Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
İslamda ədəb qaydaları (1)
Əhdə vəfalı olmaq

«Dinin sütunlarından biri də əmanətə və əhdə vəfa etməkdir».

2.Qur’ani-Kərimin başqa bir ayəsində əhdə vəfa etmək əməli-saleh insanların xüsusiyyətlərindən biri kimi göstərilir:

«Yaxşı insanlar əhd-peyman bağladıqda ona vəfalı olarlar.» (Bəqərə-177)

Başqa bir ayədə Allah-taala həzrət Ismayıl (ə)-ı vəsf edərkən buyurur:

«[Ya Məhəmməd!] Qur’anda Ismaili də yada sal! O öz və’dinə sadiq və [Bizim tərəfimizdən öz ümmətinə] göndərilmiş bir peyğəmbər idi».(Məryəm-54)

Həzrət Ismayıl (ə)-ın peyğəmbərliyindən də əvvəl onun əhd-peymana sadiq olduğu göstərilir. Belə ki, nəql olunmuş rəvayətlərdən birində deyilir:

«Həzrət Ismayıl (ə) günlərin bir günü onunla görüşmək istəyən bir şəxslə görüş yeri tə’yin edir. O Həzrət və’dinə əməl edərək hər gün həmin yerə gedir və o şəxsi gözləyir. Lakin bir il ardıcıl getməsinə baxmayaraq, həmin şəxsi görə bilmir. Onu görənlər harada olduğunu və nə üçün və’dəsinə xilaf çıxdığını soruşurlar. Həmin şəxs nəhayət həzrət Ismayıl (ə)-ın yanına gəlib görüşü unutduğu üçün bu müddət ərzində gəlmədiyini bildirir. Həzrət Ismayıl (ə) təmkinlə onu dinləyib buyurur: And olsun Allaha! Əgər bu gündə gəlməsəydin, Qiyamət gününədək buraya gələcəkdim.

Bu əhvalatdan sonra Həzrət Ismayıl (ə)-a «Sadiqul və’d» (vədinə sadiq olan) ləqəbi verildi».

3. İmam Sadiq (ə)-dan nəql olunmuş rəvayətlərdən birində «əhdə vəfalı olmaq» hər bir müsəlmanın üzərinə düşən vəzifələrdən biri kimi göstərilir: «Mö’min mö’minin qardaşıdır. Göz təki ona yol göstərər və heç vaxt haqqını mənimsəyib xəyanət etməz. Və’də verdiyi zaman aldatmadan əhdinə sadiq qalar».

Əli (ə) buyurur: «Əhdə vəfalı olmaq sədaqətlə yanaşı olmalıdır. Və mən əhdə vəfadan möhkəm bir şey təsəvvür etmirəm. İnsan Allahın hüzuruna qayıdacağını bildiyi halda başqalarına qarşı necə hiylə işlədə bilər?!

Elə bir dövranda yaşayırıq ki, hiyləgərlik zirəklik hesab olunur və nadan insanlar bu şəxsləri zirək və bacarıqlı adlandırırlar. Görəsən onlar bundan nə kimi mənfəət əldə edirlər? Allah onları öldürsün! Şübhəsiz ki, [həqiqi] zirək və bacarıqlı insanlar hiyləgərliyin yolunu yaxşı bilirlər. Lakin ilahi yasaq və qadağalar onları bu işdən çəkindirir. Bunu bacarsalar da heç vaxt həyata keçirmirlər. Lakin dinlə heç bir əlaqəsi olmayan şəxslər öz gündəlik həyatlarında dəfələrlə bu çirkin işə əl atarlar».

Göründüyü kimi xütbədə «əhdə vəfalı olmaq» sədaqətlə eyni mə’na daşıyır, hiylə və məkr ilə tamamilə ziddiyyət təşkil etdiyi göstərilir. İman sahibləri verdikləri və’dəyə və bağladıqları əhd-peymana daim sadiq qalarlar. İmanı zəif olanlar, dinə inam və e’tiqadı olmayan şəxslər isə heç nədən çəkinmədən öz əhd-peymanlarına sadiq qalmaz və çox asanlıqla hər şeyi alt-üst etməyə hazır olarlar. Bu bir həqiqətdir ki, Allaha iman gətirmiş əməlisaleh şəxslər müxtəlif bəhanələrə əl atıb verdikləri və’dəyə əsla xilaf çıxmazlar. Bu səbəbdən də müşriklərin bağladıqları əhd-peymanlara riayət etməmələrinə baxmayaraq, həzrət Peyğəmbər (s) onların ardı-arası kəsilməyən təzyiqlərinə dözür və onlarla bağladığı əhd-peymanları pozmurdu. Nəhayət Tövbə surəsinin ilk ayəsi nazil oldu və müşriklərə çox ciddi xəbərdarlıq edildi:

«[Bu,] Allahdan və Onun Peyğəmbərindən saziş bağladığınız müşriklərə [onlarla olan əhdlərin pozulması, əlaqlərin kəsilməsi haqqında] xəbərdarlıqdır!». (Tövbə-1)

Tövbə surəsinin bu və sonrakı ayələri nazil olduqdan sonra bir neçə qəbilə istisna olmaqla, müsəlmanlarla müşriklər arasında bağlanılan əhd-peymanlara bir dəfəlik son qoyuldu.

4. Istər həzrət Peyğəmbər (s), istərsə də onun davamçıları olan mə’sum imamlar (ə) müsəlmanların bağladıqları əhd-peymanlara və öz və’dələrinə sadiq qalmalarına tə’kid etmiş və onların pozulmasına yol verməmələrini tövsiyə etmişlər. Peyğəmbər (s) bunu hətta münafiqlərin xüsusiyyətlərindən biri kimi qiymətləndirib buyurur: «Bu üç şey münafiqlərin xüsusiyyətlərindəndir:

1. Bir şey danışdıqları zaman yalan söyləyər;

2. Bağladıqları əhd-peymanı pozar;

3. Verilən əmanətlərə xəyanət edər.

Əli (ə) Malik Əştərə verdiyi göstərişlərin birində buyurur:

«Camaata və’də verdiyin zaman öz əhdinə sadiq qal. Çünki əhdə vəfa etməmək Allahla insanlar arasında düşmənçiliyə [insanların Allahdan uzaq düşmələrinə] səbəb olur. Allah-taala buyurur: «Etməyəcəyiniz bir şeyi demək Allahın qəzəbinə səbəb olur».

İmam Sadiq (ə) buyurur: «Mö’minin öz din qardaşına verdiyi və’də, kəffarəsi olmayan nəzir kimidir. (Yə’ni, verilmədikdə kəffarə ilə əvəz etmək olmur). Əhdini pozmuş şəxs Allahın qəzəbinə gələrək Onunla müxalifət etmiş olur. Allah-taala Öz kitabında buyurur: «Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz. Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar».

Əli (ə) buyurur: «Öhdəsindən gələ bilməyəcəyin hər hansı bir şey haqda əhd-peyman bağlama».

«Yerinə yetirəcəyiniz şeyin öhdəsindən gələcəyinə əmin olmayınca və’də verməyin».