Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
İslamda ədəb qaydaları (1)
Yalan

Yalan böyük günah və olduqca mənfi xüsusiyyət olduğu üçün ictimai münasibətlərdə qətiyyətlə pislənmişdir. Yalan, danışanın e’timad və e’tibarını itirməsi ilə yanaşı, cəmiyyətdə e’timadsızlıq, şəkk və tərəddüd toxumunu səpir. İnsanların bir-birinə e’timad etmədikləri bir cəmiyyətdə yaşamaq isə, mə’lum olduğu kimi dözülməz və acınacaqlıdır.

Yalan haqqında kifayət qədər ayə və hədis nəql olunmuşdur. Haqqında söhbət açılan ayə və hədislərdə yalanın cəmiyyətdə göstərdiyi mənfi tə’sir və nəticələr haqqında ətraflı danışılmış və onun bir çox günahların mənşəyi olduğu vurğulanmışdır.

Yalan danışmaq olduqca asandır və belə bir günaha düçar olmaq bir o qədər də zəhmət tələb etmir. Lakin təəssüflər olsun ki, insanların bir çoxu məqsədlərinə nail olmaq üçün yalan danışmağa üstünlük verirlər. Bir məsələyə də diqqət yetirməliyik ki, görülən hər bir iş mənfəət əldə etmək üçün müəyyən qədər zəhmət çəkilməsini tələb edir. Bu səbəbdən də ən az zəhmətlə böyük mənfəət əldə olunan işlər daha çox əhəmiyyət kəsb edir və insanların çox az bir hissəsi bunun nə kimi mənfi tə’sir qoyacağına diqqət yetirir. Onları maraqlandıran yalnız əldə edəcəkləri dünyəvi xeyir və mənfəətlərdir. Bunları nəzərə alaraq deyə bilərik ki, zəhmət tələb olunmayan xoşagəlməz iş və xüsusiyyətlərdən biri də yalan danışmaqdır. Belə ki, yalan danışmaqla bə’zən məqsədə daha tez çatmaq olur və bu kimi hallarda bunun nə ilə nəticələnəcəyinə diqqət yetirən çox az olur. Yalan məhz belə bir mənfi xüsusiyyətə malik olduğu üçün mə’sum imamların nəzərindən qaçmamış, buyurduqları hədis və rəvayətlərdə yalanın olduqca ağır ictimai xəstəliklərdən olduğuna işarə etmişlər. Hədis və rəvayətlərlə yanaşı, Qur’ani-Kərimin bir çox ayələrində yalanın böyük günah və yalançıların şiddətli əzaba düçar olacaqları haqda söhbət açılmışdır.

YALAN I N T Ə ’R İ F İ

Yalan — həqiqət və inamın əksinə olan şeylərə deyilir. Deməli yalanın iki əsas şərti vardır. Onlardan biri deyilənlərin həqiqətə uyğun gəlməməsi, digəri isə insanın elm və mə’lumatları ilə əldə olunan inam və e’tiqadla müvafiq olmamasıdır. Bir şəxs özünün həqiqət hesab etdiyi, əslində isə həqiqətə uyğun olmayan bir sözü deyərsə, yalan hesab olunmamalıdır. Əhəmiyyət doğuran məsələlərdən biri də budur ki, danışılan sözün yalan olması mümkün olduğu kimi, bə’zi iş və əməllərin də yalan olması mümkündür. Məsələn, hər hansı bir şəxsin özünü şəxsiyyətli bir insan kimi göstərməsini, amma həqiqətdə heç də elə olmadığını buna misal çəkmək olar. Deməli, yalan həm sözdə, həm də əməldə ola bilər. Yuxarıda verilən tə’rif onların hər ikisinə aid olur.

YALAN QUR AN NÖQTEYİ - NƏZƏRİNDƏN

Bir qədər əvvəl qeyd etdik ki, Qur’anın bir çox ayələrində yalan və onun müxtəlif yönləri haqda söhbət açılmış və insanın bu mənfi xüsusiyyəti tərk etməsinə tə’kid olunmuşdur. Biz onlardan bir neçəsinə işarə edirik:

1. Həcc surəsinin 30-cu ayəsində Allah-taala insanları bütlərə pərəstiş etməkdən çəkinmələrini əmr etməklə yanaşı, yalandan da çəkinmələrini əmr edir:

«...Bütlərdən qaçının, yalan sözlərdən də [Allaha şərik qoşmaqdan da] çəkinin.»

2. Nəhl surəsinin 105-ci ayəsində yalan danışmağın imansızlıqla bərabər olduğu göstərilir:

«Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsil yalançıdırlar!»

3. Zumər surəsinin 3-cü ayəsindən belə qənaətə gəlmək olur ki, yalançılar Allahın hidayətindən məhrum və aqibətləri acınacaqlı olan şəxslərdir:

«...Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz».

Başqa bir ayədə buyurur:

«...Şübhəsiz ki, Allah [Ona şərik qoşmaqla, böhtan atmaqla] həddi aşanı və yalançını doğru yola müvəffəq etməz».(Mu’min-28).

4. Allahın hidayətindən məhrum olan kəslər Onun qəzəb və lə’nətinə düçar olarlar. Ali-Imran surəsinin 61-ci ayəsində Peyğəmbərlə (s) məsihilər arasında yaranmış qarşıdurma haqda söhbət açılarkən Nəcran keşişlərinə xitab edilərək buyurulur:

«...Sonra [Allaha] yalvarıb yalançılara Allahın lə’nət etməsini diləyək!»

Başqa bir ayədə deyilir:

«...Əgər yalan deyirəmsə, Allah mənə lə’nət eləsin!...». (Nur-7).

YALAN - H Ə D İ S V Ə R Ə VAY Ə TL Ə RD Ə

1. Hədislərin bir çoxunda yalan «imanı aradan aparan» və bu kimi digər ifadələrlə bəyan edilir.

Peyğəmbər (s) buyurur: Çox yalan danışmaq imanı məhv edib aradan aparır.

Başqa bir hədisdə buyurur: Yalan danışmaqdan çəkinin. Çünki yalan insanı imandan uzaqlaşdırır.

Əli (ə) buyurur: Yalandan uzaq olun. Çünki yalan insanı imandan uzaqlaşdırır. Daim həqiqəti söyləyən sadiq insanlar hidayət yoluna qədəm qoyarlar, yalançılar isə bədbəxtçilik və rüsvayçılıqla üzləşərlər.

Nəql olunmuş bir çox rəvayətlərdə deyilir ki, yalan, mö’minlərə xas olmayan bir xüsusiyyətdir. Onlar bu günaha çox nadir hallarda düçar olarlar. Yalançılar isə bunu özlərinə peşə edərlər. Həsən ibn Məhbubdan nəql olunan rəvayətdə deyilir: İmam Sadiq (ə)-dan soruşdum: Mö’min paxıl ola bilərmi? Buyurdu: «Bəli». Soruşdum: Bəs yalançı necə? Buyurdu: Xeyr, mö’min xain ola bilməz. Sonra sözlərinə davam edərək buyurdu: Mö’min hansı xasiyyətə malik olsa da, xain və yalançı ola bilməz.

2. Yalanın bütün pisliklərin amili olduğu haqda deyilir: Yalan insanları pisliklərə, pisliklər isə cəhənnəmə sövq edər. İmam Həsən Əskəri (ə) buyurur: Günah və pisliklərin açarı yalan olan evlərdə olar.

3. Digər rəvayətlərdə yalanın ən pis əxlaqi xüsusiyyətlərdən biri olduğu göstərilir. Əli (ə) bu haqda buyurur: Yalan danışmaqdan çəkinin, çünki ən pis əxlaqi xüsusiyyətlərdən olan yalan, pozğunçuluğun bir növüdür.

Yalan danışmaq ən pis əxlaqi xüsusiyyət və insanlar arasında nifaq salmaqdır.

Yalançılıqdan pis adət yoxdur.

Peyğəmbər (s) buyurur: Ən böyük cinayət yalan danışmaqdır.

Başqa bir yerdə buyurur: Ən böyük xəyanət odur ki, mö’min qardaşın sənin danışdığın sözləri təsdiq edə, sən isə ona yalan demış olasan.

Həzrət Əli (ə) buyurur: Düzlük əmanətdarlıq, yalançılıq isə xəyanətdir.

Başqa bir yerdə buyurur: Sözlərin ən pisi yalandır.

Həmçinin buyurur: İmanın nişanələrindən biri də budur ki, ziyanına olsa belə, düz sözü xeyrinə olan yalandan üstün tutasan.

İmam Sadiq (ə) buyurur: Ağıllı insanlar yalan danışmaz, əgər onların xeyrinə olsa belə.

QUR’ANDA D Ü ZL Ü K V Ə S Ə DAQ Ə T

İslamın yalana olan münasibəti bəlli oldu. Burada düzlük və sədaqət barədə də söhbət açmağı məqsədəuyğun hesab edirik. Tövbə surəsinin 119-cu ayəsində deyilir:

«Ey iman gətirənlər! Allahdan qorxun və [imanında, sözündə, işində] doğru olanlarla olun!...»

Başqa bir ayədə isə Allah-taala düz danışan və düz yolda olanlara böyük ne’mət (Cənnəti) müjdə verir:

«Allah buyurdu: Bu, [qiyamət günü] elə bir gündür ki, düz danışanlara düzlükləri fayda verər. Onları [ağacları] altında çaylar axan cənnətlər gözləyir. Onlar orada əbədi olaraq qalacaqlar. Bu, [mö’minlər üçün] böyük uğur və qurtuluşdur!» (Maidə-119).

Peyğəmbər (s) bu haqda buyurur: Qiyamət günü sizlərdən mənə ən yaxın olanınız düz danışanlarınızdır.

Əli (ə) buyurur: Düz danışmaq böyük şərəf və ucalıqdır.

Başqa bir yerdə buyurur: Düz danışmaq ədalətlə qardaşdır.

İmam Sadiq (ə) buyurur: Allah elə bir peyğəmbər göndərməmişdir ki, düz danışan və əmanətdar olmasın.

İ CAZ Ə VER İ L Ə N YALANLAR

Yalan böyük günahlardan olsa da bə’zi zəruri hallarda həqiqətin gizli saxlanılması və yalanın həqiqət kimi qələmə verilməsinə icazə verilir. Dərsimizin sonunda onların hər biri haqda ayrı-ayrılıqda söhbət açmağı məqsədəuyğun hesab edirik:

1. Z ə ruri hallar;

Bə’zən can, mal, şəxsiyyət böyük təhlükə ilə qarşılaşdıqda yalan danışmaqdan savayı heç bir çıxış yolu qalmır və bu kimi hallarda yalan danışmağa icazə verilir.

Qur’ani-Kərim ikrah və çarəsizlik üzündən, habelə təzyiq altında qalan şəxslərin qəlbən Allaha iman gətirib, dildə küfr etmələrindən qəmgin olmamalarını istəyir. Nəhl surəsinin 106-cı ayəsində [bu şəxslərə təskinlik verilərək] deyilir:

«...[Küfr sözünü deməyə] məcbur edilən [dil ilə deyib ürəyində onu təsdiq etməyən] şəxs istisna olmaqla...»

Peyğəmbər (s) bu haqda buyurur: «İztirari hallarda (çıxılmaz vəziyyətdə) Allah-taalanın halal etmədiyi bir şey yoxdur».

Qeyd etdik ki, çarəsizlik dedikdə, insanın istər canı, istər malı, istərsə də şəxsiyyəti ciddi təhlükə ilə qarşılaşmış olsun. Cüz’i və bir o qədər əhəmiyyət kəsb etməyən məsələlərdə isə yalan danışmağa heç bir zərurət yoxdur.

2. I slah v ə vasit əç ilik;

Tərəflər arasında (məsələn, ailə və dostlar arasında) ixtilaf və anlaşılmazlıqların aradan qaldırılmasında — başqa heç bir çıxış yolu olmadıqda — yalan danışmağın heç bir nöqsanı yoxdur. Bu kimi hallarda düz danışıb tərəflər arasında ədavət və düşmənçiliyin daha da güclənməsinə səbəb olmaq isə günah və olduqca nalayiq bir işdir.

Peyğəmbər (s) Əli (ə)-a tövsiyə edərək buyurur: Ey Əli! Allah, tərəflər arasında sülh və əmin-amanlıq məqsədilə yalan danışmağı sevər, həqiqəti deyib ixtilafların daha da güclənməsinə isə nifrət edər.

3. D ö y üş zaman ı [d üş m ə ni] aldatmaq m ə qs ə dil ə deyil ə n yalanlar;

İslamda rəğbətlə qarşılanan hərbi taktikalardan biri də düşmənin aldadılmasıdır. Düşmənin nizam-intizamını pozmaq və ya hərəkət istiqamətini dəyişmək məqsədilə yalan demək, halal və bə’zi hallarda zəruri məsələlərdən birinə çevrilir. Peyğəmbər (s) bu haqda Əli (ə)-a buyurur: Üç halda yalan danışmaq olar. Onlardan biri də döyüş zamanı [düşmənə] kələk gəlməkdir.

4. Zarafat m ə qs ə dil ə deyil ə n yalanlar.

İnsanların bir çoxu zarafat etdikləri zaman yalan danışır və beləliklə başqalarının könlünü almaq istəyirlər. Bu kimi hallarda onlardan «nə üçün yalan danışırsan!» -deyə, soruşduqda deyərlər: Yalan demirəm, sadəcə olaraq zarafat edirəm. Lakin diqqət yetirmək lazımdır ki, xoşagəlməz bir iş kimi zarafat və ya yalanın ciddi olması arasında heç bir fərq yoxdur. Onların hər ikisi mənfi və olduqca xoşagəlməz xüsusiyyətdir. Peyğəmbər (s) buyurur: Yalan istər ciddi olsun, istərsə də zarafat, haram və yol verilməzdir.

Başqa bir hədisdə buyurur: Vay camaatı güldürmək məqsədilə yalan danışanların halına! Vay onların halına!

İmam Baqir (ə) buyurur: Yalandan, istər böyük olsun, istər balaca və istər ciddi olsun, istərsə də zarafat məqsədilə, uzaq olun.

T Ö VR İ Y Ə

Tövriyə — terminalogiyada ikimə’nalı (həqiqi və qeyri- həqiqi) cümləyə deyilir. Belə ki, hər hansı bir sözü və ya cümləni özünün həqiqi mə’nasında deməsinə baxmayaraq, dinləyici tam başqa bir mə’na anlamış olsun. Tövriyə öz-özlüyündə yalan deyil. Lakin ondan əldə olunan təsəvvür yalana bənzəyir. Bu səbəbdən də düzünü demək istəmədiyimiz, eyni zamanda yalan danışmaq istəmədikdə də dediklərimizi «tövriyə» şəklində bəyan edə bilərik. Məsələn, birisi tanışlarınızdan birini axtardığı zaman onun dəqiq yerini bildirmək istəmədikdə belə deyə bilərsiniz: Onu məsciddə gördüm. Siz həmin şəxsi bir həftə əvvəl məsciddə görmüş olsanız belə, düzünü demiş olursunuz. Həmin şəxs isə onun hal-hazırda məsciddə olduğunu güman edib oraya doğru gedir.