Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
İslamda ədəb qaydaları (1)
Dost və yoldaş

Hər bir insan yaşadığı cəmiyyətdə təbii olaraq, kimlərləsə dostluq edir, gediş-gəliş əlaqələri yaradır və səmimi münasibətlər bərqərar edir. O, əlaqə yaratdığı şəxslərlə fikir mübadiləsi edir, qarşılaşdığı çətinliklərdə onlarla məsləhətləşir, özünün və onların ehtiyaclarının aradan qaldırılmasında müxtəlif tədbirlərə əl atır. Nəhayət onlara lazımı köməklik göstərir.

İslam dininin dostluq əlaqələrinin bərqərar olunmasına və dostlar arasında səmimiyyətin güclənməsinə böyük əhəmiyyət vediyi haqda əvvəlki dərslərimizdə söhbət açdıq. Qur’ani-Kərimin bir çox ayələrində və Əhli-beyt (ə)-dan nəql olunmuş hədis və rəvayətlərdə dəfələrlə bu mətləbə toxunulmuş və bu haqda dəyərli məsləhətlər verilmişdir. Əli (ə) bu haqda buyurur: Dostu, sirdaşı olmayan kəslər heç nə əldə etməmişlər.

Dostlar müxtəlif bədənlərdə vahid ruhdurlar.

Lakin islam, dostluğa ləyaqəti olmayan şəxslərlə dostluq etməyi məsləhət görmür. Yaxın dost insana yaxın qohumlardan daha yaxın olduqda təbii ki, ona başqalarından daha çox tə’sir göstərəcəkdir.

Peyğəmbər (s) buyurur: İnsan, dostunun dinində olur. Elə isə kiminlə dostluq etdiyinizə diqqət yetirin. Yə’ni, insan dostluq etdiyi şəxsin tə’siri altına düşür. Bə’zən onun müsbət xüsusiyyətlərindən bəhrələnir, bə’zən də mənfi xüsusiyyətlərindən zərər çəkir.

İnsanları dostluq etdiyi şəxslərlə tanıyın. Çünki hər bir şəxs xoşuna gəldiyi kəslərlə dostluq edər.

Əli (ə) buyurur: Hər bir adam öz səviyyəsində olan şəxslərə doğru meyl edir».

Başqa bir hədisdə buyurur: Yaxşı insanlarla yalnız özləri kimi əməlisaleh şəxslər, fasiq və nadanlarla da günahdan çəkinməyən kəslər dostluq edər.

Nəql olunmuş rəvayətlərin məzmunundan belə bir nəticəyə gəlmək olar ki, hər bir insan özünə dost və yoldaş seçdiyi zaman hər şeydən əvvəl onun kimliyinə və xüsusiyyətlərinə diqqət yetirməlidir.

Bu dərsimizdə Qur’an ayələrindən və mə’sum imamlardan (ə) nəql olunmuş rəvayətlərdən istifadə edərək dostluğa seçilən şəxslərin ən başlıca xüsusiyyətləri haqda söhbət açacağıq.

Növbəti dərsimizdə isə kimlərin dostluğa layiq olmadıqları haqda danışacağıq.

1.Allah-taala Qur’ani-Kərimdə iki yerdə daim Onu yad edən kəslərlə dostluq etməyi tövsiyə edir:

«[Ya Rəsulum!] Rəbbinin camalını diləyərək səhər-axşam Ona dua edənləri yanından qovma...». (Ən’am-52)

«Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbrli apar [nəfsini qoru]...» (Kəhf-28)

2. Peyğəmbər (s) alicənab şəxslərlə dostluq etməyi tövsiyə edərək buyurur:

İnsanların ən xoşbəxti o kəsdir ki, alicənab şəxslərlə əlaqə saxlamış olsun.

3. Başqa bir hədisdə Peyğəmbər (s) təqvalı və pərhizkar insanlarla yoldaşlıq etməyi tövsiyə edir: «O kəslərlə dostluq edin ki, onları görməklə Allahı yada salasınız və onların söylədikləri şeylər və gördükləri hər bir iş sizlərə axirəti xatırlatsın».

4. İmam Həsən Əskəri (ə) imam Səccad (ə)-dan nəql etdiyi hədisdə insanların tanınması üçün lazım olan me’yarları ətraflı izah edir. İnsanların xüsusiyyətlərini tanımaq üçün bu me’yarlar olduqca lazım və faydalıdır.

İmam Zeynəlabidin (ə) buyurur: İnsanların zahiri davranışlarında təvazökarlıq, zahidlərə xas olan davranış gördükdə onlara məftun olmayın. Çünki insanların bir çoxu aciz, qorxaq və zəif iradəli olduqları üçün haram mal yeyər və mümkün qədər çox dünya malı əldə etmək istəyər. Bunun üçün də camaatı aldatmaq məqsədilə dinlərindən tələ kimi istifadə edər və bir çoxlarını öz zahiri rəftarları ilə özlərinə cəlb edərlər. Qarşılaşdıqları bütün haram işləri bacardıqları qədər yerinə yetirər və haram bataqlığında qərq olarlar. İnsanların haramdan göz yummaları da sizləri aldatmasın. Çünki insanların nəfsani istək və tələbləri bir-birindən fərqli olur. İnsanların bir çoxu bə’zən haram yeməkdən çəkinsələr də lakin nəfsləri onları digər günahlara vadar edər və bu yolla harama düçar olarlar. Onların bütün bunlardan da çəkindiklərini görüb hansı əqidəyə yiyələndiklərini bilməyincə, yenə də onlara aldanmayın. Çünki insanların bir çoxu haram işlərdən çəkinsələr də sağlam əqidə və təfəkkür tərzinə yiyələnməzlər. Bu səbəbdən də islah olmaq əvəzinə bir çox hallarda nadanlıq üzündən haqq yoldan uzaq düşərlər. Onların sağlam əqidəyə yiyələndiklərini görüb yenə də aldanmayın. Baxın görün onlar öz nəfslərinə qalib gələ bilmişlər, ya nəfsləri onları özünə əsir etmişdir? Baxın görün onların təqva və pərhizkarlıqları batil əqidəyə hansı münasibət bəsləyir. Çünki insanların bir çoxu həm dünya, həm də axirətlərini itirmişlər. Onlar batil hakimiyyətin sərvət və halal ne’mətlərdən üstün olduğunu güman edərək, dünyanı dünyaya xatir tərk etmişlər və bu ayəyə əsasən — «Onlara “təqvalı olun” deyildikdə təkəbbür onları günaha sürükləyir. Cəhənnəm onların məskəni olacaqdır. Ora necə də pis yerdir» onlar gecənin zülmətində heç nəyi görmədən zəlalətə doğru gedərlər və ilk batil istəkləri onları uçuruma sürükləyər. Allah-taala da onlara tövbə edib təqvalı olmadıqları təqdirdə haqdan uzaq düşüb tüğyan etməkdə köməklik edər. Belə olduğu təqdirdə onlar Allahın haramını halal, halalını da haram edər.

Onlar istədiklərinə nail olduqda (yüksək məqama çatdıqda) dinlərini nə qədər itirsələr də heyfislənməzlər. Onlar Allahın qəzəbinə gələn, Onun lə’nət etdiyi və [axirətdə] böyük əzaba düçar edəcəyi kəslərdir.

Lakin kamil insan o kəsdir ki, bütün istək və arzuları Allahın əmrinə tabe olmuş olsun. Bütün iste’dad və bacarığını Allahın razılığını əldə etmək üçün sərf edər. O haqq yolunda bütün çətinliklərə sinə gərməyi hər şeydən üstün tutar və bilir ki, haqq yolunda çətinliklərə dözüb sinə gərmək onu əbədi ne’mətə [axirət dünyasına] hidayət edəcəkdir.

Bir çox nəfsani istəklər isə onu sonu bilinməyən əzaba sürükləyəcəkdir. Belələri insanların ən təqvalı və ən xeyirlisidir. Onların tutduqları yolu gedin və onların vasitəsilə Allaha təvəssül edin. Çünki Allah onların dualarını geri qaytarıb arzularını nakam qoymur».

Göründüyü kimi imam Səccad (ə) zahiri davranışı, günah və haram şeylərdən çəkinməyi həqiqi təqva sahibinin və kamil insanın tanınması üçün əsas me’yar hesab etmir. Yeganə me’yar varsa, o da insanın nəfsani istəklərinə qalib gəlib, günah və Allahın haram etdiyi şeyləri özünə haram etməsi, Onun razılığını əldə etmək üçün haqq yolunda bütün çətinliklərə sinə gərməsidir. Bu işdə nümunəvi və yollarını davam etdirməli şəxslər varsa, o da məhz bu xüsusiyyətlərə malik olan kəslərdir.

5. Peyğəmbər (s) başqa bir hədisdə yoxsullar və hikmət sahibləri ilə yoldaşlıq etməyi tövsiyə edir: [Bilmədiklərinizi] alimlərdən soruşun və hikmət sahibləri ilə ünsiyyətdə olub yoxsullarla həmsöhbət olun.

Başqa bir hədisdə Əli (ə) buyurur: Hikmət sahibləri ilə yol yoldaşı, alimlərlə həmsöhbət olun. Dünyadan uzaq olun ki, cənnəti özünüzə məskən edəsiniz.

Ən çox xeyir və dəyərli məsləhətlər hikmət və düşüncə sahibləri ilə ünsiyyətdə olmaqla əldə olunur.

6. İmam Həsən Müctəba (ə) xütbələrinin birində öz səhabəsi Cünadə ibn Əbi Ümeyyəyə başucalığı gətirəcək və onların vasitəsilə çatışmazlıqlarını aradan qaldıra biləcək şəxslərlə ünsiyyətdə olmağı tövsiyə edir: Ünsiyyətdə olmaq istərkən o kəsləri özünə dost və yoldaş seç ki, onlarla dostluq etmək sənə vüqar və başıucalıq gətirsin. Onlara xidmət etdikdə şəxsiyyətini qiymətləndirsin, bir söz dedikdə söylədiklərini təsdiq edib, onlara xeyir əlini uzatdıqda yardım etsinlər. Hər hansı bir çatışmazlığını gödükdə göz yumsun, gözəl rəftar və ya xüsusiyyət gördükdə isə qiymətləndirməyi bacarsın. Bir şey istədikdə səxavətli və əliaçıq olsun, ehtiyac duyduğun, lakin ondan istəmədiyin şeyləri ixtiyarına qoysun və nəhayət [səndən] xoşagəlməz rəftar gördükdə inciməsin.

7. Həqiqi dostluq odur ki, dostlar bir-birinin eyb və nöqsanlarını gizlədib, qarşılıqlı olaraq müsbət xüsusiyyətlərindən bəhrələnə bilsinlər. Sadiq dostlar daim bir-birinin çətinliklərini aradan qaldırmağa çalışar və yalnız tə’rif, hörmət və ehtiram məqsədilə dostluq etməzlər.

İmam Baqir (ə) bu haqda buyurur: O kəslərlə dostluq et ki, səni ağladar, lakin xeyirini istər. Güldürüb aldatmaq istəyən şəxslərdən isə daim uzaq olmağa çalış. Bilin ki, tezliklə hamı Allaha tərəf qayıdacaq və orada hər şeydən agah olacaqsınız.

İmam Cə’fər Sadiq (ə) buyurur: Dostların arasında hamıdan çox sevdiyim o kəslərdir ki, eyb və nöqsanlarımı mənə hədiyyə etmiş olsunlar.

İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə diqqəti cəlb edən məsələlərdən biri də bundan ibarətdir ki, verilən hədiyyələr insana sevinc bəxş etdiyi kimi, sadiq dostların bir-birinin eyb və nöqsanlarını xatırlamaları da onlara sevinc bəxş etməlidir.

Ötən dərsdə qeyd etdik ki, insan özünə dost seçdiyi zaman onların əxlaq və davranışlarına, şəxsiyyət və kimliyinə diqqət yetirməlidir. Deməli o kəslərlə dostluq etməliyik ki, ilk növbədə mə’nəvi inkişafımıza və yaşadığımız cəmiyyətdə başucalığımıza səbəb olsunlar. Bu dərsdə Əhli-beytin (ə) bizlərə kimlərlə dostluq etməmək barədə buyurduğu tövsiyələr haqda söhbət açacağıq.

Hər şeydən əvvəl bilmək lazımdır ki, insan Allah-taala tərəfindən heç də mütləq şəkildə azad və muxtar bir varlıq kimi öz ixtiyarına buraxılmamışdır. Bu səbəbdən də o, istədiyi şəxslərlə ünsiyyət yaradıb öz əlaqələrini istədiyi kimi bərqərar edə bilməz.

İmam Zeynəlabidin (ə) bu haqda buyurur: Heç də elə deyil ki, insan istədiyi şəxslərlə ünsiyyətdə olub onlarla dostluq əlaqələri bərqərar edə bilsin. Çünki Allah-taala buyurur:

«[Ya Rəsulum!] Ayələrimizi istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir. Əgər Şeytan [bu qadağan əmrini] sənə unutdursa, xatırlayandan sonra o zalim tayfa ilə bərabər oturma.». (Ən’am-68)

Və heç də belə deyil ki, insan istədiyi hər bir şeyi dilinə gətirib iqrar etsin. Çünki Allah-taala buyurur:

«[Ey insan!] Bilmədiyin bir şeyin ardınca getmə [bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə]...» (İsra-36)

Peyğəmbər (s) bu haqda buyurur: Allahın rəhməti şamil olsun o kəslərə ki, özü və başqaları bəhrələnsin deyə, danışdığı hər bir söz xeyirli olsun və ya [özünə və başqalarına zərər yetirməsin deyə] sükutu hər şeydən üstün tutsun.

Və heç də belə deyil ki, insan istədiyi hər bir şeyə qulaq assın. Çünki Allah-taala buyurur:

«...Çünki, qulaq, göz və ürək—bunların hamısı [sahibinin etdiyi əməl, dediyi söz barəsində] sorğu-sual olunacaqdır».

Bunu da nəzərdən qaçırmamalıyıq ki, haram işlərdən çəkinməyən və günah etməyə adət edən şəxslərlə ünsiyyətdə olmaq qısa bir zamanda bizə də öz mənfi tə’sirini göstərəcək və onlar kimi bizim də qəlbimizi qaraldıb ilahi əzaba düçar edəcək.

Tarixdə deyilir: İmam Rza (ə)-ın yaxın səhabələrindən olan Süleyman Cə’fəri nəql edərək deyir: Bir gün imam Rza (ə) atama dedi: Nə üçün Əbdürrəhman ibn Yə’qub ilə gediş-gəliş edirsən? Atam dedi: O, mənim dayımdır. İmam Rza (ə) buyurdu: O, Allah vəsf olunmadığı bir halda Allahın vəsf və məhdud olduğu haqda xoşagəlməz fikirlər irəli sürür. Atam dedi: Onun dediklərindən mənə nə, mən ki, bu əqidədə deyiləm. İmam Rza (ə) atamın cavabında buyurdu: Qorxmursanmı ki, onun üçün nazil olan bəla sizə də şamil olsun? Atası Fir’onun tərəfdarlarından olan Musa (ə)-ın səhabələrindən birinin əhvalatını eşitmisənmi? Fir’onun qoşunu Musa (ə) və ona iman gətirmiş şəxsləri tə’qib edərkən o, atasına nəsihət etmək və onu da özlərinə qoşmaq üçün Fir’onun dəstəsinə tərəf gəldi. Atası onu gördükdə onunla müxalifət edib özündən uzaqlaşdırdı. Beləliklə onlar dəryaya yaxınlaşdılar. Elə bu zaman ilahi əzab nazil oldu və onların hər ikisi [Fir’onun qoşunu ilə birlikdə] dənizdə boğuldu. Musa (ə) bundan xəbər tutduqda Cəbrail (ə)-dan onun aqibətini soruşdu. Cəbrail (ə) buyurdu: Qərq oldu, Allah rəhmət etsin. Onun əqidəsi atasından tam fərqli idi, lakin ilahi əzab nazil olduqda günahkarların kənarında olan kəslər nicat tapmazlar.

Indi isə dostluğa layiq olmayan şəxslər haqda nazil olmuş Qur’an ayələrinə və mə’sum imamlardan nəql olunmuş rəvayətlərə nəzər salaq:

1. Birinci dəstəyə Qur’an ayələrinə və dinə istehza ilə yanaşan şəxslər aiddir. Dərsin əvvəlində imam Səccad (ə)-dan nəql olunan rəvayətdə Ən’am surəsinin 68-ci ayəsini buna misal çəkmək olar. Göründüyü kimi burada Allah-taala mö’minləri Qur’an ayələrini istehza edən şəxslərlə dostluq münasibətlərində olmağı qətiyyətlə qadağan edir. Maidə surəsinin 57-ci ayəsində də kafir və dini məsxərə edən şəxslərlə dostluğun qətiyyətlə qadağan olunduğu göstərilir:

«Ey iman gətirənlər! Sizdən əvvəl kitab verilmiş olanlardan dininizi oyun-oyuncaq hesab edənləri və kafirləri özünüzə dost tutmayın...»

2. Ikinci dəstəyə aid olanlar Peyğəmbər (s) və mə’sum imamlara (ə) töhmət və tə’nə vuran kəslərdir.

Həzrət Məhəmmədə (s) peyğəmbərlik verildiyi ilk illərdə Hicaz bütpərəstlərindən olan Üqbə ibn Əbi Muit adlı bir şəxs var idi. O, müşrik və bütpərəst olmasına baxmayaraq, olduqca qonaqpərvər idi. Bir gün Peyğəmbər (s) onun evinin kənarından keçdiyi zaman nahara də’vət edir. Peyğəmbər (s) ayaq saxlayıb buyurdu: Səninlə yalnız o zaman bir süfrə arxasında əyləşərəm ki, islamı qəbul edib müsəlman olasan. Üqbə, Peyğəmbərin (s) süfrə arxasında oturmaq üçün onun qarşısına belə bir şərt qoyduğunu görüb kəlmeyi-şəhadətini deyib müsəlman oldu. Üqbənin Ubeyy adlı başqa bir dostu da var idi. Üqbənin müsəlmanlığı qəbul etməsi xəbərini eşidib olduqca narahat oldu və əsəbi halda onun yanına gəlib bir xeyli danlayaraq dedi: Sən öz dinindən çıxırsan? Üqbə cavabında dedi: Elə bir şəxs mənə qonaq oldu ki, müsəlman olmasaydım, süfrəmin kənarında oturmağa razı olmazdı. Ubeyy dedi: Indi ki, belədir, mən öz dotluğumu səninlə kəsirəm. Əgər dostluğumuzun davam etməsini istəyirsənsə, öz dininə qayıdıb Peyğəmbərə töhmət vurmalısan. Ubeyy çox israr etdikdən sonra Üqbə onun dediyi kimi edir, islam dinindən xaric olur və «Bədr» döyüşündə müsəlman fədailəri tərəfindən qətlə yetirilir. Ubeyy isə bir il sonra «Ühüd» döyüşündə qətlə yetirilir. Beləliklə hər ikisi müşrik olduqları halda dünyalarını dəyişirlər.

Furqan surəsinin 27-29-cu ayələrində Üqbənin aqibəti belə bəyan edilir:

«O gün zalim [küfrə düşməklə özünə zülm edən, peşmançılıqdan] əllərini çeynəyib deyəcəkdir: Kaş ki mən Peyğəmbər vasitəsilə [özümə] doğru bir yol tutaydım;

Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim;

And olsun ki, Qur’an mənə gəldikdən sonra məni ondan [Qur’ana iman gətirməkdən] o sapdırdı. Şeytan insanı [yoldan çıxartdıqdan, bəlaya saldıqdan sonra] yalnız buraxar [zəlil, rüsvay edər]».

Ayələrin məzmununa nəzər saldıqda fasiq insanların dostluqda qoyduqları mənfi tə’sir açıq-aşkar bəlli olur.

Göründüyü kimi burada bir daha Peyğəmbərə (s) müsbət münasibət bəsləməyən şəxslərlə dostluq əlaqələrinə son qoyulmasına əmr olunur.

İmam Cə’fər Sadiq (ə) bu haqda buyurur: Nasibilərlə ünsiyyətdə olduğun və ya onların məclislərində iştirak etdiyin zaman özünü elə apar ki, sanki səni qaynar daşın üzərində oturtmuşlar (yə’ni, mümkün qədər onların məclislərini tez tərk etməyə çalış). Çünki Allah-taala onları lə’nətləmiş və nifrin etmişdir. Mə’sum imamlar (ə) haqda xoşagəlməz sözlər söylədikdə tez onların məclislərini tərk edin. Çünki Allah-taala elə həmin an onlara bəla nazil edər.

İlahi övliyaları təhqir edib onlara xoşagəlməz sözlər deyən şəxslərlə eyni məclisdə iştirak etmək günah və Allaha itaətsizlik sayılır.

Allaha və axirət gününə iman gətirən şəxs mə’sum imamlara və mö’minlərə eyb və nöqsan tutulan, onların ünvanına xoşagəlməz sözlər deyilən məclislərdə iştirak etməməldir.

3. Üçüncü dəstəyə aid olan şəxslər dinin əsaslarına şəkk ilə yanaşanlar və bid’ətçilərdir.

Peyğəmbər (s) bu haqda buyurur: Məndən sonra dinə şəkk ilə yanaşanlara və bid’ətçilərə qarşı öz nifrət hissinizi aşkar edin. Tənqid və təhqir etməklə onların cavabını verin ki, dində fitnə-fəsad törətməyə və insanları dindən uzaqlaşdırmağa cəsarət etməsinlər. Allah-taala sizin üçün böyük mükafatlar və axirət dünyasında yüksək məqamlar nəzərdə tutmuşdur.

İmam Cə’fər Sadiq (ə) buyurur: Bid’ətçilərlə ünsiyyətdə olub məclislərində iştirak etməyin ki, camaat sizi onlardan biri hesab edər.

Peyğəmbər (s) buyurur: Hər bir şəxs özünə layiq şəxslərlə dostluq və yoldaşlıq edər.

4. Dördüncü dəstəyə aid olanlar fasiq və günahkarlar, Allahın hökm və əmrindən çıxan şəxslərdir.

Əli (ə) buyurur: Müsəlman bir şəxsə fasiq və dinsiz adamlarla dostluq və qardaşlıq münasibətləri bərqərar etmək yaraşmaz. Çünki onun gördüyü bütün işlər öz nəzərində gözəl və tə’rifəlayiqdir. Bunun üçün də dostluq etdiyi əməlisaleh müsəlmanında özü kimi olmasını istər. Nə dünya, nə də axirətdə onun müsəlmana bir xeyiri dəyməyəcəkdir. Əksinə, vaxtaşırı müsəlmanın yanına gediş-gəliş etməsi ona rüsvayçılıqdan savayı bir şey nəsib etməyəcəkdir.

İmam Cə’fər Sadiq (ə) bu haqda buyurur: Müsəlmanlara [tərk etməyə qadir olduqları təqdirdə] haram məclislərdə iştirak etmək yaraşmaz.

Əli (ə) buyurur: Əməlisaleh insanların fasiqlərlə ünsiyyətdə olmaları camaatda əməlisaleh şəxslər haqda yanlış təsəvvür yaranmasına səbəb olur. Əməlisaleh şəxslərin bir-biri ilə ünsiyyətdə olması isə fasiqləri əməlisaleh və xeyirxah insanlara yaxınlaşdırır. Əməlisaleh insanların günahkarlarla ünsiyyətdə olması onları günahkarlara daha da yaxınlaşdırır. Hansı dinə mənsub olduğunu bilmədiyiniz bir şəxs sizinlə [qısa bir zamanda] ünsiyyətdə olduğu zaman onun yoldaşlıq etdiyi şəxslərin kimliyinə diqqət yetirin. Əgər ilahi dində olarlarsa, bilin ki, o da dindar və iman sahibidir. Yox əgər ilahi dinlərdən uzaq olarlarsa, bilin ki, o da dindən heç bir bəhrə əldə edə bilməyib.

Peyğəmbər (s) buyurur: Allaha və axirət gününə iman gətirən şəxs kafirlərlə dostluq etməz, fasiqlərlə ünsiyyətdə olmaz. Kafir və fasiqlərlə dostluq və ünsiyyətdə olan şəxslər özləri kafir və fasiq olacaqlar.

Başqa bir hədisdə buyurur: Fasiqlərlə ünsiyyətdə olmaq pislik ardınca pislik gətirir. Yə’ni, onlarla ünsiyyətdə olduqda insanın özü də fasiq olacaqdır.

5. Beşinci dəstəyə aid olan şəxslər din, əxlaq, davranış və düşüncələrində nöqsan və çatışmazlıq olan kəslərdir. Onlar [dində] fitnə-fəsad törətməsələr də [fasiq olmasalar da] yalan, paxıllıq, vəfasızlıq, həyasızlıq kimi mənfi və xoşagəlməz xüsusiyyətlərə malik olarlar.

Əli (ə) bu haqda buyurur:

Müsəlman bu üç [xüsusiyyətə malik olan] şəxslərlə - yalançı, nadan və əxlaqsız adamlarla səmimi [qardaşlıq] münasibətdə olmamalıdır.

Həmçinin imam Baqir (ə) buyurur: Atam Əli ibn Hüseyn bir gün məni yanına çağırıb dedi: Oğlum, beş şəxslə ünsiyyətdə olmamağı sənə tövsiyə edirəm. Onlarla nə həmsöhbət ol, nə də yoldaşlıq et. Atamdan onların kim olduğunu soruşduqda buyurdu: Yalançılarla həmsöhbət olma. Onların söylədikləri hər bir söz ilğıma bənzər. Yaxını sənə uzaq, uzağı isə yaxın göstərər. Fasiqlərlə də ünsiyyətdə olmaqdan çəkin. Onlar səni bir tikə yeməyə və ya ondan da dəyərsiz bir şeyə satmağa hazır olarlar. Paxıllardan uzaq olmağa çalış. Çünki bir şeyə ehtiyac duyduğun zaman öz mallarını səndən əsirgəyərlər. Nadan və cahillərlə də ünsiyyətdə olma. Çünki onlar sənə xeyir vermək istəyərlər, lakin ziyan yetirərlər. Qohumluq əlaqələrini kəsən şəxslərdən də uzaq olmağa çalış. Çünki Allah-taala onları Öz kitabında [Qur’ani-Kərimdə] lə’nətləmişdir.

Sonra imam Baqir (ə) misal olaraq Məhəmməd surəsinin 22-23-cü, Rə’d surəsinin 25-ci və Bəqərə surəsinin 27-ci ayələrini tilavət etdi.

Dörd şey hədərə gedər, onlardan birincisi vəfasızlarla dostluqdur.

İmam Baqir (ə) buyurur:

Bu dörd şəxsdən - nadan, paxıl, qorxaq və yalançı adamlardan daim uzaq olmağa çalışın. Nadanlar sənə xeyir vermək istəyər, amma zərər yetirərlər, paxıllar daim səndən almaq istəyər, verməyə gəldikdə isə xəsislik edərlər, qorxaqlar (xətərlə üzləşdikdə) səni və öz doğma ata-anasını qoyub qaçmağa belə hazır olarlar. O ki, qaldı yalançılara, onlar düz danışsalar da dediklərinə inanma».