırıb iqtidar və asudə həyata nail olmaq üçün mövcud təfriqə və ixtilafları kənara qoyub nəyin bahasına olursa-olsun vəhdət və həmrə’yliyə nail olmaq lazımdır. Əli (ə) bütün millətlərin fəqir və yoxsulluğa, qorxu və məğlubiyyətə uğramalarını məhz yaranmış ixtilaf və təfriqələrdə görür.

Haqqında söhbət açdığımız mövzulardan belə bir nəticəyə gəlirik ki, islam dinində ictimai münasibətlərin bünövrəsi dostluq, məhəbbət, qardaşlıq, qarşılıqlı münasibətlər, e’timad, maddi və mə’nəvi yardım və qarşılıqlı razılıqlar əsasında qoyulmuşdur. Bütün bunlardan yeganə məqsəd layiqincə itaət edib Allahın razılığını qazanmaqdır. Əgər islam öz sadiq davamçılarını qeybət və məsxərə etməkdən, töhmət vurmaqdan çəkindirirsə, bunu onların şəxsiyyət və mə’nəviyyatlarına xələl gəlməməsi üçün edir. Əgər onları sui-zənn, həsəd və bu kimi digər xüsusiyyətlərdən çəkindirirsə, bunu aralarında düşmənçilik və ədavət toxumu səpilməsin deyə edir. Əgər mö’minlərə bir-biri ilə gülərüz və xoş əxlaqla davranmalarını tövsiyə edirsə, bunu aralarındakı dostluq və səmimiyyətin güclənməsi üçün edir. Əgər onlara vaxtaşırı bir-birinin görüşünə getmələrini tövsiyə edirsə, bunu aralarındakı çətinliklərin aradan qaldırılması, sevinc və kədərlərində bir-birinə şərik olmaları və aralarındakı qardaşlıq və həmrə’yliyin artması üçün edir. Yalnız belə bir şəraitdə mö’minlər Allahın əmr etdiyi vəhdətə nail olub başqaları üçün nümunəyə çevrilə bilərlər. Çünki Allah-taala məhz müsəlman ümmətinin başqalarına nümunə olmasını istəmişdir:

«[Ey müsəlmanlar!] Beləliklə də sizi orta [ədalətli və seçilmiş] bir ümmət etdik ki, insanların əməllərinə [qiyamətdə] şahid olasınız...» (Bəqərə-143).

Başqa bir ayədə deyilir:

«[Ey müsəlmanlar!] Siz insanlar üçün zahirə çıxarılmış ən yaxşı ümmətsiniz...». (Ali İmran-110).

Ayə söz və əməldə başqalarına nümunə olan ümmətə dəlalət edir. Elə bir ümmət ki, etdiyi tövsiyə və nəsihətləri məntiqi, rəftar və davranışları isə ədalətli olsun.

İmam Sadiq (ə) öz səhabələrinə tövsiyə edərək buyurardı: İnsanları danışıqsız hidayət edin.Yə’ni, öz əməllərinizlə onlara nümunə olun.

Deyilən hər bir söz yalnız o zaman öz həqiqi dəyərini tapa bilər ki, insanın gözəl əməlləri ilə uyğun olsun. Bəs əgər islamın günbəgün ucalmasını, müsəlmanların vüqarlı və başı uca olmalarını və başqalarının islama meyl etmələrini istəyiriksə, bu müqəddəs dinin ruhunu özümüzdə yaşadıb öz əməllərimizlə başqalarına nümunə olmalıyıq. Əks təqdirdə, qeyri müsəlmanlar bir-birimizlə ixtilafda olduğumuzu və aramızda hökm sürən soyuqluğu görüb islam və Qur’ana qarşı e’tinasız olar, müsəlman ümmətindən uzaq düşərlər. Digər tərəfdən də islam və müsəlmanların təfriqə və ixtilafa düçar olmasını istəyən bə’zi mənfur ünsürlər islamın zəifləməsi və ümmətin müxtəlif təriqət və zümrələrə bölünməsi üçün əllərindən gələni əsirgəməzlər.

İslam dinindəki münasibətlərin ən başlıca hədəflərini ixtisarla üç hissəyə bölmək olar:

1. İslam ümmətinin şərafət və iqtidarının qorunub saxlanılması və müsəlmanlar arasında birlik və həmrə’yliyə nail olmaq;

2. Nümunəvi əxlaq və davranışa yiyələnməklə digər ümmətlərin islama də’vət olunmalarında göstərilən səy və cəhdlər;

3. Mö’minlərin dünya və axirət səadətinə nail olmaları üçün qarşılıqlı həmkarlıq göstərmələri.

Bütün bunlara müsəlmanların qarşılıqlı hörmət və səmimi münasibətləri nəticəsində nail olmaq olar.

BİRİNCİ CİLDİN SONU