Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
İslamda ədəb qaydaları (1)
Həsəd

Mənfi xüsusiyyətlərdən və böyük günahlardan biri də həsəddir. İctimai münasibətlərdə insanlar arasında kin-küdurət və ədavətin yaranmasına səbəb olan amillərdən biri də məhz həsəddir. Qur’ani-Kərimdə Adəm (ə)-ın yaradılışından söhbət açılarkən Yer üzərində baş verən ilk günahın həsəd üzündən baş verdiyinə işarə olunur. Məhz bu xislət Iblisin cənnətdən qovulmasına və tarixdə ilk dəfə Yer üzərində qan tökülməsinə səbəb olur. O gündən e’tibarən bu şeytani xislət qəlblərdə özünə yer etmiş və minlərlə haqsız insanın qanının tökülməsinə, kin-küdurətin yaranmasına səbəb olmuşdur.

H Ə S Ə D İ N T Ə ’R İ F İ V Ə N Ö VL Ə R İ

Həsəd – hər hansı bir şəxsin başqa birisinin malik olduğu ilahi ne’mətlərdən (istər maddi olsun, istərsə də mə’nəvi) məhrum olmasını arzu etməsinə deyilir. Belə şəxslər bə’zən bu yolda əzab-əziyyətə qatlaşmağa belə hazır olarlar.

H Ə S Ə D İ N N Ö VL Ə R İ

1. Özündə olmasını arzu etməsə belə, başqasının hər hansı bir ne’mətdən məhrum olmasını istəyər;

2. Başqa birisinin malik olduğu hər hansı bir şeydən məhrum olmasını arzu etməklə yanaşı, özünün də həmin şeyə malik olmasını istəyər;

3. Həmin şeyin özündə olmasını istəməsə də, ona oxşarına malik olmasını arzu edər. Əldə etmədikdə isə başqalarının həmin şeydən məhrum olmasını istəyər;

4. Başqalarının malik olduqları şeylərin oxşarını özündə də olmasını arzu edər və eyni zamanda onların da malik olduğu şeylərdən məhrum olmalarını istəməz.

Yuxarıda qeyd olunan dörd xüsusiyyətdən üçü mənfi, sonuncu xüsusiyyət isə müsbətdir və buna «qibtə» deyilir. Qibtə nəinki mənfi xüsusiyyət deyil, əksinə, insanın əxlaq və mə’nəviyyatının təkamülünə də səbəb olur. Bə’zən insan başqalarına qibtə etməklə onların malik olduqları şeyləri əldə etmək üçün zəhmətə qatlaşmalı olur və bununla yanaşı başqalarının da zərər çəkmələrini arzu etmir.

İmam Sadiq (ə) bu haqda buyurur: Mö’minlər qibtə edər, lakin həsəd aparmazlar, münafiqlər isə həsəd aparar, lakin qibtə etməzlər.

HƏSƏD QUR AN NÖQTEYİ - NƏZƏRİNDƏN

Allah-taala Peyğəmbərə (s) xitab edərək həsədin Şeytani vəsvəsələrlə eyni olduğunu bildirir:

1. «[Ya Peyğəmbər!] De ki: Pənah aparıram sübhün Rəbbinə!

2. Yaratdıqlarının [insanların, cinlərin, vəhşi heyvanların] şərindən;

3. Zülmətə bürünməkdə olan gecənin [və ya batan ayın, ziyası sönən ulduzların] şərindən;

4. [Ovsun oxuyub] düyünlərə üfürən [yaxud cadu edib iplərə düyün vuran] qadınların şərindən;

5. Və bir də paxılın şərindən!» (Fələq surəsi).

Başqa bir ayədə Allah-taala mö’minlərə, başqalarına verilənləri arzu etmələrini tövsiyə edir. Çünki hər bir insanın nəsibi vardır:

«Allahın [maddi, yaxud mə’nəvi cəhətdən] birinizi digərinizdən üstün tutduğu [birinizə digərinizdən artıq vediyi] şeyi [özünüzə] arzulamayın. Kişilərin öz qazandıqlarından öz payı, qadınların da öz qazandıqlarından öz payı vardır. [Dilədiyiniz şeyi] Allahın lütf və mərhəmətindən istəyin! Şübhəsiz ki, Allah hər şeyi olduğu kimi biləndir».(Nisa-32).

Digər iki ayədə Allah-taala Peyğəmbərə (s) başqalarına verdiyi ne’mətləri istəməsini əmr edir:

«Mən səni [peyğəmbər] seçdim. Sənə vəhy olunanı dinlə!» (Taha-13).

Başqa bir ayədə kitab əhlinin müsəlmanların küfr etmələri üçün göstərdikləri sə’ylərə və islamı qəbul etdikləri üçün onlara həsəd etmələrinə işarə olunur:

«[Ey mö’minlər!] Kitab əhlindən bir çoxu həqiqət onlara bəlli olduqdan sonra belə, təbiətlərindəki həsəd [paxıllıq] üzündən sizi, iman gətirmiş olduğunuz halda, yenidən küfrə sövq etmək istərlər...» (Bəqərə-109).

N Ə QL OLUNMU Ş R Ə VAY Ə TL Ə RD Ə

H Ə S Ə D V Ə H Ə S Ə D ED Ə N ŞƏ XSL Ə R HAQDA

Peyğəmbər (s)-dən nəql olunur ki, Allah-taala Musa (ə)-a xitab edərək buyurur:

Ey Imranın oğlu! Camaata verdiklərimə göz dikib həsəd aparma və nəfsini [gördüklərinə] tabe etmə. Çünki həsəd aparan şəxslər verdiyim ne’mətlərdən narazı qalıb bəndələrim arasında böldüyüm ne’mətləri əldə etmək istəyərlər.

Peyğəmbər (s) səhabələrə müraciət edərək buyurur: «Allahın ne’mətlərinə təcavüz etməyin»

Səhabələr soruşdular: «Ya Rəsuləllah, kimlər Allahın ne’mətlərinə təcavüz edərlər? Buyurdu: Başqalarına həsəd aparan kəslər.

Əli (ə) buyurur:

Həsəd sağalmayan bir xəstəlikdir.

Həsəd ruhun zindanıdır.

Həsəd xəstəliklərin ən ağırıdır.

Həsəd pisliklərin mənbəyidir.

Həsədin verdiyi səmərə dünya və axirət bədbəxtçiliyidir.

Həsədi tərk edənlər insanların ən sevimlisidir.

Həsəd aparan şəxslərə gəldikdə isə, Əli (ə) buyurur: Həsəd aparan şəxslər bol-bol həsrət çəkər və neçə bərabərində günaha düçar olarlar.

Həsəd aparan şəxslər heç vaxt faydalanmazlar.

Həsəd aparan şəxslərə insanların malik olduqları ne’mətləri itirmələrindən başqa heç nə rahatlıq gətirmir.

Həsəd aparan şəxslər başqalarının qəm-qüssəsində sevinər, onların sevincində isə kədərlənərlər.

Həsəd aparan şəxslər hər hansı bir şəxsin nəyisə əldən verməsini özünə qənimət hesab edər.

Həsəd aparan şəxslər dostluğunu dildə aşkar edər, düşmənçiliyini isə qəlbində gizli saxlayar. Bunun üçün də onların adı dost, xisləti isə düşməndir.

Dostların ən pisi həsəd aparan şəxslərdir.

İmam Sadiq (ə) həsəd aparan şəxslər barədə buyurur: Paxıl və xəsislər heç nədən rahatlıq tapmadıqları kimi, həsəd aparan şəxslər də heç nədən ləzzət almazlar.

Həsəd aparan şəxslər Iblis kimi ziyanı başqalarına vurmazdan əvvəl özlərinə vurarlar. Belə ki, o, Adəmə həsəd aparmaqla özünün lə’nətlənməsinə, Adəm (ə)-ın isə peyğəmbərliyə seçilməsinə səbəb oldu.

Küfrün əsasını üç şey təşkil edir: Təkəbbür, həsəd və tamah.

Həsədin əsasını Allahın fəzl və kəramətini inkar etmək təşkil edir. Bu iki şey küfrün qanadlarıdır. Adəm övladının əbədi həsrətə və bir daha nicat tapmamasına səbəb olan şey məhz həsəd oldu.

Bu məzmunda nəql olunmuş digər rəvayətlərdə həsəd, imanı zəiflədən və cismi sağlamlığa xələl gətirən amillərdən biri hesab olunur.

Əli (ə) bu haqda buyurur: Başqalarına həsəd aparmayın. Alov odunu yandırdığı kimi, həsəd də imanı məhv edib aradan aparır.

Qar suda əriyib yoxa çıxdığı kimi, həsəd də imanı qəlblərdə əridib məhv edir.

Həzrət Peyğəmbər (s) səhabələrə etdiyi tövsiyələrin birində buyurur: Agah olun ki, sizdən əvvəlki ümmətin sorağına gələn xəstəlik (həsəd), sizin də sorağınıza gəlmişdir. O, sizin başınızdan bir tük də əskik etməz, lakin dininizi məhv edib aradan aparar.

İmam Sadiq (ə) buyurur: Dinə xələl gətirəcək şeylər həsəd, xudbinlik və özünü başqalarından üstün tutmaq hissidir.

Əli (ə) həsədi cismi xəstəlik, onun tərk olunmasını isə sağlamlıq hesab edir. Bu haqda buyurur: Həsəd aparan şəxslər daim xəstə olarlar.

Həsəd cismi süst və zəif edər.

Həsəd aparan şəxslərin sağlamlıqdan xəbərsiz olmaları çox qəribədir.

Cismi sağlamlıq həsədin azalmasından asılıdır.

H Ə S Ə D Ə S Ə B Ə B OLAN AM İ LL Ə R

Həsədin böyük günahlardan olduğu və onun qoyduğu mənfi tə’sir haqda ümumi mə’lumat əldə etdik. Belə bir ağır ruhi xəstəlikdən yaxa qurtarmaq üçün insan hər şeydən əvvəl bunun səbəblərini araşdırmalı və onlarla mübarizə aparmalıdır.

Əxlaq alimləri həsədə səbəb olan yeddi əsas amilə işarə etmişlər:

1. X ə bislik;

Bir çoxlarında həsədin yaranması xəbislik və paxıllıq hissindən doğur. Heç bir əlaqə və düşmənçiliyin olmamasına baxmayaraq, onlar camaatın narahatçılıqlarına sevinər, uğur və müvəffəqiyyətlərinə isə narahat olarlar. Bu səbəbdən də onlar kimsənin öz məqsədinə çatmasını arzu etməzlər.

2. D üş m ə n ç ilik;

Həsədə səbəb olan amillərdən biri də ədavət və düşmənçilikdir. Belə ki, həsəd aparan şəxs düşməninin çətinliklə qarşılaşdığını gördükdə sevinir, onun uğur və müvəffəqiyyət qazandığını gördükdə isə kədərlənir və daxili sarsıntı keçirməyə başlayır.

3. M ə qam v ə var-d ö vl ə t sevgisi;

Həsədə səbəb olan amillərdən biri də insanın təqribən dəyişilməz həyat tərzi keçirməsindən irəli gəlir. O, qarşısında rəqib gördükdə dərhal ona qarşı həsəd aparmağa başlayır. Məsələn, ən gözəl «sənətkar» adını almış və ya hamıdan daha çox var-dövlət sahibi olan bir şəxs başqa birisinin ondan daha çox şöhrət tapmasını və ya daha çox var-dövlət sahibi olduğunu eşitdikdə onlara qarşı həsəd aparmağa başlayır və tez bir zamanda uğursuzluğa düçar olmalarını arzu edir.

4. R ə qab ə t;

Bu hiss adətən yüksək məqam və dərəcəyə nail olmaq istəyən şəxslərdə özünü büruzə verir. Yalnız bir nəfər birinci yerə (və ya ən yüksək məqama) çatdığı üçün başqaları onun yerini tutmaq istədikləri üçün daim ona həsəd apararlar.

5. T ə k ə bb ü r;

Bə’zi həsəd aparan şəxslər təkəbbürlü olduqları üçün başqalarının müvəffəqiyyət və inkişafını görmək istəməzlər. Çünki təkəbbürlü şəxs öz qarşısında hamının kiçilməsini istədiyi üçün, onları özündən aciz görmək istəyir. Belə ki, başqalarının yüksəlməsi onların qarşılarında kiçilmələrinə bir dəfəlik son qoymuş olur.

6. Xudp ə s ə ndlik;

Bə’zi xudpəsənd insanlar özlərini başqalarından üstün tutduqları üçün başqalarının müvəffəqiyyətinə həsəd apararlar. Xudpəsəndlik təkəbbürdən bir qədər fərqlidir. Belə ki, təkəbbürlü şəxslər özlərinin başqalarından üstün olmasını istəyərlər. Bu dəstəyə aid olanlar isə nə başqalarının onlardan üstün olmalarını istəyər və nə də özləri buna can atarlar.

7. T əə cc ü b.

Bə’zi həsəd aparan şəxslər başqalarına hər hansı bir ne’mət nəsib olduqda, onların əldə etdikləri şeylərə layiq olmadıqlarını görüb buna təəccüb edər və onların əldə etdiklərindən məhrum olmalarını istəyərlər.