Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
İslamda ədəb qaydaları (1)
Qohum-əqrəba ilə gözəl ünsiyyət

Hər bir müsəlmanın üzərinə düşən digər ictimai vəzifələrdən biri də qohum-əqraba ilə sıx ünsiyyətdə olması və onlarla gözəl rəftar etməsidir. O, vaxtaşırı öz müsəlman qardaşının görüşünə getməli və onların vəziyyəti ilə yaxından maraqlanmalıdır. Qarşılaşdıqları çətinliklərdə onlara yardım etməli, qəm-qüssələrində şərik olmaldır ki, onlar özlərini tək hiss etməyib təsəlli tapa bilsinlər. Eyni zamanda onların həm sevinc, həm də kədərlərinə şərik olmalıdır ki, aralarındakı dostluq və qardaşlıq əlaqələri daha da güclənsin. Səhvə yol verdikləri zaman bir müsəlman kimi onlara tövsiyə etməli, günahdan çəkinməkdə köməklik göstərməlidir.

Çətinliklərlə qarşılaşdığımız və hər hansı bir səhvə yol verdiyimiz zaman yaxın qohum-əqrəbalarımızın bizə köməklik göstərməsini və problemlərimizin həllində yardımçı olmalarını istədiyimiz kimi, təbii ki, belə bir rəftarı onlar da bizdən gözləyirlər. Deməli, qohum-əqraba ilə sıx ünsiyyətdə olmaq ilk növbədə buna riayət edən şəxslər üçün faydalıdır. Əli (ə) bu haqda buyurur: «Ey camaat! Bu bir həqiqətdir ki, var-dövlət sahibi olsanız da qohum-əqrəbanızdan və onların himayəsindən ehtiyacsız deyilsiniz. Hər bir şəxsin qohum-əqrəbası və ailə üzvləri ona ən böyük arxa və yardımçıdırlar. Qarşılaşdığı çətinliklərdə hamıdan çox onlar maraqlanar, çətinliklərin aradan qaldırılmasında çalışarlar». (Nəhcül-bəlağə)

Daha sonra isə buyurur:

«Agah olun ki, maddi vəziyyətiniz imkan verdiyi təqdirdə qohum-əqrəbalarınız çətinliklərlə üzləşərkən onlardan üz döndərib tək qoymamalısınız. Var-dövlətiniz onlardan gizlətməklə artmayacaqdır və əgər onların yolunda sərf edərsinizsə, yenə də azalmayacaqdır. Bilin ki, əgər qohum-əqrəba ilə əlaqəni kəsərsinzsə, onları edəcəyiniz yardımdan, özünüzü isə hər şeydən məhrum etmiş olursunuz. Onlarla gözəl davranıb mehribançılıqla rəftar etdikdə isə, qohumluq əlaqələrini daha da möhkəmlətmiş olursunuz». (Nəhcül-bəlağə, 23-cü xütbə)

Bildiyimiz kimi ailə üzvülərinin hər biri müxtəlif xüsusiyyətlərə malikdir. Onlardan bə’ziləri yüksək zehni və cismi iste’dadlara malik olduğu halda bə’ziləri də bunlardan müəyyən mə’nada və ya tamamilə məhrumdurlar. Bə’ziləri dövlətlidir, bə’ziləri də yoxsul, bə’ziləri xüsusi ictimai mövqeyə malikdir, bə’ziləri isə cəmiyyətdə elə də yüksək vəzifə və hörmət qazana bilmir. Bə’ziləri şüurlu və iste’dadlıdır, bə’ziləri də savadsız olduğundan heç bir mə’lumata malik deyil.

İctimaiyyətdə yaranmış sinfi ixtilafları aradan qaldırımaq, cəmiyyət üzvlərinin malik olduqları bacarıq və iste’dadlardan lazımınca bəhrələnmək və nəhayət onları təkamül və inkişafa doğru yönəltmək üçün yalnız cəmiyyət üzvləri arasında sıx dostluq, qardaşlıq və qarşılıqlı həmkarlıq əlaqələri qurulmalıdır. Varlılar yoxsul təbəqəyə, güclülər gücsüzlərə əl tutmaqla və qarşılaşdıqları çətinlikləri birlikdə aradan qaldırmaqla özlərinin xarici və batini [mə’nəvi] düşmənlərinə qalib gələ bilərlər. Əks təqdirdə, bə’zilərinə yoxsulluq, bə’zilərinə zəiflik və digərlərinə də daxili və xarici düşmənlər zərbə vurub sarsıdacaqdır. Bu səbəbdən də islam ümməti öz birliyini qoruyub saxlamalı və günbəgün daha da inkişaf edib öz mövqeini gücləndirməyə çalışmalıdır. Nəql olunmuş bir çox rəvayətlərdə «qohum-əqrəba ilə gözəl ünsiyyətdə olmaq» hətta dinin bir hissəsi kimi qiymətləndirilmiş, ömrün uzanmasına və insanın cənnətlə mükafatlandırılmasına səbəb olduğu göstərilmişdir. Misal olaraq Peyğəmbərdən (s) və mə’sum imamlardan (ə) nəql olunmuş bir neçə hədisə işarə edirik:

«Məni görüb-eşidənlərə, burada olmayanlara, hələ ata belində və ana bətnində olan ümmətimin gələcək nəslinə tövsiyə edirəm ki, qohum-əqrəba ilə aralarındakı fasilə bir illik məsafə olsa belə, sıx ünsiyyətdə olsunlar. Çünki bu, dinin bir hissəsidir».

İmam Əli ibn Hüseyn (ə) Peyğəmbərdən (s) nəql etdiyi hədisdə buyurur: «Allah hər kimin ömrünü uzadıb ruzisini bol edərsə, sevinər və daim şad olar. Onlar da qohum-əqrəba ilə gözəl rəftar edər və onlarla sıx ünsiyyətdə olarlar. Həqiqətən «sileyi-rəhim» [qohum-əqrəba ilə sıx ünsiyyətdə olmaq] dil açaraq Allah-taalaya deyər: İlahi! Öz qohum-əqrəbası ilə gözəl əlaqədə olanlara qarşı rəhimli və mərhəmətli ol. Onlarla əlaqəsini kəsənlərlə əlaqəni kəs və rəhmət dərgahından uzaq et».

Başqa bir rəvayətdə İmam Rza (ə) Peyğəmbərdən (s) nəql edərək buyurur: «Hər kim mənə bir şeyə zəmanət verərsə, mən onun üçün dörd şeyə zamin olaram: Qohum-əqrəba ilə gözəl rəftar edənləri Allahın sevməsinə, ruzisinin artmasına, ömrünün uzanmasına və Allahın və’də verdiyi cənnətə daxil etməsinə».

İmam Məhəmməd Baqir (ə)-dan nəql olunmuş hədisdə deyilir:

«Qohum-əqrəba ilə gözəl əlaqədə olmaq insanın əməllərini saflaşdırır. Var-dövlətini çoxaldır, çətinliklərini həll edir və əcəlini tə’xirə salır».

Mə’lum olur ki, qohum-əqrəba ilə gözəl rəftar etmək, onlarla sıx münasibət saxlamaq, qəm-qüssələrinə şərik olmaq, qarşılaşdıqları çətinliklərdə onlara köməklik etmək hər bir müsəlmanın üzərinə düşən ən başlıca vəzifələrdən biridir. Bu məsələ böyük əhəmiyyət kəsb etdiyi üçün həzrət Peyğəmbər (s) və mə’sum imamlardan bu barədə onlarla hədis və rəvayət nəql olunmuş və bunun həyata keçirilməsinə tə’kid edilmişdir. Bə’zən kimlərsə yolun uzaqlığını, işin çoxluğunu və bu kimi digər bəhanələri əllərində əsas tutaraq qohumluq əlaqələrinin bərqərar olunmasını qeyri-mümkün hesab edir və beləliklə özlərini üzürlü sanmağa çalışırlar. Bə’zən də qohum-əqrəbanın soyuq münasibətlərini dəlil gətirərək öhdələrinə düşən bu dini vəzifədən boyun qaçırmaq istəyirlər. Lakin bütün bunlar əvvəlcədən həzrət Peyğəmbər (s) və imamlar (ə)-ın diqqətindən yayınmamış, bu barədə öz davamçılarına zaman və məkanı nəzərə alaraq dəyərli tövsiyələr etmişlər. Həzrət Peyğəmbərin (s) tövsiyələrinin birində buyurulur: «Bir il yol getməli olsan da öz qohum-əqrəbana baş çək». Yə’ni, əgər qohum-əqrəbaya baş çəkmək bir il vaxt aparsa da bunu yerinə yetirmək lazımdır. İmam Sadiq (ə)-dan nəql olunmuş başqa bir rəvayətdə deyilir: «Bir şəxs Peyğəmbərin (s) yanına gəlib deyir: Ya Rəsuləllah! Qohum -əqrəbam mənə yaxşı münasibət bəsləmədikləri üçün mən də onlardan uzaq olmağa çalışıram. Peyğəmbər (s) buyurdu:

Belə etsəniz, Allah sizin hamınızı özündən uzaq edər.

Həmən şəxs soruşdu: Bəs nə etməliyəm? Peyğəmbər (s) buyurdu: Səni özündən uzaq edənləri bağışlamağı (güzəştə getməyi) bacar, səninlə əlaqəni kəsənlərlə əlaqə yarat və sıx ünsiyyətdə ol. Sənə qarşı haqsızlıq və zülm edənləri əfv et və bil ki, hər şeyə qadir olan Allah onlarla münasibətdə sənə arxa olacaqdır.

Həzrət imam Əli (ə) bu barədə buyurur: «Qohum-əqrəbanız sizinlə əlaqəni kəssə də onlarla sıx münasibətdə olun».

İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: «Qohum-əqrəba ilə yaxın ünsiyyətdə olmaq və onlara xeyirxahlıq etmək günahları azaldır və Qiyamət gününün sorğu-suallarını asanlaşdırır».

Həzrət Peyğəmbər (s) bu haqda buyurur: «Salam verməklə olsa da qohum-əqrəba ilə əlaqə saxlayın».

Başqa bir hədisdə deyilir: «Bir içimlik su qədər də olsa belə, (yə’ni, müddəti olduqca az olsa da) qohum-əqrəbanızla yaxşı ünsiyyətdə olun. Qohumluq əlaqələrinin güclənməsinə səbəb olan ən başlıca amil onlarla gözəl rəftar etmək, pislik və kobudluqdan çəkinməkdir».

QOHUMLUQ Ə LAQ Ə L Ə R İ N İ N K Ə S İ LM Ə S İ

Artıq mə’lum oldu ki, qohum-əqrəba ilə gözəl münasibətdə olmaq, onların dərd-qəminə şərik çıxmaq, qarşılaşdıqları çətinliklərdə onlara köməklik etmək hər bir müsəlmanın üzərinə düşən ən başlıca vəzifələrdəndir.

Həzrət Peyğəmbər (s) və mə’sum imamlardan (ə) bu məzmunda bir çox hədis və rəvayətlər nəql olunmuş və onun əhəmiyyətinə xüsusi diqqət yetirilmişdir.

Indi isə baxaq görək qohumluq əlaqələrini kəsmək nə kimi nəticələr verir. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, bu məsələ Qur’ani-Kərimdə də öz əksini tapmış və qohumluq əlaqələrini kəsənlərə bağışlanmayacaqları haqda ciddi xəbərdarlıq edilmişdir. Məhəmməd surəsinin 22-ci ayəsində deyilir:

«Əgər [Məhəmməd əleyhissəlamdan] üz döndərsəniz, sizdən yer üzündə fitnə-fəsad törətmək və [cahiliyyət dövründə olduğu kimi] qohumluq tellərini qırmaq gözlənilməzmi?!»

Başqa bir ayədə qohumluq münasibətlərini kəsənlər fitnə-fəsad törədənlər və ziyana uğrayanlar adlandırılır:

«O kəslər ki, Allahla [Ona iman gətirmək və itaət etmək barəsində] əhd bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayır [mö’minlərlə dostluğu, qohum-əqrəba ilə əlaqələri kəsir] və yer üzündə fitnə-fəsad törədirlər. Məhz belələri [dünyada və axirətdə] ziyana uğrayanlardır!» (Bəqərə-27)

Bu məzmunda həzrət Peyğəmbərdən (s) nəql olunmuş hədisdə deyilir:

«Qohumluq əlaqələrini kəsənlərə Allahın rəhməti şamil olmayacaqdır».

İmam Baqir (ə)-dan nəql olunmuş rəvayətdə deyilir:

«Peyğəmbərin (s) kitabında deyilirdi: Qohumluq əlaqləri kəsildiyi zaman var-dövlət fitnə-fəsad törədən şəxslərin əlinə düşər».

İmam Baqir (ə) həzrət Əli (ə)-dan bu məzmunda nəql etdiyi başqa bir rəvayətdə buyurur: «Qohumluq əlaqlərinin kəsilməsi nəticəsində insanın var-dövlətinin soyğunçu və qarətçilərin əlinə düşməsinin bir neçə səbəbi ola bilər. Bunlardan biri də cəmiyyət üzvlərinin bir-birinə qarşı soyuq münasibət bəsləmələri və məs’uliyyətsizlikdir. Təbii ki, belə bir şəraitdə cəmiyyətdə mövcud olan bə’zi mənfi ünsürlər onlara nüfuz edərək asanlıqla var-dövlətlərini mənimsəyə və ya qarət edə bilərlər».

İmam Sadiq (ə)-ın Həzrət Əli (ə)-dan nəql etdiyi rəvayətdə deyilir: «Bu üç xislətə malik olan şəxslər əməllərinin nəticəsini görməyincə dünyalarını dəyişməzlər. Zülmkarlar, qohumluq əlaqələrini kəsənlər, Allahla [dinlə] mübarizə məqsədi ilə and içən və yalan danışan şəxslər».