Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
İslamda ədəb qaydaları (1)
Qeybət

Altıncı dərsdə qeyd etdik ki, islam cəmiyyətində sağlam ünsiyyət və münasibətlər bir sıra əxlaqi me’yarlar əsasında formalaşmışdır. Onlardan bir qismi müsəlmanların [gündəlik] ictimai həyatlarında riayət etməli olduqları ədəb qaydalarıdır. Təvazökarlıq, insaf, gülərüzlük, əhdə vəfa və s. xüsusiyyətləri buna misal göstərmək olar. Ötən dərslərimizdə biz onların hər biri haqda ətraflı söhbət açdıq.

Digər dəstəyə isə o xüsusiyyətlər daxildir ki, müsəlmanların bu xoşagəlməz xüsusiyyətlərə malik olmaları ictimai əlaqələrin pozulmasına səbəb olur. Bu səbəbdən də bu xüsusiyyətlərin tərk olunması islam ictimai ədəb qaydalarının əsas şərtlərindən biri hesab olunur. Hər bir müsəlman şər’i vəzifə olaraq bu xüsusiyyətlərdən uzaq olmağa çalışmalıdır. Onlar buna nail olduqda qurduqları ictimai əlaqələr möhkəm və sağlam olacaqdır. Bu dərsdən e’tibarən kitabın sonunadək bu xüsusiyyətlər haqda söhbət açacağıq.

Bu xoşagəlməz xüsusiyyətlərdən ən başlıcası «qeybətdir». Bu haqda bir neçə məsələ barəsində danışmaq lazımdır.

QEYB Ə T I N MƏNASI

Qeybətin leksik mə’nası «iştirakı olmadan kiminsə [və ya kimlərinsə] ünvanına [ya onlar haqda] xoşagəlməz sözlər deməkdir». Şər’i termin olaraq isə «qeybət» - müsəlmanın öz müsəlman bacı-qardaşının iştirakı olmadan onun eyb və nöqsanları haqda danışmasından ibarətdir. Belə ki, əgər həmin şəxs onun haqda deyilən sözləri eşitsə, inciyib narahat olar. Eyb və nöqsan deyildikdə istər əxlaqi, istər cismi, istərsə də məişət çatışmazlıqları və s. nəzərdə tutulur.

Peyğəmbər (s) bu haqda buyurur: «Qeybət, müsəlman bacı-qardaşınızın eşitmək və ya başqalarının bilməsini istəmədiyi hər hansı bir şey haqda danışmağa deyilir».

Peyğəmbərdən (s) soruşurlar: Əgər onun haqda deyilənlər doğru olsa, yenə də qeybət hesab olunur?

Həzrət (s) buyurdu: Əgər həmin eyb və nöqsan onda olarsa və onu başqalarına deyəriksə qeybət, əks təqdirdə isə ona töhmət vurmuş olarıq.

Başqa bir rəvayətdə deyilir: Peyğəmbərin (s) səhabələri bir şəxs barədə söhbət edir və bir-birinə deyirdilər: Filankəs nə qədər də aciz və bacarıqsızdır. Peyğəmbər (s) onların söhbətini eşidib buyurur: Onun qeybətini etdiniz! Dedilər: Biz yalnız onda olanları dedik. Buyurdu: Əgər onda olmayanları desəydiniz, ona töhmət vurmuş olardınız.

İmam Sadiq (ə) buyurur: Qeybət ona deyilir ki, Allah-taalanın mö’min bacı-qardaşınızın gizli saxladığı eyb və nöqsanlarını başqalarına bildirəsiniz».

Nəql olunmuş rəvayətlərdə qeybətə verilən tə’riflərdən bir neçə məsələnin meydana çıxdığı mə’lum olur:

1. Bu söhbət həmin şəxsin gizli eyb və nöqsanlarını aşkara çıxarmaq məqsədi daşısın. Belə ki, aşkar eyb və nöqsanlar heç də qeybət hesab olunmur (hərçənd günahın başqa bir növü ola bilər).

İmam Musa Kazim (ə) buyurur: Əgər bir şəxs orada olmayan başqa birisinin camaatın bildiyi eyb və nöqsanları haqda danışarsa, qeybət etməmişdir. Lakin camaatın bilmədiyi hər hansı bir çatışmazlıq haqda bir söz deyərsə, onun qeybətini etmişdir. Onda olmayan hər hansı bir şey haqda bir söz dedikdə isə ona töhmət vurmuş olur.

2. Kiminsə eyb və nöqsanları haqda bir söz demək [əgər həqiqətən həmin eyb və nöqsanlar onda olarsa] qeybət, əks təqdirdə isə töhmət hesab olunur.

3. Haqqında danışılan şəxsin xeyrinə olması istisna olmaqla, qeybət kiminsə narahatçılığına səbəb olmaq məqsədilə olsun. Əks təqdirdə deyilən sözlər qeybət hesab olunmur. Xəstənin eyb və nöqsanlarının həkimə deyilməsini buna misal çəkmək olar.

4. Qeybəti olunan şəxs mö’min və müsəlman olsun. Kafir və müşriklərin qeybətini etməyin isə heç bir nöqsanı yoxdur.

5. Qeybəti olunan şəxsin kimliyi mə’lum olsun və dinləyicilər onu tanımış olsunlar. Haqqında danışılan şəxsin kimliyi bəlli olmadıqda isə, deyilən sözlər qeybət hesab olunmur.

6. Haqqında danışılan şəxs açıq-aşkar günah edib fitnə-fəsad törətməmiş olsun. Çünki açıq-aşkar günaha mürtəkib olan şəxslər heç nədən çəkinməz və başqalarının onun eyb və nöqsanlarından xəbərdar olmalarından əsla narahat olmazlar.

QEYB Ə T İ N HAR A ML IĞI

Qeybətin haram və böyük günahlardan biri olduğu haqda bir çox Qur’an ayələrinə və Əhli-beyt (ə)-dan nəql olunmuş hədis və rəvayətlərə istinad etmək olar.

Bunu da qeyd etməliyik ki, Allahın, Peyğəmbərin (s) və mə’sum imamların narazılıqlarına səbəb olan bütün günah və xoşagəlməz xüsusiyyətlər ayə və rəvayətlərdə xüsusi ifadələrlə bəyan edilmişdir. Allah-taala Qur’ani-Kərimdə buyurur:

«...Bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar [qeybət də belədir]...» (Hucurat-12)

Göründüyü kimi ayədə müsəlmanın qeybəti onun qətlə yetirilməsinə və qeybət edən şəxsin onun ətini yeməsinə bənzədilir. Bu da günahın böyüklüyünə dəlalət edir. Günahsız bir şəxsin qətlə yetirilməsi haram olduğu kimi, onun qeybətini etmək də bir o qədər haram və böyük günahlardandır. Qan tökülməklə bir şəxs qətlə yetirildiyi və onu bir daha həyata qaytarmaq qeyri-mümkün olduğu kimi, qeybəti olunan şəxsin haqqında da xoşagəlməz sözlər deməklə onun şəxsiyyətinə xələl gəlir və mə’nəviyyatının qorunması qeyri-mümkün olur. Müsəlmanların qanı, canı və malı toxunulmaz olduğu kimi, onların şəxsiyyət və mə’nəviyyatı da qorunmalı və onlara qarşı hörmətsizliklərə yol verilməməlidir.

Peyğəmbər (s) buyurur: Müsəlmanın canı (qanı), malı və şəxsiyyəti müsəlmana haramdır.

Can və malına təcavüz olunmaqla müsəlmanın haqqı tapdalandığı kimi, qeybət etməklə də sözün əsl mə’nasında müsəlmanın şəxsiyyətinə xələl gəlmiş olur. Deməli, hər bir müsəlmanın üzərinə düşən vəzifələrdən biri də öz müsəlman qardaşına qarşı hörmətsizliklərə yol verməmək və onu namus və şəxsiyyətinə xələl gətirəcək hər bir şeydən müdafiə etməkdir. Üzərinə düşən vəzifəni layiqincə yerinə yetirən hər bir şəxs Allahın razılığını əldə etmiş olur. Üzərinə düşən vəzifəni yerinə yetirməyə qadir olan, lakin bundan boyun qaçıran şəxslər isə Allahın qəzəb və narazılığına düçar olarlar.

Peyğəmbər (s) bu haqda buyurur: Kim müsəlman qardaşının xar və rüsvay olduğunu görüb onu müdafiə etməyə qadir olduğu bir halda sükut edərsə, qiyamət günü Allah-taala onu bütün məxluqatın qarşısında xar və rüsvay edər.

Mö’min qardaşını özü olmadan müdafiə edən şəxslərin abır və həyasını qiyamət günü Allah-taala Özü qoruyar.

Mö’min qardaşını özü olmadan müdafiə edən şəxsləri Allah-taala cəhənnəm odundan qurtarar.

Qeyd etməliyik ki, qeybətin nə qədər böyük günah olduğunu nəzərə alıb Qur’ani-Kərimdə heç bir günah belə bir tük ürpədici ifadələrlə bəyan edilməmişdir. O ki qaldı qeybət edən şəxslərə, onlar məhşərə həmin surətdə daxil olacaqlar. Yə’ni məhşərdə onlara ölmüş qardaşının ətini yeməyə əmr olunar və onlar məhşər əhlinin qarşısında böyük rüsvayçılıqla qarşılaşarlar.

Peyğəmbər (s) buyurur: Dünyada qardaşının ətini yeyən şəxsləri (qeybət edənləri) qiyamət günü onun (qeybəti olunan) yanına aparıb belə əmr edərlər: Diri olduğu halda ətini yediyin kimi, indi də onun ölmüş cəsədinin ətini ye! O da məcbur olub fəryad çəkərək ölmüş qardaşının ətini yeyər.

Me’rac gecəsi səmaya qalxdığım zaman üz-gözlərini dırnaqları ilə cıran bir dəstə insanla qarşılaşdım. Cəbrail (ə)-dan onların kim olduğunu soruşdum. Dedi: Onlar camaatın qeybətini edən və abır-həyalarına xələl gətirən kəslərdir.

Qeybətin böyük günah olması haqda nəql olunmuş rəvayətlərin arasında Peyğəmbərdən (s) nəql olunmuş elə rəvayətlərə rast gəlmək olur ki, orada qeybətin zinadan da böyük günah olduğuna işarə olunur.

Peyğəmbər (s) buyurur: Qeybət etməkdən çəkinin! Çünki qeybət zinadan daha da pisdir. Zinakar tövbə etməklə günahlarını bağışlatdıra bilər, lakin qeybət edən şəxs qeybətini etdiyi şəxsi özündən razı salmayınca (halallıq almayınca) bağışlanmır.

Başqa bir hədisdə Peyğəmbər (s) qeybətin sələmçilikdən daha böyük günah olduğunu bildirir. Sələm yolu ilə bir dirhəm əldə etmək, otuz altı dəfə zina etməkdən daha pisdir. Ən pis sələm isə müsəlmanların abır-həyası ilə (müamilə etməkdir). Yə’ni, onların qeybətini etməkdir.

Qeybətin mənfi nəticələrindən biri də «pozğunluğun yayılması və aşkara çıxmasıdır». Bu isə islam dinində böyük günahlardan biri hesab olunur. Nur surəsinin 19-cu ayəsində bu haqda deyilir:

«Mö’minlər arasında [onları nüfuzdan, hörmətdən salmaq məqsədilə] pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir...»

İmam Sadiq (ə) ayənin izahında buyurur: Gözü görüb, qulağı eşidən mö’min bir bəndənin eyb və nöqsanlarını aşkara çıxaran şəxslər Allahın buyurduğu — Onlar o kəslərdirlər ki, mö’minlər arasında pozğunluq və nalayiq işlərin yayılmasını istərlər — kəslərdir.

«Gözləri görüb qulaqları eşidən» dedikdə, imam Sadiq (ə) mö’min bir şəxsin kimsənin bilmədiyi eyb və nöqsanları nəzərdə tutur. Kiminsə bu eyb və nöqsanlardan agah olub onu başqalarına çatdırması da təbii ki, qeybət hesab olunur və onlar ayənin aşkar nümunəsinə çevrilirlər.

Başqa bir rəvayətdə qeybətin böyük günah olduğu «Cəhənnəm itlərinin yeməyi» ifadəsi ilə bəyan olunur.

Əli (ə) buyurur: Qeybət etməkdən çəkinin! Çünki o, cəhənnəm itlərinin yeməyidir.

İmam Hüseyn (ə) başqa birisinin qeybətini edən şəxsə tövsiyə edərək buyurur: Qeybət etmə! Çünki qeybət cəhənnəm itlərinin yeməyidir.

İmam Zeynəl-abidin (ə) öz səhabələrinə tövsiyə edərək buyurur: Sizləri qeybət etməkdən uzaq olmağa tövsiyə edirəm. Çünki o, cəhənnəm itlərinin yeməyidir. Bilin ki, kim camaatın eyb və çatışmazlıqlarını başqalarına bildirməkdə ifrata vararsa, onun ifrata varması öz eyblərini başqalarında axtarmağa səbəb olar.

Başqa sözlə desək, hər bir şəxs özündə olan eyb və nöqsanları başqalarında da axtarmaq istəyər.

Əli (ə) bu haqda buyurur: Eyb və çatışmazlıqları olan şəxslər başqalarının da eyblərinin aşkara çıxmasını istəyər və bununla da öz eyblərinə bəhanə gətirmiş olarlar.

Nəql olunmuş digər rəvayətlərdə qeybətin din, iman və xeyir-bərəkəti (savabını) aradan aparması haqda danışılmışdır.

İmam Sadiq (ə) buyurur: Qeybət hər bir müsəlmana haramdır. Atəş odunu yandırdığı kimi, qeybət də insanın gördüyü xeyirli işləri (savabını) məhv edib aradan aparır.

Peyğəmbərdən (s) nəql olunmuş başqa bir rəvayətdə deyilir: Qeybət öz tə’sirini müsəlmanın dininə cuzam xəstəliyinin qoyduğu tə’sirdən daha tez qoyur.

Qiyamət günü bə’zi şəxsləri Allah-taalanın hüzuruna gətirib əməl dəftərini əlinə verərlər. O, əməl dəftərini açdıqda orada heç bir xeyirli iş görməyib təəccüblə Allah-taaladan soruşar: İlahi! Bu mənim əməl dəftərim deyil. Çünki burada mənim ibadətlərim yazılmamışdır. Ona deyilər: Sənin Allahın nə bir şeyi unudur, nə də səhvə yol verir. Əməllərini camaatın qeybətini etməklə məhv edib aradan aparmısan. Sonra məhşərə bir başqasını gətirər və əməl dəftərini onun özünə verərlər. O, öz əməl dəftərində xeyli ibadət etdiyini görüb təəccüblə deyər: İlahi! Bu mənim əməl dəftərim deyil. Axı mən dünyada bu qədər ibadət etməmişəm. Ona deyərlər: Filankəs sənin qeybətini etdiyi üçün gördüyü xeyirli işlər sənin əməl dəftərinə yazılmışdır.

Ariflərdən birinə - filankəs sənin qeybətini etdi — dedikdə, gülümsəyib həmin şəxsin evinə bir qutu şirni aparmalarını və ona belə bir xəbər çatdırmalarını istəyir: Eşitdim öz xeyirli işlərinin bir qismini mənim əməl dəftərimə göndərmisən. Bunun üçün sənə öz təşəkkürümü bildirib bu şirni qutusunu sənə hədiyyə göndərirəm.

Qeybətin böyük günah və haram olması, dünya və axirətdə qoyduğu mənfi tə’sirlərlə tanış olduqdan sonra onu doğuran səbəb və amillər haqqında danışmaq yerinə düşərdi. Ümumiyyətlə insan nə üçün başqalarının eyb və nöqsanlarını aşkara çıxarmaq istəyir?

Əxlaq alimləri qeybətə səbəb olan səkkiz mühüm amilə işarə etmişlər:

1. Vicdan rahatl ığı ;

İnsanların bir çoxunun qeybət etməkdən ən başlıca məqsədləri öz eyb və nöqsanlarını kiçik hesab etmək və ya onların üstünü örtməkdir. Bu dəstəyə aid olanlar öz eyb və nöqsanlarından agah olduqda, onları aradan qaldırmaq əvəzinə başqalarının eyblərini aşkara çıxarıb böyüdər. Yəni, bu, təkcə mənim eybim deyil, başqalarının nöqsanları məndən də çoxdur. Mənim eyb və nöqsanlarım olduqca az və cüz’idir. Beləliklə, onlar özlərinə bəraət qazandırıb rahatlıq hiss edərlər. Təbii ki, belə bir səbəb üzündən başqalarının qeybətini edən şəxslər günahlarının üzərinə bir günah da artırmış olurlar. Çünki hər bir şəxs öz əməllərinə görə məs’uliyyət daşıyır və başqalarının ondan daha çox günah etdiklərini bəhanə gətirib tövbə edərək səhvlərini düzəltməkdən boyun qaçıra bilməz. Bu səbəbdən də etdiyi əvvəlki günah olduğu kimi qalır və başqalarının qeybətini etməklə günahlarının üzərinə bir günah da gəlir.

2. F ə xr;

İnsanlardan bə’ziləri camaatın eyb və nöqsanlarını başqalarının yanında aşkar etməklə onları təhqir edir, özlərini isə yüksək əxlaq və fəzilət sahibi göstərmək istəyirlər. Məsələn deyirlər: Filan şəxs heç nəyi düşünüb daşınmaz. Beləliklə o, özünün ağıl və dərrakə sahibi olduğunu və belə bir mənfi xüsusiyyətə malik olmadığını sübuta yetirmək istəyər. Hərçənd dinləyicinin zehnində o, fəzilət və dərrakə sahibi kimi deyil, xudpəsənd və özünü öyən təkəbbürlü şəxs kimi canlanır.

3. M ə sx ə r ə v ə istehza;

Qeybət olunan məclislərin bir çoxunda başqalarının eyb və nöqsanlarını aşkara çıxarmaqdan ən başlıca məqsəd onları məsxərə və istehza etməkdir. Bu haqda 27-ci dərsdə ətraflı söhbət açacağıq.

4. H ə s ə d;

Qeybətə səbəb olan amillərdən biri də həsəddir. İnsan özünü başqalarından zəif və bacarıqsız gördükdə onda həsəd hissi baş qaldırır. O, başqalarında eyb və nöqsan axtarmaqla onların mövqeyini kiçiltməyə və özü haqda müsbət fikir yaratmağa və başqalarının nəzərində ucalmağa çalışır.

5. Ba ş qalar ı il ə h ə mr ə ’ylik;

Yaxın dost və tanışların iştirak etdikləri məclislərdə adətən kimlərinsə yaxşı və ya pis xüsusiyyətlərindən söhbət açılır. Məclis iştirakçıları bir-biri ilə həmsöhbət olmaq üçün müxtəlif mövzular ətrafında söhbət açır, bə’zən də onlarla səmimi ünsiyyət yaratmaq və ya keflərini açmaq üçün kimlərinsə qeybətini edirlər. Onlar belə güman edirlər ki, əgər məclis iştirakçıları ilə qaynayıb-qarışmasalar, onlardan inciyəcək və özlərindən uzaqlaşdırmaq istəyəcəklər. Halbuki ünsiyyət və həmrə’ylik haram işlərə yol verilmədən bərqərar olunmalıdır. Bir sözlə, başqalarının razılığını əldə etmək üçün Allahın qəzəb və narazılığına yol verilməməlidir. Qur’ani-Kərim günahkarla ünsiyyətdə olmaq nəticəsində Cəhənnəm əhlinin böyük əzaba düçar olduqlarını onların öz dilləri ilə belə bəyan edir:

«Onlar cənnətdədirlər: Bir-birindən soruşacaqlar

Günahkar barəsində [və sonra həmin günahkarlara müraciət edib belə deyəcəklər]:

Sizi Cəhənnəmə salan nədir?

Onlar deyəcəklər: Biz namaz qılanlardan deyilik;

Yoxsulu da yedirtməzdik;

Batilə dalanlarla birlikdə biz də dalardıq.» (Müddəsir 40-45)

6. T ə hl ü k ə nin qar şı s ı n ı almaq;

Bə’ziləri başqalarının onun haqda nə isə xoşagəlməz bir söz deyəcəyini ehtimal verib onların söylədiklərini e’tibarsız etmək və ya təhlükənin qarşısını almaq üçün onların eyb və nöqsanlarını aşkar etmək istəyirlər. Belə ki, şəxs onun haqda bir söz demək istərkən söylədikləri dinləyici üçün heç bir əhəmiyyət kəsb etməmiş olsun.

7. T əə cc ü b;

Günah və xoşagəlməz şeylər haqda söz düşdükdə, bə’zi şəxslər qeybət bəhanəsi ilə sanki eşitdiklərindən təəccüblənib deyərlər: Ondan bu işi gözləmək olmazdı. Çünki, əgər qeybət bəhanələri olmasaydı, həmin şəxsin adını çəkmədən öz nigarançılıqlarını bildirərdilər. Digər tərəfdən də günaha düçar olmaq təəccüb və heyrətə səbəb olursa, qeybət də böyük günahlardan hesab olunur və təbii ki, onun bu hərəkəti də başqalarını heyrətləndirəcəkdir.

8. R ə hm.

Bə’ziləri başqalarının eyb və nöqsanlarından və ya günaha mürtəkib olduqlarından söz düşdükdə, ürək yanğısı ilə deyərlər: Günaha düçar olduğu üçün onun halına ürəyim yanır. Qeybət edən şəxs hər şeydən əvvəl diqqət yetirməlidir ki, onun halı daha çox acınacaqlıdır. Çünki əvvəla onun özü heç də eyb və nöqsansız deyil və bunu deməklə özü qeybət etmiş olur. Digər tərəfdən isə mö’min bir şəxsi təhqir etməklə başqa bir günaha düçar olmuş olur.

QEYB Ə T İ N İ ST İ SNA HALLAR I

Qeybət böyük günahlardan hesab olunsa da istisna olaraq bə’zi hallarda bu işə icazə verilir:

1. Ş ikay ə t;

Haqqı tapdanılan şəxs şikayət üçün qazinin yanına getdikdə ona qarşı olunan zülm və ədalətsizlikləri olduğu kimi deməli və təcavüzkarı ona tanıtdırmalıdır. Əks təqdirdə, heç bir lazımı tədbir görmək mümkün olmayacaq. Belə bir halda şikayətçinin yeganə çıxış yolu təbii ki, həmin şəxsin qeybətini etməkdir. Nisa surəsinin 148-ci ayəsində bu haqda deyilir:

«Allah pis sözün açıq, ucadan deyilməsini sevməz. Yalnız zülm olunmuş şəxslər müstəsnadır. Allah hər şeyi eşidən və biləndir!»

Bu halda haqq-ədalətin bərqərar olunması və təcavüzkarların öz layiqli cəzalarına çatmaları üçün Allah-taala qeybətə icazə verir. Çünki bu kimi hallarda qeybət yasaq olunarsa, zülm və ədalətsizliyə mə’ruz qalan şəxslər nə öz haqqını tələb edə bilər, nə də təcavüzkarlar öz layiqli cəzalarına çatarlar.

2. M ə sl ə h ə t v ə m əş v ə r ə t;

İnsan bir çox hallarda başqalarından məsləhət almağa və ya ictimai, ailə, məişət və s. bu kimi mühüm məsələlərdə ona yol göstərmələrinə ehtiyac duyur. Məsələn, ailə qurmaq istədikdə nəzərdə tutduğu şəxsi tanıyanlardan onun haqda mə’lumat əldə etmək istəyir və ya bir şəxsə hər hansı bir vəzifə tə’yin etdikdə dost-tanışlarından onun kimliyini öyrənmək istəyirlər. Bu kimi hallarda qeybətin olunmaması ağır və xoşagəlməz nəticələr verə bilər. Yə’ni, bu kimi hallarda nəzərdə tutulan şəxsin kimliyi və çatışmazlığı barədə lazımi mə’lumatlar vermək heç də qeybət hesab olunmur. Çünki ümumi kütlənin mənafeyi fərdi mənafedən daha önəmlidir və bu iki şey bir-biri ilə üzləşdikdə ümumi mənafe ön plana çəkilir.

3. X ə b ə rdarl ı q;

Hər hansı bir şəxs və ya dəstənin cəmiyyətdə törətdiyi fitnə-fəsadları müşahidə etdikdə, cəmiyyətin sağlam təbəqəsinin onlara meyl etmələrinin qarşısını almaq üçün onların aşkara çıxarılması məqsədilə deyilən sözlər qeybət xarakteri daşısa da zəruri hallardan hesab olunur. Bu iş islam cəmiyyətinin rifahı naminə olduğu üçün qeybət (günah) hesab olunmur.

Peyğəmbər (s) bu haqda buyurur: Fasiq insanların nalayiq işlərini aşkara çıxarmırsınız ki, camaat onları tanımasın? Onların gördüyü nalayiq işləri ifşa edin ki, camaat onlardan uzaq olsun.

4. Fitn ə -f ə sad ı n qar şı s ı n ı almaq;

Cəmiyyətin əxlaq və sağlam əhval-ruhiyyəsinin qorunub saxlanılması üçün mövcud olan və öz fəaliyyəti ilə cəmiyyətdə fitnə-fəsada, sabitsizliyə səbəb olan bütün xoşagəlməz tərzi-təfəkkürə, qruplaşmalara qarşı son dərəcə ayıq olmalı və onların qərəzli fəaliyyətləri haqda camaata və ya məs’ul şəxslərə mə’lumat vermək lazımdır. Bu qeybət xarakteri daşısa da cəmiyyətin rifahı naminə olduğu üçün günah hesab olunmur.

5. A ş kar etm ə k v ə m ö ’t ə dillik;

Qeybətin istisna olunduğu hallardan biri də hədis rəvayət edən şəxslər və məhkəmədə şəhadət verən şahidlərə aiddir. Belə ki, hədislərin mö’təbərliyinin qorunub saxlanılması və şahidlər (qəzavət-mühakimə) məsələlərində verdikləri ifadələrin doğruluğunun qəbul olunması üçün onların kimliyi bəlli olmalıdır. Bunun üçün isə yeganə yol onların əxlaqi xüsusiyyətlərinin araşdırılması, eyb və nöqsanlarının üzə çıxarılmasıdır. Bu kimi hallarda da onların mənfi xüsusiyyətləri haqda danışmaq qeybət hesab olunmur.

6. M əş hur l ə q ə b;

Cəmiyyətdə bə’zi şəxslərlə rastlaşırıq ki, öz həqiqi adları ilə deyil, malik olduqları xüsusiyyətlərə görə müxtəlif ləqəblərlə çağırılır və zaman keçdikcə bir çoxları onları qondarma ləqəbləri ilə tanımağa başlayır. Ilk dəfə belə xoşagəlməz ləqəbləri başqalarına verən şəxslər günah etsələr də sonralar adi hal aldığı üçün bu iş başqaları üçün qeybət hesab olunmur.

7. Bid’ ə t ç il ə r;

Camaatı dindən uzaq salmaq istəyənləri hamıya tanıtdırmaq nəinki qeybət deyil, hətta hər bir müsəlmanın üzərinə düşən dini vəzifədir. Hər bir müsəlman hər şeydən əvvəl onların fəaliyyətlərinin qarşısını almalı və öz müsəlman bacı və qardaşlarının haqq yoldan uzaq düşmələrinə yol verməməlidir.

Peyğəmbərdən (s) nəql olunmuş hədisdə deyilir: Bidətçilərdən uzaq olmağa çalışın, qarşılaşdığınız zaman onları xoşagəlməz sözlərlə təhqir edin.

8. Poz ğ un şə xsl ə r.

Nəql olunmuş rəvayətlərdə qeybət olunmasına icazə verilən şəxslər açıq-aşkar günah edən və heç nədən çəkinmədən pozğunçuluğa yol verən kəslərdir.

Peyğəmbər (s) onlar haqda buyurur: Bu üç şəxsin qeybəti haram deyil: Özbaşınalar, açıq-aşkar günah edən şəxslər və zalım rəhbərlər.

Etdiyi günahı heç nədən çəkinmədən aşkar edən şəxslərin qeybəti haram deyil.

QEYB Ə T Ə QULAQ ASMAQ

Qeybət etmək böyük günahlardan sayıldığı və qeybət edən şəxs Allahın qəzəbinə gəldiyi kimi, qeybətə qulaq asmaq da haram və böyük günahlardan hesab olunur.

Peyğəmbər (s) bu haqda buyurur: Qeybətə qulaq asan şəxs qeybət edənlər kimidir.

İmam Sadiq (ə) buyurur: Qeybət küfr kimi (böyük) ağır günah, qeybətə qulaq asmaq və deyilənlərdən razı qalmaq isə şirk ilə bərabərdir.

Bu məzmunda nəql olunmuş digər rəvayətlərdə mö’minlərin qeybəti olunarkən imkan daxilində onları müdafiə etməyə tövsiyə olunur.

Peyğəmbər (s) bu haqda buyurur: Iştirak etdiyi məclislərdə qeybəti olunan mö’min qardaşlarını müdafiə edən şəxsləri Allah-taala min xoşagəlməz hadisədən qoruyar.

Onları müdafiə etməyə qadir olmadıqda isə hökmən həmin məclisləri tərk etmək lazımdır.