Rəsuli-Əkrəm (s):       “Elm ardınca getmək bütün müsəlmanlara vacibdir. Agah olun, Allah elm ardınca olanları sevir”.                  “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.                  “İnsanlar iki dəstədir: -alim və elm öyrənən. Bunlardan başqasında xeyir yoxdur.                 
şifrəni unutmusan?
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
product 3
İslamda ədəb qaydaları (1)
İslam qardaşlığı

Mədinəyə hicrət etdikdən sonra Peyğəmbərin (s) gördüyü ilk tədbirlərdən biri müsəlmanlar arasında —bir nəfər ənsarla bir nəfər mühacir—qardaşlıq əhd-peymanı bağlamaq, qarətlər, qırğınlar və ardı-arası kəsilməyən müharibələrə adət etmiş pərakəndə ərəb qəbilələri arasında vəhdət və birliyi bərqərar etmək oldu. Irqindən, milliyyətindən və rəngindən aslı olmayaraq islam dinində bütün müsəlmanlar bir-biri ilə qardaş və bərabər hüquqa malikdirlər. Birinin digərindən üstün olmasına əsas me’yar cismi sağlamlıq, maddi rifah, elmi səviyyə deyil, təqva və iman hesab olunur. Hucurat surəsinin 13-cü ayəsində insanların bərabərliyi və onların yalnız təqva ilə bir-birindən üstün olmaları haqda deyilir:

«Ey iman gətirənlər! Biz sizi bir kişi və bir qadından [Adəm və Həvvadan] yaratdıq. Sonra bir-birinizi tanıyasınız [kimliyinizi biləsiniz] deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınız, pis əməllərdən ən çox çəkinəninizdir. Həqiqətən, Allah [hər şeyi] biləndir, [hər şeydən] xəb ərdardı r».

İslam dini zaman, məkan və şəraitdən asılı olmayaraq, müxtəlif millətlər arasında hakim olan qeyri-insani dəyər və me’yarları kənara qoyaraq müsəlmanlar arasında vəhdət və qardaşlığın bünövrəsini qoydu. Allah-taala Qur’ani-Kərimdə bir daha mö’minlərə xatırladır ki, onlar cahiliyyət dövründə ədavət, kin-küdurət bataqlığında qərq olduqları bir halda, qardaşlıq və bərabərlik ne’mətini onlara bəxş edərək nicat vermişdir.

«Hamınız bir yerdə Allahın ipindən [dinindən] möhkəm yapışın, bir-birinizdən ayrılmayın! Allahın sizə verdiyi ne’mətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O, sizin qəlblərinizi [islam ilə] birləşdirdi və Onun ne’məti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan ibarət olan bir uçurumun kənarında ikən, O, sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, b əlkə haqq yola yönəlmiş olasınız.» (Ali Imran-103)

Peyğəmbər (s) və onun davamçıları olan mə’sum imamlar (ə) bu məsələyə xüsusi diqqət yetirmiş və öz kəlamlarında bu ictimai xüsusiyyətin mə’nəvi əhəmiyyətinə tə’kidlə yanaşmışlar. Peyğəmbərdən (s) nəql olunmuş rəvayətdə deyilir: «Hər kim Allaha xatir mö’min bir şəxslə qardaşlıq edərsə, Allah-taala onun üçün cənnətdə elə bir məqam tə’yin edər ki, əməllərinin heç biri ilə ona nail ola bilməz».

Başqa bir rəvayətdə deyilir: «Qiyamət günü üzləri bədrlənmiş ay tək parlaq olan bə’zi şəxslər üçün ərşin kənarında taxtlar ucaldılar. İnsanların bir çoxu qorxaraq nalə etdikləri bir halda onlar nə qorxar, nə də nigarançılıq çəkərlər. Onlar Allaha yaxın olduqları üçün heç nədən qorxmazlar». Səhabələrdən biri Peyğəmbərdən (s) soruşdu: «Ya Rəsuləllah! Onlar kimlərdirlər?». Peyğəmbər buyurdu: «Onlar bir-birini Allha xatir sevən [əməlisaleh] kəslərdir».

«Allah-taala buyurur: M ə nim ist ə k v ə m ə h ə bb ə tim o k ə sl ə r ə n ə sib olar ki, M ə n ə xatir bir-biri il ə g ö r üşü b hal- ə hval tutsunlar. M ə nim ist ə k v ə m ə h ə bb ə tim o k ə sl ə r ə n ə sib olar ki, M ə n ə xatir bir-birin ə k ö m ə k v ə yard ı m etsinl ə r. M ə nim ist ə k v ə m ə h ə bb ə tim o k ə sl ə r ə n ə sib olar ki, M ə n ə xatir bir-birin ə m ə h ə bb ə t g ö st ə r ə r ə k sevmi ş olsunlar. M ə nim ist ə k v ə m ə h ə bb ə tim o k ə sl ə r ə n ə sib olar ki, M ə n ə xatir ö z mallar ı ndan bir-birin ə ehsan v ə s ə d ə q ə vermi ş olsunlar».

İmam Sadiq (ə) buyurur: «Bir gün Peyğəmbər (s) səhabələrə müraciət edərək onlardan soruşdu: İmanın ən başlıca şərti nədən ibarətdir? Onlar dedilər: Allah və Onun Peyğəmbəri hər şeyi daha yaxşı bilir. Sonra onlardan bə’ziləri namaz, bə’ziləri də zəkat, oruc, həcc, ümrə və ya cihad olmasını dedilər. Peyğəmbər (s) onları dinlədikdən sonra buyurdu: Dediklərinizin hər birinin ayrı-ayrılıqda savab və fəziləti vardır. Lakin onlardan heç biri imanın ən başlıca şərti deyil. İmanın ən başlıca şərti Allaha xatir sevmək və Ona xatir düşmənçilik etməkdir. Həmçinin Allahın dostları ilə dostluq, düşmənləri ilə də düşmənçilik etməkdir».

Göründüyü kimi burada da Allaha xatir dostluq və düşmənçiliyin dinin əsas şərtlərindən biri olduğu göstərilir. Belə ki, hər iki me’yar (yə’ni, istər dostluq, istərsə də düşmənçilik) başqa məqsəd üçün deyil, yalnız Allaha xatir olmalı və insanın mə’nəvi saflığını daha da gücləndirməlidir.

Allah-taala Qur’ani-Kərimdə mö’minləri bir-biri ilə qardaş adlandırır:

«H ə qiq ə t ə n m ö ’minl ə r bir-biri il ə qarda ş d ı rlar».

Bu səbəbdən də hər bir mö’min Allahın ona vacib etdiyi əmrə tabe olmalı və öz mö’min qardaşına hörmətlə yanaşmalıdır. Mö’minlərin bir-birini sevib qardaş olmaları onların Allaha olan e’tiqadı, Onun əmrlərinə tabe olmaları, eyni qibləyə üz tutmaları və eyni kitaba (Qur’ana) iman gətirmələrindən irəli gəlir. Bu səbəbdən də maddi və dünyəvi maraqlara əsaslanan dostluq əlaqələri, zahiri istək və məhəbbət islam nöqteyi-nəzərindən batil və puç hesab olunur.

Maddi maraq məqsədilə başqalarına hörmətlə yanaşan şəxslər bu səmimiyyəti ya var-dövlət əldə etmək üçün, ya həmin şəxsdən asılı olduğundan və ya müəyyən bir təhlükədən qorunmaqdan ötrü edir. O, istəyinə nail olduqda və ya hörmət etdiyi şəxs tutduğu yüksək mövqedən məhrum olduqda təbii ki, bu növ dostluq əlaqələrinə də son qoyulur. Lakin islam dininin tövsiyə etdiyi dostluq və qardaşlıq prinsipləri müqəddəs ilahi dəyərlərdən qaynaqlandığı üçün daha möhkəm və sarsılmaz olur. Mö’minlər bir-birinə qarşı qayğı və məhəbbət göstərdikləri üçün maddi və sinfi ixtilaflar onlar üçün heç bir əhəmiyyət kəsb etmir. Tarixə nəzər saldıqda həzrət Peyğəmbər (s)-ın öz qulluqçuları ilə bir süfrə arxasında oturmasının və onların yedikləri yeməklərdən yeməsinin şahidi oluruq.

Cahiliyyət dövründə ərəblər dəvələrinin, övladlarının, bə’ziləri hətta qəbirlərinin çoxluğu ilə fəxr edir və ərəbin əcəmdən (qeyri-ərəbdən), ağ dərilinin qara dərilidən üstün olduğunu hesab edirdilər. Həzrət Peyğəmbər (s) isə qara dərili səhabə olan Bilal Həbəşini ən yüksək iftixarlardan birinə layiq görərək onu müəzzin (azan verən) tə’yin edir və milliyətcə fars olan Salmana «Salmani Muhəmmədi» ləqəbini verərək onu öz ailə üzvündən biri hesab edir. Həmçinin tanınmış varlı qəbilə başçısının qızı Zulfanı Cuvəybər adlı olduqca yoxsul bir zənciyə ərə verir. Bu kimi hallarda həzrət Peyğəmbər (s) buyurardı: «Mö’min mö’minin şərikidir». Beləliklə, həzrət Peyğəmbər (s) səhabələrə cahiliyyət dövründəki adət-ən’ənələrin batil və e’tibarsız olduğunu bir daha sübuta yetirir.

Qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, başqalarının razılığını qazanmaq məqsədilə və ya maddi maraq və mənfəətlər üzərində qurulan dostluq əlaqələri islam nöqteyi-nəzərindən heç bir əhəmiyyət kəsb etmir və bir növ şirk hesab olunur. Çünki insanda başqa birisinə qarşı olan məhəbbət hissi yalnız o zaman yaranır ki, həmin şəxs batini və ya zahiri cəhətdən hansısa gözəl xüsusiyyət və ya xislətə malik olsun. Bütün gözəlliklərin mənşəyi isə Allahın müqəddəs zatındadır. Əgər bir şəxsi Allaha xatir deyil, yalnız zahiri gözəlliyinə görə seviriksə, sözün əsl mə’nasında şirkə yol vermiş oluruq. Bununla da islam nöqteyi-nəzərindən təkcə Allaha görə qurulan dostluq və qardaşlığın e’tibarlı hesab edilməsinin səbəbi aydınlaşır. İslam bizləri mö’min və əməlisaleh şəxslərlə dostluğa sövq etməkdə iki əsas məqsəd güdür:

1. Hər hansı bir şəxslə dostluq əlaqələrinin qurulması onun öz dostları ilə də dostluq əlaqələrinin yaranmasına səbəb olur. Deməli, Allahı sevmək, Ona yaxın olan iman gətirmiş əməli-saleh insanları və övliyaları sevməyimizə də səbəb olmalıdır;

2. Allaha yaxın olan insanları sevmək bizi daim Allahı xatırlamağa,onların gözəl xüsusiyyətlərindən bəhrələnməyə və nəticədə Allaha yaxınlaşmağa köməklik edir.

Dostluq və məhəbbətin yalnız Allaha xatir olduğunu bildikdən sonra, belə bir nəticəyə gəlmək olar ki, mö’min şəxs Allaha yaxın olan övliya və əməlisaleh insanları sevdiyi kimi, Allahın düşmənlərinə və kafirlərə qarşı da əks mövqe tutmalı və onları öz düşməni hesab etməlidir. Təbii ki, heç bir şəxs başqalarının onun sevdiyi şəxsə hörmətsizliklə yanaşmalarını və ona qarşı e’tinasız olmalarını istəməz. Bu səbəbdən də Allaha yaxın olan və Onun eşqi ilə yaşayan şəxslər Allaha iman və e’tiqadı olmayanlara qarşı nifrət edər və daim onlardan uzaq olmaq istər. Bir sözlə, deyə bilərik ki, mö’minlər Allahın dostları ilə dost, düşmənləri ilə düşmən olmalıdırlar. Fəth surəsinin 29-cu ayəsində bu haqda deyilir:

«M ə h ə mm ə d ə leyhiss ə lam Allah ı n pey ğə mb ə ridir. Onunla birlikd ə olanlar [m ö ’minl ə r] kafirl ə r ə qar şı s ə rt, bir-birin ə [ ö z aralar ı nda] is ə m ə rh ə m ə tlidirl ə r...»

Mö’minlər Allahı sevdikləri kimi Ona yaxın olan əməlisaleh insanları və övliyaları da sevər, onlara hörmətlə yanaşarlar. Allahla düşmənçilik edən şəxslərə qarşı çıxar və onlara düşmən kəsilərlər.

Aşura ziyarətində imam Hüseyn (ə)-a xitab olunaraq deyilir:

«Mən qiyamət gününədək səninlə sülh edən şəxslərlə sülh edəcək, döyüşən şəxslərlə döyüşəcəyəm».

Allah və Onun eşqi ilə yaşayan insanlara olan məhəbbət və onlarla düşmənçilik edən şəxslərə qarşı düşmənçilik hissi insanın bütün ilahi göstərişlərə tabe olmasını tələb edir. Allah-taala bizlərə həyat və saysız-hesabsız ne’mətlər bəxş etməklə Öz bəndələrinə olan yüksək sevgi və məhəbbətini göstərmişdir. Biz də Allaha olan istək və məhəbbətimizi göstərmək üçün Onun bütün göstərişlərinə tabe olmalıyıq. Qur’ani-Kərimdə bu haqda deyilir:

« Ə g ə r [M ə n ə ] şü kr ets ə niz, siz ə olan ne’m ə tl ə rimi art ı raca ğ am». (İbrahim-7)

Ne’mətlər artmaqla insan Allah dərgahında ən yüksək məqamlara nail olur. İctimai həyatda ata-anaya, qohum-əqrəbaya, qonşulara və yoxsullara qarşı diqqətli olmağımızla yanaşı, bizdən mö’min qardaşlarımıza sevgi və qayğı göstərmək də tələb olunur. Bir müsəlman kimi üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməli və mö’min qardaşlarımızın hüquqlarına riayət etməliyik. Kafirlər və Allah düşmənləri ilə sıx dostluq əlaqələri bərqərar etmək isə bizləri tədricən Allahdan uzaqlaşdırır və günbəgün günaha doğru sövq edir. Bu səbəbdən də ictimai əlaqələrin bərqərar olunmasında kimlərlə əlaqədə olub-olmamağımıza xüsusi diqqət yetirməliyik. Qur’ani-Kərimdə bu haqda deyilir:

«Ey iman gətirənlər! Mö’minləri qoyub kafirləri dost tutmayın! Məgər Allaha öz əleyhinizə açıq bir dəlilmi vermək istəyirsiniz?» (Nisa-144)

«Ey iman gətirənlər! Nə Mənim düşmənimi, nə də özünüzün düşmənini dost tutun!...»

(Mumtəhinə-1)